https://sputnik.az/20240620/putin-onu-ikiterefli-emekdasligin-strateji-sahesi-adlandirdi-465477846.html
Putin onu ikitərəfli əməkdaşlığın strateji sahəsi adlandırdı
Putin onu ikitərəfli əməkdaşlığın strateji sahəsi adlandırdı
Sputnik Azərbaycan
Rusiya lideri Vyetnamda qaz mühərriki yanacağı istehsal edən Rusiya-Vyetnam müəssisəsinin fəaliyyət göstərdiyinə diqqət çəkib. 20.06.2024, Sputnik Azərbaycan
2024-06-20T12:42+0400
2024-06-20T12:42+0400
2024-06-20T12:49+0400
rusiya
rusiya prezidenti vladimir putin
vyetnam
rusiya
təbii qaz təchizatı
https://cdnn1.img.sputnik.az/img/07e8/06/14/465473925_0:0:2054:1156_1920x0_80_0_0_4eadcf8b13a9447a92cd52a8f928c963.jpg
BAKI, 20 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkə şirkətlərinin mayeləşdirilmiş təbii qazdan (LNG) istifadə layihələrində Vyetnamla əməkdaşlığa hazır olduğunu açıqlayıb. Putin bunu ikitərəfli əməkdaşlığın strateji sahəsi adlandırıb. Nümunə olaraq o, Vyetnamda onilliklər ərzində neft və qaz yataqlarının işlənilməsi nəticəsində təxminən 250 milyon ton neft hasil edən Vietsovpetro birgə müəssisəsini göstərib. O, həmçinin Vyetnamda qaz mühərriki yanacağı istehsal edən Rusiya-Vyetnam müəssisəsinin fəaliyyət göstərdiyinə diqqət çəkib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/14/465473925_0:0:1824:1368_1920x0_80_0_0_94b4716522991e31d51d674d235c45e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, vyetnam, rusiya, təbii qaz təchizatı
rusiya prezidenti vladimir putin, vyetnam, rusiya, təbii qaz təchizatı
Putin onu ikitərəfli əməkdaşlığın strateji sahəsi adlandırdı
12:42 20.06.2024 (Yenilənib: 12:49 20.06.2024) Rusiya lideri Vyetnamda qaz mühərriki yanacağı istehsal edən Rusiya-Vyetnam müəssisəsinin fəaliyyət göstərdiyinə diqqət çəkib.
BAKI, 20 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkə şirkətlərinin mayeləşdirilmiş təbii qazdan (LNG) istifadə layihələrində Vyetnamla əməkdaşlığa hazır olduğunu açıqlayıb.
"Rusiyadan olan şirkətlər mayeləşdirilmiş təbii qazdan istifadə ilə bağlı irimiqyaslı layihələrdə həm sərmayəçi və həm də təchizatçı kimi qoşulmağa hazırdırlar", - Rusiya dövlət başçısı vyetnamlı həmkarı ilə danışıqların yekununda bildirib.
Putin bunu ikitərəfli əməkdaşlığın strateji sahəsi adlandırıb. Nümunə olaraq o, Vyetnamda onilliklər ərzində neft və qaz yataqlarının işlənilməsi nəticəsində təxminən 250 milyon ton neft hasil edən Vietsovpetro birgə müəssisəsini göstərib.
"2008-ci ildən Rusiyanın Nenets Muxtar Dairəsində, Uzaq Şimalın çətin şəraitində layihələr həyata keçirən "Petrovyetnam" korporasiyası artıq 35 milyon tona yaxın neft hasil edib", - Rusiya prezidenti bildirib.
O, həmçinin Vyetnamda qaz mühərriki yanacağı istehsal edən Rusiya-Vyetnam müəssisəsinin fəaliyyət göstərdiyinə diqqət çəkib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.