Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanla Rusiya arasında hüquqi yardım müzakirə olunub

© Photo : Prosecutor General's Office of the Republic of AzerbaijanAzərbaycan və Rusiya prokurorluqları arasında hüquqi əməkdaşlıq genişlənir
Azərbaycan və Rusiya prokurorluqları arasında hüquqi əməkdaşlıq genişlənir
 - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
İyunun 18-də Moskva şəhərində "Əhalinin sosial cəhətdən həssas kateqoriyalarının müdafiəsi" mövzusunda seminar və beynəlxalq məsələlərə məsul struktur qurum rəhbərlərinin ikitərəfli görüşü keçirilib.
BAKI, 20 iyun — Sputnik. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında imzalanmış 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramının icrası ilə bağlı iyunun 18-də Moskva şəhərində "Əhalinin sosial cəhətdən həssas kateqoriyalarının müdafiəsi" mövzusunda seminar və beynəlxalq məsələlərə məsul struktur qurum rəhbərlərinin ikitərəfli görüşü keçirilib. Bu barədə Baş Prokurorluqdan bildirilib.
Görüşdə Azərbaycan Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanovun rəhbərlik etdiyi və tərkibinə həmin idarənin prokuroru Nigar Yəhyazadə, Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru Emil Mirzəyev və Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Hikmət Verdiyevdən ibarət nümayəndə heyəti təmsil edib.
Qeyd olunan mövzu üzrə çıxışlar edilib və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.
Cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədi ilə beynəlxalq struktur qurumların rəhbərləri arasında görüş keçirilərək tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0