Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rostov istintaq təcridxanasında 500 nəfərlik yerdə 900 nəfər saxlanılırmış - Yenilənib

© Photo : social mediaRostov İstintaq Təcridxanası
Rostov İstintaq Təcridxanası - Sputnik Azərbaycan, 1920, 17.06.2024
Abunə olmaq
Rostov vilayətindəki 1 saylı İstintaq Təcridxanasında əməkdaşları girov götürən məhbuslar məhv edilib. Girovların azad edilməsi üzrə keçirilən xüsusi əməliyyat zamanı cinayətkarlar məhv edilib, girov saxlanılan işçilər azad edilib və xəsarət almayıblar.
BAKI, 17 iyun - Sputnik. Girov götürülmənin baş verdiyi Rostov-Dondakı istintaq təcridxanasında 900-ə yaxın adam saxlanılıb, müəssisənin təxmini tutumu onun yarısından çox olub. Bu barədə RİA Novosti-yə regionun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“İstintaq təcridxanası 500-dən bir qədər çox adam üçün nəzərdə tutulub, əslində isə (onda var idi - red.) 900-ə yaxındır”, - agentliyin həmsöhbəti bildirib.
Bundan əlavə bildirilib ki, müəssisədə kadr çatışmazlığı 30%-ə yaxındır.
Bazar günü Rusiya Federal Penitensiar Xidmətin Rostov vilayətindəki 1 saylı istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxs iki əməkdaşını girov götürüb. Həmin gün girov götürənlər məhv edilib.
Rusiya Federasiyası İnsan Hüquqları Şurasının üzvü, Moskva ictimai müşahidə komissiyasının icraçı katibi Aleksey Melnikov RİA Novosti-yə bildirib ki, bu istintaq təcridxanasında məhbusların normadan artıq sayı 200-dən 400 nəfərə qədərdir.
16.06.24, 13:12
Rostov-na-Donudakı istintaq təcridxanasında əməkdaşları girov götürən şəxslər zərərsizləşdirilib.
Bu barədə Federal Penitensiar Xidmətin Mətbuat bürosu məlumat yayıb.
“Rusiya Federal Penitensiar Xidmətinin Rostov vilayətindəki 1 saylı İstintaq Təcridxanasında girovların azad edilməsi üzrə keçirilən xüsusi əməliyyat zamanı cinayətkarlar məhv edilib, girov saxlanılan işçilər azad edilib və xəsarət almayıblar” - məlumatda bildirilir.
***
Rostov-na-Donuda məhbusların əməkdaşları əsir götürdüyü istintaq təcridxanasının ərazisində atışma səsləri eşidilir.
Bu barədə RİA Novosti-nin hadisə yerində olan əməkdaşı məlumat verib.
Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq təcridxanasının binasına toplanıb. Ətrafdakı bir neçə blok mühasirəyə alınıb.
Federal Penitensiar Xidmətin səhər verdiyi məlumata görə, Rostov-na-Donudakı 1 saylı istintaq təcridxanasında məhbuslar iki əməkdaşı girov götürüblər. İnsan Hüquqları Şurasının üzvü Yeva Merkaçevanın aydınlaşdırdığı kimi, girov götürülənlərdən biri Federal Penitensiar Xidmətin Rostov qərargahının əməliyyat şöbəsinin rəisi Aleksandr Boqmadır. İkincisi şəxs isə RİA Novosti-nin mənbəsinə görə, nəzarətçidir.
***
Altı-yeddi müttəhim Rostov-na-Donu istintaq təcridxanasının əməkdaşlarını girov götürüb.
Bu barədə regionun hüquq-mühafizə orqanlarındakı mənbə RİA Novosti-yə bildirib.
"Onlar nəqliyyat və istintaq təcridxanasını tərk etmək imkanı tələb edirlər” - deyən mənbə məhbuslarla danışıqların davam etdiyini bildirib.
Rusiya Federal Penitensiar Xidməti bu gün səhər Rostov vilayətindəki 1 saylı istintaq təcridxanasının kameralarından birinin məhbuslarının iki əməkdaşı girov götürdüyü barədə məlumat yayıb.
Xidmətin məlumatına görə, Rostov qərargahının rəhbəri, hüquq-mühafizə orqanlarının və prokurorluğun nümayəndələri hadisə yerindədir, mərkəzi aparatın əməkdaşları isə ora gediblər.
Vəziyyət nəzarətdə saxlanılır, təcridxana normal rejimdə işləyir.
***
Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan altı şəxs cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb.
RİA Novosti-nin yaydığı məlumata görə, məhkumlar təcridxanadakı kameranın pəncərəsinin barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar və nəzarətçi ilə əməliyyat zabitini girov götürüblər.
Qeyd olunub ki, cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər. Artıq vilayətin Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın bütün şəxsi heyəti istintaq təcridxanasına göndərilib.
Təcridxanada üsyan edən Akiyev Şamil, Qiriyev Tamerlan və Tsiskiyev Azamat Karaçay Çərkəz Respublikası ərazisində terror aktı törətməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum ediliblər. Digər üç nəfərin şəxsiyyəti dəqiqləşdirilir.
Təcridxanada işçilərin girov götürülməsi əvvəlcədən planlaşdırılıb və məhbusların hərəkətlərinin kənardan əlaqələndirilməsi versiyası yoxlanılacaq.
Xəbər lenti
0