https://sputnik.az/20240618/cenub-serqi-asiya-a-de-maraqlidir-rusiya-emekdasligi-alqislayir-465454865.html
Cənub-Şərqi Asiya Aİİ-də maraqlıdır: Rusiya əməkdaşlığı alqışlayır
Cənub-Şərqi Asiya Aİİ-də maraqlıdır: Rusiya əməkdaşlığı alqışlayır
Sputnik Azərbaycan
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, bütövlükdə Rusiya Aİİ, Şanxay Əməkdaşlıq Təşkilatı və ASEAN-ın potensiallarının... 18.06.2024, Sputnik Azərbaycan
2024-06-18T23:50+0400
2024-06-18T23:50+0400
2024-06-18T23:50+0400
rusiya
dmitri medvedev
aii
şanxay əməkdaşlıq təşkilatı
avrasiya iqtisadi ittifaqı
vladivostok
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463950269_0:108:3256:1940_1920x0_80_0_0_dc855b6bcdb6bd3da15963ee42de2816.jpg
BAKI, 18 iyun - Sputnik. Cənub-Şərqi Asiya dövlətlərinin Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığa marağı getdikcə artır.Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, "Vahid Rusiya" Partiyasının sədri Dmitri Medvedev bildirib. Qeyd edək ki, bu gün Vladivostokda “Çoxqütblü dünya üçün dünya çoxluğu” partiyalararası forum keçirilir.“Mən məmnunluqla qeyd etmək istərdim ki, Cənub-Şərqi Asiya dövlətlərinin Avrasiya İqtisadi İttifaqı ilə qarşılıqlı fəaliyyətə marağı artır. Ötən ilin noyabrında ASEAN-ın Cakartadakı Katibliyində Aİİ günləri keçirildi. "Onluq" ölkələri Şanxay Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı əlaqələri də yaxından araşdırır, bu işi ciddi şəkildə təkmilləşdirir və praktiki səviyyəyə çatdırır" - Medvedev çıxışı zamanı qeyd edib.O əlavə edib ki, Rusiya ümumilikdə Aİİ, Şanxay Əməkdaşlıq Təşkilatı və ASEAN-ın potensiallarının birləşdirilməsi perspektivlərinə nikbin baxır. Bundan əvvəl Medvedev Afrika Azad Ticarət Zonası ilə Aİİ arasında qarşılıqlı fəaliyyətin perspektivlərini qeyd edib.Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463950269_263:0:2994:2048_1920x0_80_0_0_5a56ea14d232b10e828e1662335ebacd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri medvedev, aii, şanxay əməkdaşlıq təşkilatı, avrasiya iqtisadi ittifaqı, vladivostok
dmitri medvedev, aii, şanxay əməkdaşlıq təşkilatı, avrasiya iqtisadi ittifaqı, vladivostok
Cənub-Şərqi Asiya Aİİ-də maraqlıdır: Rusiya əməkdaşlığı alqışlayır
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, bütövlükdə Rusiya Aİİ, Şanxay Əməkdaşlıq Təşkilatı və ASEAN-ın potensiallarının birləşdirilməsi perspektivlərinə nikbin baxır.
BAKI, 18 iyun - Sputnik. Cənub-Şərqi Asiya dövlətlərinin Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığa marağı getdikcə artır.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, "Vahid Rusiya" Partiyasının sədri Dmitri Medvedev bildirib.
Qeyd edək ki, bu gün Vladivostokda “Çoxqütblü dünya üçün dünya çoxluğu” partiyalararası forum keçirilir.
“Mən məmnunluqla qeyd etmək istərdim ki, Cənub-Şərqi Asiya dövlətlərinin Avrasiya İqtisadi İttifaqı ilə qarşılıqlı fəaliyyətə marağı artır. Ötən ilin noyabrında ASEAN-ın Cakartadakı Katibliyində Aİİ günləri keçirildi. "Onluq" ölkələri Şanxay Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı əlaqələri də yaxından araşdırır, bu işi ciddi şəkildə təkmilləşdirir və praktiki səviyyəyə çatdırır" - Medvedev çıxışı zamanı qeyd edib.
O əlavə edib ki, Rusiya ümumilikdə Aİİ, Şanxay Əməkdaşlıq Təşkilatı və ASEAN-ın potensiallarının birləşdirilməsi perspektivlərinə nikbin baxır.
Bundan əvvəl Medvedev Afrika Azad Ticarət Zonası ilə Aİİ arasında qarşılıqlı fəaliyyətin perspektivlərini qeyd edib.
Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.