https://sputnik.az/20240617/brks-tezlikle-dunyaya-siyasi-alternativ-teklif-edecek---turkiyeli-analitik-465442030.html
BRİKS tezliklə dünyaya siyasi alternativ təklif edəcək - türkiyəli analitik
BRİKS tezliklə dünyaya siyasi alternativ təklif edəcək - türkiyəli analitik
Sputnik Azərbaycan
Analitik bildirib ki, Yalta Konfransından sonra yaranan BMT Təhlükəsizlik Şurası bütün dünyada sülh və sabitliyi təmin edə bilməyib. 17.06.2024, Sputnik Azərbaycan
2024-06-17T20:04+0400
2024-06-17T20:04+0400
2024-06-17T20:04+0400
rusiya
briks
türkiyə
ölkə
qoşulmama hərəkatı
https://cdnn1.img.sputnik.az/img/07e7/08/16/457894048_0:0:3096:1742_1920x0_80_0_0_35f81674350628bb337cb534a43c6874.jpg
BAKI, 17 iyun - Sputnik. BRİKS tezliklə dünyaya güclü siyasi alternativ təklif edəcək, Rusiya prezidenti Vladimir Putinin çağırışı bir növ manifest oldu. Bunu RİA Novosti-yə türkiyəli analitik Engin Özer deyib.Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Putin Avrasiyada yeni təhlükəsizlik sisteminin bütün potensial iştirakçıları ilə dialoq qurmağı təklif edib. Rusiya lideri hesab edir ki, BRİKS-in potensialı ona çoxqütblü dünya nizamının əsas tənzimləyici institutlarından birinə çevrilməyə imkan verəcək.Onun sözlərinə görə, BRİKS və Qoşulmama Hərəkatları dünya əhalisinin yarıdan çoxunu təmsil edir, ona görə də onların regiondankənar güclərin, xüsusilə də Avrasiya və Afrikanın müdaxiləsinə baxmayaraq, öz regionlarında öz institutlarını yaratmaq istəmələri başa düşüləndir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240614/brks-uzvluyune-namized-olkelerin-adlari-aciqlandi-465395327.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/16/457894048_0:0:2732:2048_1920x0_80_0_0_99bf530d36db2536d4a156b3c56406d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
briks , türkiyə, ölkə, qoşulmama hərəkatı
briks , türkiyə, ölkə, qoşulmama hərəkatı
BRİKS tezliklə dünyaya siyasi alternativ təklif edəcək - türkiyəli analitik
Analitik bildirib ki, Yalta Konfransından sonra yaranan BMT Təhlükəsizlik Şurası bütün dünyada sülh və sabitliyi təmin edə bilməyib.
BAKI, 17 iyun - Sputnik. BRİKS tezliklə dünyaya güclü siyasi alternativ təklif edəcək, Rusiya prezidenti Vladimir Putinin çağırışı bir növ manifest oldu. Bunu RİA Novosti-yə türkiyəli analitik Engin Özer deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Putin Avrasiyada yeni təhlükəsizlik sisteminin bütün potensial iştirakçıları ilə dialoq qurmağı təklif edib. Rusiya lideri hesab edir ki, BRİKS-in potensialı ona çoxqütblü dünya nizamının əsas tənzimləyici institutlarından birinə çevrilməyə imkan verəcək.
“Yalta Konfransı və təhlükəsizlik konsepsiyasının dağılmasından sonra yaranan hegemon struktur (BMT Təhlükəsizlik Şurası - red.) bütün dünyada sülh və sabitliyi təmin edə bilmədi. Dünya əhalisinin təxminən 20%-ni təşkil edən Hindistanın və hələlik heç bir müsəlman ölkəsinin BMT Təhlükəsizlik Şurasında təmsil olunmaması qurumun nə dərəcədə ədalətli ola biləcəyinə şübhələr yaradır. Putinin BMT-yə çağırışı Hindistan və Braziliya kimi təmsilçiliyi zəif olan ölkələr üçün yeni imkanlar açacaq", - analitik deyib.
Onun sözlərinə görə, BRİKS və Qoşulmama Hərəkatları dünya əhalisinin yarıdan çoxunu təmsil edir, ona görə də onların regiondankənar güclərin, xüsusilə də Avrasiya və Afrikanın müdaxiləsinə baxmayaraq, öz regionlarında öz institutlarını yaratmaq istəmələri başa düşüləndir.
“Burada yaxşı nümunə Avropa İttifaqının ittifaqın bir hissəsi olmayan ölkələri qınamaq üçün öz qaydalarından istifadə etməsidir. BRİKS hazırda üzv ölkələrin iqtisadiyyatında xarici maliyyə əməliyyatlarına qarşı çıxmaq üçün yeni valyutanın yaradılması üzərində işləyir. XXI əsrin hibrid müharibələrində maliyyə və informasiya əməliyyatları hərbi əməliyyatlardan daha vacibdir. Hazırda BRİKS iqtisadi birlik görüntüsü yaradır, lakin Putinin çağırışı bir növ manifestdir. Görünən odur ki, yaxın gələcəkdə bu təşkilat hansısa siyasi kimlik qazanaraq dünyaya güclü alternativ təklif edəcək”, - deyə analitik fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.