Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Onlarla ölkə BRİKS-ə qoşulmağa çalışır - Medvedev

© Sputnik / Сергей Бобылев / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 17.06.2024
Abunə olmaq
Bir neçə gün əvvəl Rusiya KİV-lərində adıçəkilən təşkilata tezliklə üzv olacaq ölkələrin siyahısı dərc olunub.
BAKI, 17 iyun - Sputnik. Onlarla ölkə BRİKS-ə qoşulmağa çalışır. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedev bildirib.

"Başqa ölkələr BRİKS-ə qoşulmağa çalışırlar, deyə bilərik ki, bizim regiondan - Tailanddan, Vyetnamdan və bir sıra digər ölkələrdən də onlardan bir neçəsi var", - Medvedev Vladivostokda keçirilən “Yeni çoxqütblü dünya nizamının qurulmasında BRİKS Assosiasiyasının rolu” mövzusunda Vahid Rusiya-nın Beynəlxalq partiyalararası forumun plenar iclasında deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya KİV-lərində adıçəkilən təşkilata üzv olacaq ölkələrin adları açıqlanıb. Belə ki, "İzvestiya" BRİKS-ə tamhüquqlu üzv və ya tərəfdaş dövlət kimi qoşulmaq istəyən ölkələrin tam siyahısını əldə edib.
Nijni Novqorodda keçirilən BRİKS Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən assosiasiya ölkələrindən birinin nümayəndəsinin sözlərinə görə, ümumilikdə 28 belə dövlət var:
Azərbaycan, Əlcəzair, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Honduras, Zimbabve, İndoneziya, Qazaxıstan, Kuba, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Pakistan, Seneqal, Suriya, Tayland, Türkiyə, Uqanda, Çad, Şri-Lanka, Ekvatorial Qvineya, Eritreya və Cənubi Sudan.

"Onların hamısı namizəddir. Onlar qrupa qoşulmaqda maraqlıdırlar. Namizədlərlə və onların qrupa qoşulma formatı ilə bağlı məsələlər BRİKS-in oktyabrda Kazanda keçiriləcək sammitində həll olunacaq. Bununla əlaqədar olaraq, genişləndirmənin Kazanda elan edilib-edilməyəcəyi hələ dəqiq deyil", - diplomatik mənbələr "İzvestiya" ilə söhbətində qeyd edib.

Bundan əlavə, beynəlxalq aləmdə hələ müstəqil ölkə kimi tam tanınmayan Fələstin BRİKS-ə maraq göstərir. O, müşahidəçi dövlət və ya tərəfdaş kimi qoşula bilər.
1 yanvar 2024-cü ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikaya Misir, İran, Efiopiya və BƏƏ BRİKS-ə qoşulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0