Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

İsveçrə konfransında Rusiyanın iştirak etmədiyi üçün nəticə də olmayacaqdı - alman deputat

© iStock.com / Diy13Rusiya və Ukrayna bayraqları, arxiv
Rusiya və Ukrayna bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 17.06.2024
Abunə olmaq
Siyasətçi bildirib ki, ərazi məsələlərini müharibə edən tərəflər, Ermənistan və Azərbaycanın etdiyi kimi, birgə həll etməlidirlər.
BAKI, 17 iyun - Sputnik. İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfransda Rusiya iştirak etmədiyi üçün heç bir nəticə əldə olunmadı. Bu barədə RİA Novosti-yə Almaniya parlamentinin Almaniya üçün Alternativ (AfD) partiyasından olan deputatı Şteffen Kotre bildirib.

“Rusiya iştirak etmədiyi üçün konfrans heç bir nəticə verə bilmədi. ABŞ və müttəfiqləri Ukraynanı dəfələrlə əmin ediblər ki, onu dəstəkləyəcəklər və ona silah verəcəklər. Ona görə də (Vladimir – red.) Zelenski dönə-dönə bəyan edir ki, Rusiya məğlub ola bilər. Bu, arzudur və reallıqdan uzaqdır. Üç həftədən sonra heç kim bu konfransı xatırlamayacaq”, - Kotre bildirib.

Deputat Rusiya və Ukrayna arasında mümkün sülh prosesi üçün müsbət nümunə kimi ErmənistanAzərbaycan arasında aparılan danışıqları göstərib.

“Yalnız bir ilk addım (sülhə gedən yolda - red.) ola bilər: qeyd-şərtsiz atəşkəs. Onda azlıqların hüquqlarına hörmət edilməlidir. Meksika Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ola bilməyəcəyi kimi, Rusiyanın təhlükəsizlik maraqlarını nəzərə alaraq Ukrayna da NATO-ya üzv ola bilməz. Ərazi məsələlərini müharibə edən tərəflər birgə həll edilməlidir. Hazırda Ermənistan və Azərbaycan məhz bunu edir”, - Kotre əlavə edib.

İsveçrə iyunun 15-16-da Luzern şəhəri yaxınlığında, Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirib. Doxsandan çox ölkə, həmçinin 8 təşkilat, o cümlədən Aİ, Avropa Şurası və BMT iştirakını təsdiqləyib. Konfransda ABŞ prezidenti Co Bayden, həmçinin Çin prezidenti Si Cinpin və Braziliya prezidenti Luiz İnasio Lula da Silva iştirak etməyib.
İsveçrə Rusiya Federasiyasına Ukrayna ilə bağlı sammitdə iştirak etmək üçün dəvət göndərməsə də, Moskva heç bir halda iştirak etməzdi. Kreml bəyan edib ki, Rusiyanın iştirakı olmadan Ukrayna münaqişəsində vəziyyətin həlli variantlarını axtarmaq tamamilə məntiqsiz və əbəsdir.
Konfransın yekunu üzrə birgə kommünike Zaporojye AES üzərində nəzarətin Kiyevə qaytarılmasını tələb edir, həmçinin Qara və Azov dənizlərində sərbəst hərəkət, bütün hərbi əsirlərin mübadiləsi və azad edilməsi çağırışlarını ehtiva edir.
Sənəddə münaqişəyə son qoymaq üçün bütün tərəflər arasında dialoqun zəruriliyindən də danışılır. İclasın 91 iştirakçısından yalnız 77-si kommünikeni dəstəkləyib.
Əvvəlcə məlum idi ki, sənədi Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, BƏƏ və Səudiyyə Ərəbistanı, eləcə də Ermənistan, Bəhreyn, İndoneziya, Liviya, Meksika və Tailand imzalamayıb.
Daha sonra Vatikanın mətbuat xidməti RİA Novosti-yə bildirib ki, Vatikan Ukrayna ilə bağlı sammit bəyannaməsini imzalamayıb. Daha sonradan məlum oldu ki, İraq və İordaniya Ukrayna üzrə konfransdan sonra birgə kommünike imzalayan ölkələr siyahısından çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0