https://sputnik.az/20240620/qerbin-qafqazdaki-siyaseti-regionda-tehlukesizliye-tohfe-vermir---rusiya-xn-465473476.html
Qərbin Qafqazdakı siyasəti regionda təhlükəsizliyə töhfə vermir - Rusiya XİN
Qərbin Qafqazdakı siyasəti regionda təhlükəsizliyə töhfə vermir - Rusiya XİN
Sputnik Azərbaycan
Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu daha əvvəl bildirmişdi ki, Ermənistan Parisin Kiyevə tədarük etdiyi "Caesar" özüyeriyən artilleriya... 20.06.2024, Sputnik Azərbaycan
2024-06-20T11:01+0400
2024-06-20T11:01+0400
2024-06-20T11:24+0400
rusiya
fransa
almaniya
ermənistan
müqavilə
mixail qaluzin
rusiya xin
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461262809_0:0:3035:1708_1920x0_80_0_0_5b456e9885bdb7e75455cc645d0a505a.jpg
BAKI, 20 iyun — Sputnik. Qərbin Cənubi Qafqazdakı gündəliyi heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmir. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən deyib. Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu daha əvvəl bildirmişdi ki, Ermənistan Parisin Kiyevə tədarük etdiyi "Caesar" özüyeriyən artilleriya sistemlərinin alışı üçün Fransa ilə müqavilə imzalayıb. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Fransa-Almaniya müdafiə konserni KNDS ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlamışdı. Müqavilənin təfərrüatları açıqlanmayıb. İrəvan 2023-cü ildə Parisdən hərbi yardım almağa başlayıb. Ermənistan ordusu üçün zirehli texnikanın ilk partiyası Gürcüstan vasitəsilə Ermənistana gətirilib. 2023-cü il oktyabrın sonunda Fransanın müdafiə naziri Lekornu bəyan edib ki, Paris Ermənistana üç "Ground Master 200" (GM200) radar sistemi satmaq niyyətindədir. O, həmçinin əlavə edib ki, Fransa Ermənistan hərbçilərinə hava hücumundan müdafiə sahəsində də təlim keçəcək. Bu ilin fevralında Ermənistan və Fransanın MN rəhbərləri İrəvanda keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müəyyən ediblər. Hərbi təhsil, döyüş hazırlığı, müxtəlif təlimlər, məsləhət və ekspert dəstəyi məsələlərinə xüsusi diqqət yetirilib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240618/ermenistan-ukraynaya-tedaruk-edilen-caesar-haubitsalarini-fransadan-alacaq-465451772.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461262809_23:0:2752:2047_1920x0_80_0_0_6457ec28b1042c7e062285fd2ad7de2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fransa, almaniya, ermənistan, müqavilə, mixail qaluzin, rusiya xin, müdafiə nazirliyi
fransa, almaniya, ermənistan, müqavilə, mixail qaluzin, rusiya xin, müdafiə nazirliyi
Qərbin Qafqazdakı siyasəti regionda təhlükəsizliyə töhfə vermir - Rusiya XİN
11:01 20.06.2024 (Yenilənib: 11:24 20.06.2024) Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu daha əvvəl bildirmişdi ki, Ermənistan Parisin Kiyevə tədarük etdiyi "Caesar" özüyeriyən artilleriya sistemlərinin alışı üçün Fransa ilə müqavilə imzalayıb.
BAKI, 20 iyun — Sputnik. Qərbin Cənubi Qafqazdakı gündəliyi heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmir. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən deyib.
"Regiondankənar ölkələr Cənubi Qafqaza öz planları ilə hərəkət edir. Bu, yumşaq desək, heç də həmişə regional dövlətlərin maraqlarına uyğun gəlmir. Biz əminik ki, bu, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək", - Qaluzin bildirib.
Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu daha əvvəl bildirmişdi ki, Ermənistan Parisin Kiyevə tədarük etdiyi "Caesar" özüyeriyən artilleriya sistemlərinin alışı üçün Fransa ilə müqavilə imzalayıb.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Fransa-Almaniya müdafiə konserni KNDS ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlamışdı. Müqavilənin təfərrüatları açıqlanmayıb.
"Biz inanırıq ki, regional təhlükəsizliyi müvafiq region dövlətlərinin səyləri ilə ən səmərəli şəkildə təmin etmək olar", - diplomat bildirib.
İrəvan 2023-cü ildə Parisdən hərbi yardım almağa başlayıb. Ermənistan ordusu üçün zirehli texnikanın ilk partiyası Gürcüstan vasitəsilə Ermənistana gətirilib. 2023-cü il oktyabrın sonunda Fransanın müdafiə naziri Lekornu bəyan edib ki, Paris Ermənistana üç "Ground Master 200" (GM200) radar sistemi satmaq niyyətindədir.
O, həmçinin əlavə edib ki, Fransa Ermənistan hərbçilərinə hava hücumundan müdafiə sahəsində də təlim keçəcək.
Bu ilin fevralında Ermənistan və Fransanın MN rəhbərləri İrəvanda keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müəyyən ediblər. Hərbi təhsil, döyüş hazırlığı, müxtəlif təlimlər, məsləhət və ekspert dəstəyi məsələlərinə xüsusi diqqət yetirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.