Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və KXDR təhlükəsizliyə təhdid yaradan müqavilələr bağlamayacaq

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidRusiya və KXDR bayraqları
Rusiya və KXDR bayraqları - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
Müqaviləyə, həmçinin, məqsəd qarşı tərəfin suverenliyini, təhlükəsizliyini və ya ərazi bütövlüyünü pozmaq olarsa, üçüncü dövlətlər tərəfindən Rusiya və ya KXDR ərazisindən istifadə qadağası da daxildir.
BAKI, 20 iyun — Sputnik. Rusiya Federasiyası və KXDR üçüncü ölkələrlə iki ölkənin suverenliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü və digər hüquqlarını təhdid edən sazişlər bağlamamaq barədə razılığa gəliblər. Bu barədə KCNA xəbər agentliyi məlumat yayıb.

"Tərəflər üçüncü dövlətlərlə digər tərəfin suverenliyinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə, azad seçim hüququna və siyasi, sosial, iqtisadi və mədəni sistemlərin inkişafı hüququna və digər əsas maraqlarına qarşı yönəlmiş sazişlər bağlamamağı öhdəsinə götürür", - agentlik müqavilə mətninə əasən yazıb.

Müqaviləyə, həmçinin, məqsəd qarşı tərəfin suverenliyini, təhlükəsizliyini və ya ərazi bütövlüyünü pozmaq olarsa, üçüncü dövlətlər tərəfindən Rusiya və ya KXDR ərazisindən istifadə qadağası da daxildir.
Müqavilənin 6-7-ci maddələrində Rusiya Federasiyası və KXDR ədalətli çoxqütblü yeni dünya nizamının yaradılması naminə dövlət suverenliyinin qorunmasına, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə, inkişafına yönəlmiş sülhsevər siyasətin həyata keçirilməsini dəstəkləmək və əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Bundan əlavə, iki ölkə beynəlxalq sülhü qorumaq üçün BMT daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində məsləhətləşmələr və əməkdaşlıq etməyi öhdəsinə götürür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0