Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada güclü külək bir nəfərin həyatına son qoyub - İstintaq Komitəsi

© Sputnik / Павел Бедняков / Mediabanka keçidMoskvada qasırğanın fəsadları
Moskvada qasırğanın fəsadları - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
Moskvada güclü qasırğa baş verib, xəsarət alanlar var.
BAKI, 20 iyun - Sputnik. Moskvanın şimalında bir nəfər ağacın aşması nəticəsində ölüb. Hadisə ilə bağlı yoxlama aparılır. Bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt qərargahının Telegram kanalında məlumat verilib.

“2024-cü il iyunun 20-də Moskvanın şimalında ağac adamın üstünə aşıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin Şimal İnzibati Dairəsi üzrə İstintaq İdarəsinin Koptevski Rayonlararası İstintaq İdarəsi tərəfindən istintaqa qədərki yoxlama təşkil edilib”, - məlumatda deyilir.

Hazırda müstəntiqlər hadisə yerinə baxış keçirir və hadisənin bütün hallarını müəyyənləşdirirlər.
Qeyd edək ki, Rusiya paytaxtının fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib ki, ilkin məlumata görə, Moskvada güclü siklonun keçməsi nəticəsində 9 nəfər xəsarət alıb, 23 ağac güclü küləkdən aşıb, səkkiz avtomobilə ziyan dəyib.

"Saat 14:30-a olan məlumata görə, Moskvada qasırğa nəticəsində doqquz nəfər, o cümlədən ikisi tramvayda metal təbəqənin düşməsi nəticəsində şüşədən xəsarət alıb", - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, 23 ağac aşıb, 6 nəfər xəsarət alıb. Aşan ağaclar 8 avtomobilə də ziyan vurub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0