https://sputnik.az/20240617/abs-yasil-enerji-gundemi-ile-avropanin-iqtisadiyyatini-mehv-edib---volodin--465445442.html
ABŞ "yaşıl" enerji gündəmi ilə Avropanın iqtisadiyyatını məhv edib - Volodin
ABŞ "yaşıl" enerji gündəmi ilə Avropanın iqtisadiyyatını məhv edib - Volodin
Sputnik Azərbaycan
Minskdə Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının 66-cı sessiyasının iclası keçirilir. 17.06.2024, Sputnik Azərbaycan
2024-06-17T18:00+0400
2024-06-17T18:00+0400
2024-06-17T18:00+0400
rusiya
vyaçeslav volodin
dövlət duması
yaşıl
enerji
abş
avropa
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455659744_0:0:2582:1452_1920x0_80_0_0_33dcb7318960bce7bc69ae5090730cea.jpg
BAKI, 17 iyun - Sputnik. ABŞ "yaşıl" gündəmi ilə bütün dünyanı ağuşuna almaq istədi, Avropa özünü buna inteqrasiya etdi və indi onun iqtisadiyyatı praktiki olaraq məhv edilib. Belə bir açıqlama ilə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin çıxış edib.Bazar ertəsi Minskdə Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının 66-cı sessiyasının iclası keçirilir. Onu Rusiya Dövlət Dumasının sədri, Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının sədri Vyaçeslav Volodin aparır.Volodin qeyd edib ki, Almaniya hazırda durğunluq yaşayır.“Onlar atom elektrik stansiyalarını bağladılar, ucuz enerji mənbələrindən imtina etdilər və "yaşıl" enerji istehsalına başlamaq niyyətində idilər”, - spiker əlavə edib.Eyni zamanda, rusiyalı deputatın fikrincə, elektromobillər mövzusu yaxşı mövzudur, lakin bunun haradan gəldiyini düşünmək lazımdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240608/yasil-enerjinin-aqressiv-tebligi-dunya-ehalisine-qarsi-enerji-muharibesidir---secin-465233598.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455659744_155:0:2504:1762_1920x0_80_0_0_9344203986bdf0956b2dfac98b634b87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vyaçeslav volodin, dövlət duması, yaşıl, enerji, abş, avropa
vyaçeslav volodin, dövlət duması, yaşıl, enerji, abş, avropa
ABŞ "yaşıl" enerji gündəmi ilə Avropanın iqtisadiyyatını məhv edib - Volodin
Minskdə Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının 66-cı sessiyasının iclası keçirilir.
BAKI, 17 iyun - Sputnik. ABŞ "yaşıl" gündəmi ilə bütün dünyanı ağuşuna almaq istədi, Avropa özünü buna inteqrasiya etdi və indi onun iqtisadiyyatı praktiki olaraq məhv edilib. Belə bir açıqlama ilə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin çıxış edib.
Bazar ertəsi Minskdə Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının 66-cı sessiyasının iclası keçirilir. Onu Rusiya Dövlət Dumasının sədri, Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının sədri Vyaçeslav Volodin aparır.
“Birləşmiş Ştatlar bütün dünyanı öz "yaşıl" gündəliyinə inteqrasiya etməyə çalışdı. Avropa inteqrasiya etdi. Necə bitdi? İqtisadiyyat praktiki olaraq dağılıb, ötən il Avrozonada ÜDM artımı 0,3% təşkil edib”, - Duma rəhbəri bildirib.
Volodin qeyd edib ki, Almaniya hazırda durğunluq yaşayır.
“Onlar atom elektrik stansiyalarını bağladılar, ucuz enerji mənbələrindən imtina etdilər və "yaşıl" enerji istehsalına başlamaq niyyətində idilər”, - spiker əlavə edib.
Eyni zamanda, rusiyalı deputatın fikrincə, elektromobillər mövzusu yaxşı mövzudur, lakin bunun haradan gəldiyini düşünmək lazımdır.
“Bizim qaz və neft hasilatında üstünlüyümüz var, onlarda isə yoxdur. Layihələrini təbliğ edirlər, amma daha bahalıdırlar, bu hələ məlum deyil və nəticələri nə olacağı bəlli deyil - çünki hələ bu akkumulyatorların utilizasiyası ilə məşğul olmaq lazımdır, bunun necə bitəcəyini heç kim bilmir... Ona görə də düşünün, onlar da hər cür ödənişləri tətbiq edərək, bu "yaşıl" gündəmi bizim özümüzə də sırımağa çalışdılar. Nə üçün? Belə edirdilər ki, biz mövcud yataqları bağlayaq və onlardan imtina edək, atom elektrik stansiyalarını bağlayaq və onlardan imtina edək. Nəticədə isə biz rəqabət üstünlüyünü itirərdik”, - deyə Volodin fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.