https://sputnik.az/20240614/zaxarova-abs-in-ukrayna-ile-imzaladigi-tehlukesizlik-sazisini-kagiz-parcasi-adlandirdi-465386206.html
Zaxarova ABŞ-ın Ukrayna ilə imzaladığı təhlükəsizlik sazişini kağız parçası adlandırdı
Zaxarova ABŞ-ın Ukrayna ilə imzaladığı təhlükəsizlik sazişini kağız parçası adlandırdı
Sputnik Azərbaycan
XİN rəsmisi deyib ki, Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaqla bağlı ilkin planından əl çəkməyib. 14.06.2024, Sputnik Azərbaycan
2024-06-14T12:18+0400
2024-06-14T12:18+0400
2024-06-14T12:30+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
abş
ukrayna
təhlükəsizlik
saziş
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463060938_0:178:3008:1870_1920x0_80_0_0_6befe712bead2a466ff547148fb2385f.jpg
BAKI, 14 iyun — Sputnik. Ukrayna və Birləşmiş Ştatlar arasında təhlükəsizlik zəmanətləri haqqında sazişlər sadəcə kağız parçalarıdır. Bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. XİN rəsmisi deyib ki, Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaqla bağlı ilkin planından əl çəkməyib:"Siz və mən vətəndaş olaraq bu aqressiv dünya azlığının ilkin planlarının iflasa uğradığını, baş tutmadığını görürük”.Xatırladaq ki, “Böyük Yeddilik” ölkələri (G7) sammiti çərçivəsində ABŞ və Ukrayna dövlətləri arasında təhlükəsizlik sazişi imzalanıb. ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ-Ukrayna təhlükəsizlik sazişi 10 il müddətinə bağlanacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463060938_139:0:2870:2048_1920x0_80_0_0_3bea5627725bf48e5177c722e87636f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, abş, ukrayna, təhlükəsizlik, saziş
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, abş, ukrayna, təhlükəsizlik, saziş
Zaxarova ABŞ-ın Ukrayna ilə imzaladığı təhlükəsizlik sazişini kağız parçası adlandırdı
12:18 14.06.2024 (Yenilənib: 12:30 14.06.2024) XİN rəsmisi deyib ki, Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaqla bağlı ilkin planından əl çəkməyib.
BAKI, 14 iyun — Sputnik. Ukrayna və Birləşmiş Ştatlar arasında təhlükəsizlik zəmanətləri haqqında sazişlər sadəcə kağız parçalarıdır. Bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Fakt budur ki, bunlar adi kağız parçalarıdır, hətta press-relizlər daha önəmlidir. Bu müqavilələrin heç bir əhəmiyyəti yoxdur, hüquqi qüvvəsi yoxdur", - Zaxarova deyib.
XİN rəsmisi deyib ki, Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaqla bağlı ilkin planından əl çəkməyib:
"Siz və mən vətəndaş olaraq bu aqressiv dünya azlığının ilkin planlarının iflasa uğradığını, baş tutmadığını görürük”.
Xatırladaq ki, “Böyük Yeddilik” ölkələri (G7) sammiti çərçivəsində ABŞ və Ukrayna dövlətləri arasında təhlükəsizlik sazişi imzalanıb. ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ-Ukrayna təhlükəsizlik sazişi 10 il müddətinə bağlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.