https://sputnik.az/20240618/turkiyenin-anti-rusiya-sanksiyalarindan-imtina-etmesi-vasinqtonu-narahat-edib-465452863.html
Türkiyənin anti-Rusiya sanksiyalarından imtina etməsi Vaşinqtonu narahat edib
Türkiyənin anti-Rusiya sanksiyalarından imtina etməsi Vaşinqtonu narahat edib
Sputnik Azərbaycan
Rusiyanın Swift sistemindən kənarda qalması türk şirkətləri üçün ciddi problemlər yaradır. 18.06.2024, Sputnik Azərbaycan
2024-06-18T18:44+0400
2024-06-18T18:44+0400
2024-06-18T18:44+0400
rusiya
türkiyə
vaşinqton
swift
sanksiya
sanksiya
rusiya əleyhinə sanksiyalar
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0e/447472037_0:222:2853:1827_1920x0_80_0_0_febce0b7ec0bcc955dd5a39cadb319eb.jpg
BAKI, 18 iyun - Sputnik. Türkiyənin Qərbin anti-Rusiya sanksiyalarına qoşulmaq istəməməsi Vaşinqtonu narahat edir. Rusiyanın Swift sistemindən kənarda qalması isə türk şirkətləri üçün ciddi problemlər yaradır.Bu barədə Türkiyənin Posta qəzetinin köşə yazarı Hakan Çelik yazıb."Prinsipcə, Ankara yalnız BMT-nin qəbul etdiyi embarqo qərarlarında iştirak edir. Türkiyənin Qərbin tətbiq etdiyi sanksiyalara daxil olmaq istəməməsi Vaşinqton administrasiyasını narahat edir. ABŞ-ın Rusiyanı beynəlxalq ödəniş sistemindən və Swift proqramlarından kənarda qoyması türk şirkətləri və iki ölkə arasında fəaliyyət göstərən şirkətlər üçün ciddi gərginlik yaradır" - Çelik yazıb.O qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında davam edən müharibədə çox balanslı və ehtiyatlı davranır:"Türkiyə NATO üzvü olsa da, Rusiyaya embarqo qoymayıb və hava məkanını Rusiya təyyarələri üçün bağlamayıb. Türkiyənin Qara dənizdə taxıl dəhlizinə, əsir mübadiləsinə və dənizin minalardan təmizlənməsinə verdiyi töhfə əslində bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Türkiyənin balanslaşdırılmış rəftarını və müharibəni bitirmək üçün göstərdiyi səyləri davam etdirməsi çox vacibdir".Bir müddət əvvəl Türkiyə prezidentinin rəsmi nümayəndəsi, hazırda Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Türkiyənin Rusiya Federasiyasına qarşı sanksiyalarının ilk növbədə Ankaranın özünə qarşı olacağını bildirib. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Rəsmi Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti çatmır. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0e/447472037_61:0:2792:2048_1920x0_80_0_0_201cf4be74199e4005ea8a896111a623.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, vaşinqton, swift, sanksiya, sanksiya, rusiya əleyhinə sanksiyalar
türkiyə, vaşinqton, swift, sanksiya, sanksiya, rusiya əleyhinə sanksiyalar
Türkiyənin anti-Rusiya sanksiyalarından imtina etməsi Vaşinqtonu narahat edib
Rusiyanın Swift sistemindən kənarda qalması türk şirkətləri üçün ciddi problemlər yaradır.
BAKI, 18 iyun - Sputnik. Türkiyənin Qərbin anti-Rusiya sanksiyalarına qoşulmaq istəməməsi Vaşinqtonu narahat edir. Rusiyanın Swift sistemindən kənarda qalması isə türk şirkətləri üçün ciddi problemlər yaradır.
Bu barədə Türkiyənin Posta qəzetinin köşə yazarı Hakan Çelik yazıb.
"Prinsipcə, Ankara yalnız BMT-nin qəbul etdiyi embarqo qərarlarında iştirak edir. Türkiyənin Qərbin tətbiq etdiyi sanksiyalara daxil olmaq istəməməsi Vaşinqton administrasiyasını narahat edir. ABŞ-ın Rusiyanı beynəlxalq ödəniş sistemindən və Swift proqramlarından kənarda qoyması türk şirkətləri və iki ölkə arasında fəaliyyət göstərən şirkətlər üçün ciddi gərginlik yaradır" - Çelik yazıb.
O qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında davam edən müharibədə çox balanslı və ehtiyatlı davranır:
"Türkiyə NATO üzvü olsa da, Rusiyaya embarqo qoymayıb və hava məkanını Rusiya təyyarələri üçün bağlamayıb. Türkiyənin Qara dənizdə taxıl dəhlizinə, əsir mübadiləsinə və dənizin minalardan təmizlənməsinə verdiyi töhfə əslində bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Türkiyənin balanslaşdırılmış rəftarını və müharibəni bitirmək üçün göstərdiyi səyləri davam etdirməsi çox vacibdir".
Bir müddət əvvəl Türkiyə prezidentinin rəsmi nümayəndəsi, hazırda Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Türkiyənin Rusiya Federasiyasına qarşı sanksiyalarının ilk növbədə Ankaranın özünə qarşı olacağını bildirib.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək.
Rəsmi Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti çatmır. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.