https://sputnik.az/20240620/rusiya-gomrukculeri-bakidan-gelen-sernisinde-84-min-dollarliq-qacaqmal-askarladi-465478265.html
Rusiya gömrükçüləri Bakıdan gələn sərnişində 84 min dollarlıq qaçaqmal aşkarladı
Rusiya gömrükçüləri Bakıdan gələn sərnişində 84 min dollarlıq qaçaqmal aşkarladı
Sputnik Azərbaycan
Gömrük xidməti bildirib ki, strateji əhəmiyyətli mallar siyahısına daxil edilmiş məhsulların qaçaqmalçılıq yolu ilə daşınmasına görə həmin sərnişini 3 ildən 7... 20.06.2024, Sputnik Azərbaycan
2024-06-20T14:15+0400
2024-06-20T14:15+0400
2024-06-20T14:45+0400
gömrük
rusiya
zinət əşyaları
yekaterinburq
bakı
sərnişin
qaçaqmalçılıq
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/06/14/465478094_0:157:3082:1891_1920x0_80_0_0_9b2160b1defb58d86815c9795b54d3c6.jpg
BAKI, 20 iyun — Sputnik. Yekaterinburqun Koltsovo hava limanının gömrükçüləri Bakıdan gələn sərnişində "Cartier" brendinin 7 milyon rubl (təxminən 84 min dollar) dəyərində qaçaqmalçılıq məmulatlarını aşkarlayıblar. Bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb. Məlumata görə, Yekaterinburq hava limanında 39 yaşlı kişi "yaşıl dəhliz"də saxlanılıb. Onun əlində qiymətli daşlarla qızıldan hazırlanmış bilərzik və üzük olub. Sərnişinin gödəkçəsinin cibindən markalı qutuda olan sırğalar aşkar edilib. Onun yükünə baxış keçirən gömrükçülər sertifikatlar və qızıl-zinət əşyaları qutuları, həmçinin dəri pul kisələri, kəmər və fransız brendinə məxsus hədiyyə çantaları aşkar ediblər. Gömrük xidməti bildirib ki, strateji əhəmiyyətli mallar siyahısına daxil edilmiş məhsulların qaçaqmalçılıq yolu ilə daşınmasına görə həmin sərnişini 3 ildən 7 ilədək həbs cəzası gözləyir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
yekaterinburq
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/14/465478094_176:0:2907:2048_1920x0_80_0_0_190ce541a4167dee476a7e080cad2790.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gömrük, zinət əşyaları, yekaterinburq, bakı, sərnişin, qaçaqmalçılıq, azərbaycan
gömrük, zinət əşyaları, yekaterinburq, bakı, sərnişin, qaçaqmalçılıq, azərbaycan
Rusiya gömrükçüləri Bakıdan gələn sərnişində 84 min dollarlıq qaçaqmal aşkarladı
14:15 20.06.2024 (Yenilənib: 14:45 20.06.2024) Gömrük xidməti bildirib ki, strateji əhəmiyyətli mallar siyahısına daxil edilmiş məhsulların qaçaqmalçılıq yolu ilə daşınmasına görə həmin sərnişini 3 ildən 7 ilədək həbs cəzası gözləyir.
BAKI, 20 iyun — Sputnik. Yekaterinburqun Koltsovo hava limanının gömrükçüləri Bakıdan gələn sərnişində "Cartier" brendinin 7 milyon rubl (təxminən 84 min dollar) dəyərində qaçaqmalçılıq məmulatlarını aşkarlayıblar. Bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Məlumata görə, Yekaterinburq hava limanında 39 yaşlı kişi "yaşıl dəhliz"də saxlanılıb. Onun əlində qiymətli daşlarla qızıldan hazırlanmış bilərzik və üzük olub.
Sərnişinin gödəkçəsinin cibindən markalı qutuda olan sırğalar aşkar edilib.
Onun yükünə baxış keçirən gömrükçülər sertifikatlar və qızıl-zinət əşyaları qutuları, həmçinin dəri pul kisələri, kəmər və fransız brendinə məxsus hədiyyə çantaları aşkar ediblər.
Gömrük xidməti bildirib ki, strateji əhəmiyyətli mallar siyahısına daxil edilmiş məhsulların qaçaqmalçılıq yolu ilə daşınmasına görə həmin sərnişini 3 ildən 7 ilədək həbs cəzası gözləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.