https://sputnik.az/20240617/rusiya-ukrayna-ile-bagli-muzakirelerde-bezi-olkelerin-movqeyini-nezere-alir---peskov-465442909.html
Rusiya Ukrayna ilə bağlı müzakirələrdə bəzi ölkələrin mövqeyini nəzərə alır - Peskov
Rusiya Ukrayna ilə bağlı müzakirələrdə bəzi ölkələrin mövqeyini nəzərə alır - Peskov
Sputnik Azərbaycan
İsveçrə iyunun 15-16-da Luzern şəhəri yaxınlığında, Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirib. 17.06.2024, Sputnik Azərbaycan
2024-06-17T14:36+0400
2024-06-17T14:36+0400
2024-06-17T14:36+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
kreml
macarıstan
serbiya
türkiyə
konfrans
mövqe
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459588169_0:0:3071:1728_1920x0_80_0_0_09ca6077fcec30923e0e5da150713008.jpg
BAKI, 17 iyun - Sputnik. İsveçrədə Ukrayna ilə bağlı keçirilən sammitdə bir çox ölkələr Rusiyasız bu müzakirənin mənasızlığından danışdılar, Kreml bunları qeyd edirdi. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.İsveçrə iyunun 15-16-da Luzern şəhəri yaxınlığında, Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirib. Doxsan bir ölkə və 55 dövlət başçısı, həmçinin Aİ, Avropa Şurası və BMT daxil olmaqla səkkiz təşkilat iştirakını təsdiqləyib.Konfransda ABŞ prezidenti Co Bayden, həmçinin Çin prezidenti Si Cinpin və Braziliya prezidenti Luiz İnasio Lula da Silva iştirak etməyib. İsveçrə Rusiyaya sammitdə iştirak etmək üçün dəvət göndərməyib. Kreml bəyan edib ki, Rusiyanın iştirakı olmadan Ukrayna münaqişəsində vəziyyətdən çıxış yolları axtarmaq məntiqsiz və əbəsdir.Dmitri Peskov həmçinin bildirib ki, Macarıstan, Serbiya və Türkiyənin İsveçrə sammitində Ukrayna ilə bağlı vəziyyətin müzakirəsi zamanı tutduqları mövqe Rusiya Federasiyası ilə münasibətləri korlamayacaq.Xatırladaq ki, Konfransın yekunu üzrə birgə kommünike Zaporojye AES üzərində nəzarətin Kiyevə qaytarılmasını tələb edir, həmçinin Qara və Azov dənizlərində sərbəst hərəkət, bütün hərbi əsirlərin mübadiləsi və azad edilməsi çağırışlarını ehtiva edir.Sənəddə münaqişəyə son qoymaq üçün bütün tərəflər arasında dialoqun zəruriliyindən də danışılır. İclasın 91 iştirakçısından yalnız 77-si kommünikeni dəstəkləyib.Əvvəlcə məlum idi ki, sənədi Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, BƏƏ və Səudiyyə Ərəbistanı, eləcə də Ermənistan, Bəhreyn, İndoneziya, Liviya, Meksika və Tailand imzalamayıb.Daha sonra Vatikanın mətbuat xidməti RİA Novosti-yə bildirib ki, Vatikan Ukrayna ilə bağlı sammit bəyannaməsini imzalamayıb. Daha sonradan məlum oldu ki, İraq və İordaniya Ukrayna üzrə konfransdan sonra birgə kommünike imzalayan ölkələr siyahısından çıxarılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459588169_216:0:2947:2048_1920x0_80_0_0_32f760997ba4e3dcf3123070368b3d57.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kreml, macarıstan, serbiya, türkiyə, konfrans, mövqe
kreml, macarıstan, serbiya, türkiyə, konfrans, mövqe
Rusiya Ukrayna ilə bağlı müzakirələrdə bəzi ölkələrin mövqeyini nəzərə alır - Peskov
İsveçrə iyunun 15-16-da Luzern şəhəri yaxınlığında, Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirib.
BAKI, 17 iyun - Sputnik. İsveçrədə Ukrayna ilə bağlı keçirilən sammitdə bir çox ölkələr Rusiyasız bu müzakirənin mənasızlığından danışdılar, Kreml bunları qeyd edirdi. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əslində, onların çoxu və bu tədbirdə geniş yayılmış baxış bucağı idi, bir çoxları ölkəmizin iştirakı olmadan hər hansı ciddi substantiv müzakirələrin mənasızlığını başa düşdüyünü dəqiq təsdiqlədi. Biz də bunu qeydə almışıq”, - Peskov jurnalistlərə bildirib.
İsveçrə iyunun 15-16-da Luzern şəhəri yaxınlığında, Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirib. Doxsan bir ölkə və 55 dövlət başçısı, həmçinin Aİ, Avropa Şurası və BMT daxil olmaqla səkkiz təşkilat iştirakını təsdiqləyib.
Konfransda ABŞ prezidenti Co Bayden, həmçinin Çin prezidenti Si Cinpin və Braziliya prezidenti Luiz İnasio Lula da Silva iştirak etməyib. İsveçrə Rusiyaya sammitdə iştirak etmək üçün dəvət göndərməyib. Kreml bəyan edib ki, Rusiyanın iştirakı olmadan Ukrayna münaqişəsində vəziyyətdən çıxış yolları axtarmaq məntiqsiz və əbəsdir.
Dmitri Peskov həmçinin bildirib ki, Macarıstan, Serbiya və Türkiyənin İsveçrə sammitində Ukrayna ilə bağlı vəziyyətin müzakirəsi zamanı tutduqları mövqe Rusiya Federasiyası ilə münasibətləri korlamayacaq.
“Xeyr, korlamayacaq, biz, əlbəttə ki, bu ölkələrin tutduğu mövqeni nəzərə alacağıq, bu, bizim üçün vacibdir”, - deyə Peskov jurnalistlərə Ukrayna ilə bağlı İsveçrə sammitində Macarıstan, Serbiya və Serbiya və Türkiyənin tutduğu mövqenin Rusiya ilə münasibətləri korlayıb-korlamayacağı ilə bağlı suala cavab verib.
Xatırladaq ki, Konfransın yekunu üzrə birgə kommünike Zaporojye AES üzərində nəzarətin Kiyevə qaytarılmasını tələb edir, həmçinin Qara və Azov dənizlərində sərbəst hərəkət, bütün hərbi əsirlərin mübadiləsi və azad edilməsi çağırışlarını ehtiva edir.
Sənəddə münaqişəyə son qoymaq üçün bütün tərəflər arasında dialoqun zəruriliyindən də danışılır. İclasın 91 iştirakçısından yalnız 77-si kommünikeni dəstəkləyib.
Əvvəlcə məlum idi ki, sənədi Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, BƏƏ və Səudiyyə Ərəbistanı, eləcə də Ermənistan, Bəhreyn, İndoneziya, Liviya, Meksika və Tailand imzalamayıb.
Daha sonra Vatikanın mətbuat xidməti RİA Novosti-yə bildirib ki, Vatikan Ukrayna ilə bağlı sammit bəyannaməsini imzalamayıb. Daha sonradan məlum oldu ki, İraq və İordaniya Ukrayna üzrə konfransdan sonra birgə kommünike imzalayan ölkələr siyahısından çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.