https://sputnik.az/20240614/stehkamin-sonu--casov-yarin-azad-edilmesi-basa-catir-465395755.html
"İstehkam"ın sonu – Çasov Yarın azad edilməsi başa çatır
"İstehkam"ın sonu – Çasov Yarın azad edilməsi başa çatır
Sputnik Azərbaycan
Sputnik-in hərbi icmalçısı Aleksandr Xrolenko qeyd edir ki, USQ-nin bütün ehtiyatları Xarkov vilayətinə "irəliləmək üçün" verildikdən sonra Çasov Yar... 14.06.2024, Sputnik Azərbaycan
2024-06-14T18:30+0400
2024-06-14T18:30+0400
2024-06-14T18:30+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
silahlı qüvvələr
f-16 qırıcı təyyarəsi
sualtı qayıq
dron
kamikadze
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e8/04/12/464022367_0:280:3141:2047_1920x0_80_0_0_340a405a67ffa5d12b128cd24205905e.jpg
BAKI, 14 iyun — Sputnik. Rusiya ordusu xüsusi hərbi əməliyyat (XHƏ) zonasında təşəbbüsə malikdir və geniş cəbhədə hücumu inkişaf etdirir. "Şimal" qruplaşmasının bölmələri Xarkov istiqamətində metodik olaraq irəliləyirlər - ən qızğın nöqtələr Liptsı və Volçanskda olaraq qalır. Burada düşmən "Solntsepek"lər və tənzimlənən iri kalibrli aviabombalarla məhv edilir. Staromayorskoye (Donetsk), Artyomovka (Luqansk), Rıjevka (Sumı vilayəti) yaşayış məntəqələri azad edilib. Rusiya qoşunları Krasnoye kəndindən cənub-qərbdə olan ərazini nəzarət altına alıblar. Çasov Yar şəhərindən banderaçıların təmizlənməsi başa çatıb. Bu, hələ XHƏ-nin yalnız görünən hissəsidir. Ukrayna Silahlı Qüvvələrinin (USQ) demək olar ki, bütün ehtiyatları Xarkov vilayətinə "irəliləmək üçün" köçürüldükdən sonra Çasov Yar şəhərindəki Ukrayna müdafiəsi Rusiya qoşunlarının zərbələri altında sürətlə dağılmağa başlayıb. "Kanal" mikrorayonunda 98-ci hava-desant diviziyasının qvardiyaları banderaçıların mövqelərini aşaraq Severski Donetsk kanalına qədər 500 metrlik dəhlizi yarıblar. Baş Kəşfiyyat İdarəsinin "Kraken" alayının Ukrayna bölmələri və Milli Qvardiyanın "Donbas" xüsusi təyinatlı batalyonu çoxmərtəbəli binalarda möhkəmlənməyə çalışdıqları qərb kvartallarına çəkiliblər. Hətta "Reuters" agentliyi qeyd edib ki, Çasov Yarın "əsas şəhəri"ndə Rusiya "üstünlüyü əldə edib". Kiyevdə uydurulmuş daha bir "istehkam"ın hekayəsi biabırcasına nəticələnməyə yaxınlaşır. Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin əməliyyat arxasının bütün dərinliyinə yüksək dəqiqlikli silahlarla birgə zərbələri düşməni manevr azadlığından, arsenal və anbarlardan məhrum edir, NATO silahlarının tədarükünün maddi-texniki bazasını məhv edir. İyunun 12-də qarşısıalınmaz hipersəsli "Kinjal" raket kompleksi, X-101/X-555 qanadlı raketləri və "Geran" kamikadze dronları Kiyev, Sumi, Dnepropetrovsk, Pavloqrad, Mirqorod, Odessada Ukraynanın hərbi avia bazalarını, xarici "leqionerlərin" yerləşmə məntəqələrini, hərbi-sənaye kompleks müəssisələrini və USQ-nin mühüm infrastruktur obyektlərini məhv edib. Onlar 110-dan çox yanğınsöndürmə texnikasından istifadə etməklə Kiyev yaxınlığındakı yanan hərbi zavodu 24 saat ərzində söndürməyə çalışıblar, lakin NATO-nun kalibrli silah-sursatlarının istehsalı Rusiya torpağında ümumiyyətlə qala bilmir. İyunun 12-nə keçən gecə Rusiyanın raket hücumları fonunda Polşa Hərbi Hava Qüvvələrinin və ABŞ-ın digər limitroflarının təyyarələri, yəqin ki, öz ərazilərindəki bazaların layiqincə "qorunmasını" gözləyərək həyəcanla havaya qalxıblar. F-16 qırıcısının quyruğunu harada gizlətmək olar Rusiya Xarici İşlər Nazirliyi xatırladıb ki, Rusiyanın NATO-ya qarşı aqressiv planları yoxdur, lakin Moskva anlayır ki, alyansın Rusiya Federasiyası ilə bağlı planları var. Necə deyərlər: Nə əkərsən, onu da biçərsən. Qərb xüsusi hərbi əməliyyat zonasında şübhəsiz məhv olmağa məhkum olan F-16 qırıcılarının ilk partiyasını Kiyev rejiminə təhvil verməyə hazırlaşarkən, Rusiya açıq şəkildə bildirir: NATO təyyarələrini Ukrayna ərazisində gizlətmək mümkün deyil, USQ-nin Hərbi Hava Qüvvələrinin Rumıniya və ya Polşa ərazisində yerləşdirilməsi gənc avropalılar üçün son dərəcə təhlükəlidir. XHƏ zamanı Ukrayna ordusunun 613 təyyarəsi, 276 helikopteri, 25,653 pilotsuz uçuş aparatı (PUA, dron), 528 zenit-raket kompleksi məhv edilib. Ukrayna Silahlı Qüvvələrinin "ehtiyat aerodromları" rolunda olan NATO aviabazaları qaçılmaz olaraq Rusiyanın zərbələri üçün qanuni hədəfə çevriləcək (ABŞ-ın Hərbi Hava Qüvvələrinin "Global Hawk" kəşfiyyat dronları Qara dəniz üzərində Rusiya sahillərində müəyyən vəziyyətdə olduğu kimi). Qərbdə Rusiyanın Ukrayna münaqişəsində əhəmiyyətli "qarşısını alma" məqsədinə nail olması barədə anlayışı getdikcə artır – o, Ukrayna hərbi əməliyyatlar teatrında Kiyev rejiminin və NATO ölkələrinin hərbi sənaye kompleksi müəssisələrinin istehsal etdiyi hər şeyi məhv etmək qabiliyyətinə malikdir. Bu, demilitarizasiyanın əsaslı şəkildə fərqli səviyyəsidir. Beləliklə, Qərb "donorları" üçün getdikcə daha əlçatmaz olan gələcək hərbi yardımın perspektivlərinin (həcmlərinin) qiymətləndirilməsində fikir ayrılığı yaranıb. Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, alyans ölkələri Ukraynaya 98 milyard dollar dəyərində silah (sursat) verib. Qeyd edək ki, bunların xeyri yoxdur. NATO ölkələrinin müdafiə nazirləri Vaşinqton sammitinə hazırlaşırlar və artıq "Ukraynaya uzunmüddətli dəstək" məsələsini müzakirə edirlər. Əslində, ABŞ sərt şəkildə avropalı "müttəfiqlərini" Ukrayna Silahlı Qüvvələrinin reanimasiyası üçün qeyri-müəyyən müddətə – "lazım olduğu qədər" hər il 40 milyard avro ayırmağa məcbur edir. Ola bilsin ki, Qərb yeni "yüzillik müharibəyə" hazırlaşır, lakin milyardlarla avro/dolların sayı silah (sursat) istehsalı üçün mövcud resursların həcmi ilə uyğun gəlmir. Rusiya müdafiə sənayesi istehsal həcminə və məhsulun keyfiyyətinə görə ABŞ və NATO-nu dəfələrlə qabaqlayır. Lloyd Ostinin, Yens Stoltenberqin və aqressiv ittifaqın digər "cəbhəçiləri"nin yüksək səsli açıqlamaları strateji çıxılmaz vəziyyəti və ümidsizliyi ört-basdır etmək məqsədi daşıyır. Aİ-nin bir çox ölkələri müharibədə "son ukraynalıya qədər" mübarizə aparamaq üçün kömək etməyə hazırdırlar və heç kim bunun əvəzini ciddi şəkildə ödəmək və ya ölkələrinin gələcəyini riskə atmaq istəmir. "Politico" nəşri yazır:Həqiqətənmi "gəmidə üsyan baş verir"? ABŞ və Rusiya arasında Avropa üçün dağıdıcı olan uzun sürən proksi-müharibəsi "müttəfiqləri" ayırır, nəyin bahasına olursa olsun Vaşinqton və Brüsselin istədiyi nəticəni əldə etməsinə zəmanət vermir. Bununla yanaşı Rusiyanın beynəlxalq nüfuzu və iqtisadiyyatı artır. XHƏ-nin vəzifələrini inamla həll edən Rusiya Federasiyasının Silahlı Qüvvələri döyüş potensialını artırmaqda davam edir. Florida sahillərindəki Rusiyanın "Yasen" sualtı qayıqları hipersəsli "Zirkon"larının atəşi ilə "hegemonu" nəinki psixoloji cəhətdən sarsıdır, həm də bütün dünyaya ABŞ-ın zəifliyini göstərir. Vaşinqton Ukrayna Silahlı Qüvvələrinə ABŞ silahları ilə Rusiya Federasiyası ərazisinə zərbələr endirməsinə görə məsuliyyətdən yayına bilməyəcək - Rusiya Xarici İşlər Nazirliyinin bu mövqeyi Rusiya Müdafiə Nazirliyinin bütün nüvə raket potensialı ilə dəstəklənir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/12/464022367_283:0:3012:2047_1920x0_80_0_0_9da94dc239a1e27b3fc16b422c01a65c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, ukrayna, silahlı qüvvələr, f-16 qırıcı təyyarəsi, sualtı qayıq, dron, kamikadze, xüsusi hərbi əməliyyat
rusiya, ukrayna, silahlı qüvvələr, f-16 qırıcı təyyarəsi, sualtı qayıq, dron, kamikadze, xüsusi hərbi əməliyyat
"İstehkam"ın sonu – Çasov Yarın azad edilməsi başa çatır
Sputnik-in hərbi icmalçısı Aleksandr Xrolenko qeyd edir ki, USQ-nin bütün ehtiyatları Xarkov vilayətinə "irəliləmək üçün" verildikdən sonra Çasov Yar şəhərindəki Ukrayna müdafiəsi Rusiya qoşunlarının zərbələri altında sürətlə darmadağın olmağa başlayıb.
BAKI, 14 iyun — Sputnik. Rusiya ordusu xüsusi hərbi əməliyyat (XHƏ) zonasında təşəbbüsə malikdir və geniş cəbhədə hücumu inkişaf etdirir. "Şimal" qruplaşmasının bölmələri Xarkov istiqamətində metodik olaraq irəliləyirlər - ən qızğın nöqtələr Liptsı və Volçanskda olaraq qalır. Burada düşmən "Solntsepek"lər və tənzimlənən iri kalibrli aviabombalarla məhv edilir. Staromayorskoye (Donetsk), Artyomovka (Luqansk), Rıjevka (Sumı vilayəti) yaşayış məntəqələri azad edilib. Rusiya qoşunları Krasnoye kəndindən cənub-qərbdə olan ərazini nəzarət altına alıblar. Çasov Yar şəhərindən banderaçıların təmizlənməsi başa çatıb. Bu, hələ XHƏ-nin yalnız görünən hissəsidir.
Ukrayna Silahlı Qüvvələrinin (USQ) demək olar ki, bütün ehtiyatları Xarkov vilayətinə "irəliləmək üçün" köçürüldükdən sonra Çasov Yar şəhərindəki Ukrayna müdafiəsi Rusiya qoşunlarının zərbələri altında sürətlə dağılmağa başlayıb. "Kanal" mikrorayonunda 98-ci hava-desant diviziyasının qvardiyaları banderaçıların mövqelərini aşaraq Severski Donetsk kanalına qədər 500 metrlik dəhlizi yarıblar. Baş Kəşfiyyat İdarəsinin "Kraken" alayının Ukrayna bölmələri və Milli Qvardiyanın "Donbas" xüsusi təyinatlı batalyonu çoxmərtəbəli binalarda möhkəmlənməyə çalışdıqları qərb kvartallarına çəkiliblər.
Hətta "Reuters" agentliyi qeyd edib ki, Çasov Yarın "əsas şəhəri"ndə Rusiya "üstünlüyü əldə edib". Kiyevdə uydurulmuş daha bir "istehkam"ın hekayəsi biabırcasına nəticələnməyə yaxınlaşır.
Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin əməliyyat arxasının bütün dərinliyinə yüksək dəqiqlikli silahlarla birgə zərbələri düşməni manevr azadlığından, arsenal və anbarlardan məhrum edir, NATO silahlarının tədarükünün maddi-texniki bazasını məhv edir.
İyunun 12-də qarşısıalınmaz hipersəsli "Kinjal" raket kompleksi, X-101/X-555 qanadlı raketləri və "Geran" kamikadze dronları Kiyev, Sumi, Dnepropetrovsk, Pavloqrad, Mirqorod, Odessada Ukraynanın hərbi avia bazalarını, xarici "leqionerlərin" yerləşmə məntəqələrini, hərbi-sənaye kompleks müəssisələrini və USQ-nin mühüm infrastruktur obyektlərini məhv edib.
Onlar 110-dan çox yanğınsöndürmə texnikasından istifadə etməklə Kiyev yaxınlığındakı yanan hərbi zavodu 24 saat ərzində söndürməyə çalışıblar, lakin NATO-nun kalibrli silah-sursatlarının istehsalı Rusiya torpağında ümumiyyətlə qala bilmir.
İyunun 12-nə keçən gecə Rusiyanın raket hücumları fonunda Polşa Hərbi Hava Qüvvələrinin və ABŞ-ın digər limitroflarının təyyarələri, yəqin ki, öz ərazilərindəki bazaların layiqincə "qorunmasını" gözləyərək həyəcanla havaya qalxıblar.
F-16 qırıcısının quyruğunu harada gizlətmək olar
Rusiya Xarici İşlər Nazirliyi xatırladıb ki, Rusiyanın NATO-ya qarşı aqressiv planları yoxdur, lakin Moskva anlayır ki, alyansın Rusiya Federasiyası ilə bağlı planları var. Necə deyərlər: Nə əkərsən, onu da biçərsən. Qərb xüsusi hərbi əməliyyat zonasında şübhəsiz məhv olmağa məhkum olan F-16 qırıcılarının ilk partiyasını Kiyev rejiminə təhvil verməyə hazırlaşarkən, Rusiya açıq şəkildə bildirir: NATO təyyarələrini Ukrayna ərazisində gizlətmək mümkün deyil, USQ-nin Hərbi Hava Qüvvələrinin Rumıniya və ya Polşa ərazisində yerləşdirilməsi gənc avropalılar üçün son dərəcə təhlükəlidir.
XHƏ zamanı Ukrayna ordusunun 613 təyyarəsi, 276 helikopteri, 25,653 pilotsuz uçuş aparatı (PUA, dron), 528 zenit-raket kompleksi məhv edilib. Ukrayna Silahlı Qüvvələrinin "ehtiyat aerodromları" rolunda olan NATO aviabazaları qaçılmaz olaraq Rusiyanın zərbələri üçün qanuni hədəfə çevriləcək (ABŞ-ın Hərbi Hava Qüvvələrinin "Global Hawk" kəşfiyyat dronları Qara dəniz üzərində Rusiya sahillərində müəyyən vəziyyətdə olduğu kimi).
Qərbdə Rusiyanın Ukrayna münaqişəsində əhəmiyyətli "qarşısını alma" məqsədinə nail olması barədə anlayışı getdikcə artır – o, Ukrayna hərbi əməliyyatlar teatrında Kiyev rejiminin və NATO ölkələrinin hərbi sənaye kompleksi müəssisələrinin istehsal etdiyi hər şeyi məhv etmək qabiliyyətinə malikdir. Bu, demilitarizasiyanın əsaslı şəkildə fərqli səviyyəsidir. Beləliklə, Qərb "donorları" üçün getdikcə daha əlçatmaz olan gələcək hərbi yardımın perspektivlərinin (həcmlərinin) qiymətləndirilməsində fikir ayrılığı yaranıb. Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, alyans ölkələri Ukraynaya 98 milyard dollar dəyərində silah (sursat) verib. Qeyd edək ki, bunların xeyri yoxdur.
NATO ölkələrinin müdafiə nazirləri Vaşinqton sammitinə hazırlaşırlar və artıq "Ukraynaya uzunmüddətli dəstək" məsələsini müzakirə edirlər. Əslində, ABŞ sərt şəkildə avropalı "müttəfiqlərini" Ukrayna Silahlı Qüvvələrinin reanimasiyası üçün qeyri-müəyyən müddətə – "lazım olduğu qədər" hər il 40 milyard avro ayırmağa məcbur edir.
Ola bilsin ki, Qərb yeni "yüzillik müharibəyə" hazırlaşır, lakin milyardlarla avro/dolların sayı silah (sursat) istehsalı üçün mövcud resursların həcmi ilə uyğun gəlmir.
Rusiya müdafiə sənayesi istehsal həcminə və məhsulun keyfiyyətinə görə ABŞ və NATO-nu dəfələrlə qabaqlayır. Lloyd Ostinin, Yens Stoltenberqin və aqressiv ittifaqın digər "cəbhəçiləri"nin yüksək səsli açıqlamaları strateji çıxılmaz vəziyyəti və ümidsizliyi ört-basdır etmək məqsədi daşıyır. Aİ-nin bir çox ölkələri müharibədə "son ukraynalıya qədər" mübarizə aparamaq üçün kömək etməyə hazırdırlar və heç kim bunun əvəzini ciddi şəkildə ödəmək və ya ölkələrinin gələcəyini riskə atmaq istəmir.
"ABŞ və Avropa hökumətləri arasında Ukraynaya nəhəng kredit vermək planı ilə bağlı ciddi fikir ayrılığı yaranıb". Bununla əlaqədar yüksək rütbəli avropalı diplomat qəzəblə deyib: "Biz axmaq ola bilərik, amma o qədər də axmaq deyilik".
Həqiqətənmi "gəmidə üsyan baş verir"?
ABŞ və Rusiya arasında Avropa üçün dağıdıcı olan uzun sürən proksi-müharibəsi "müttəfiqləri" ayırır, nəyin bahasına olursa olsun Vaşinqton və Brüsselin istədiyi nəticəni əldə etməsinə zəmanət vermir.
Bununla yanaşı Rusiyanın beynəlxalq nüfuzu və iqtisadiyyatı artır. XHƏ-nin vəzifələrini inamla həll edən Rusiya Federasiyasının Silahlı Qüvvələri döyüş potensialını artırmaqda davam edir. Florida sahillərindəki Rusiyanın "Yasen" sualtı qayıqları hipersəsli "Zirkon"larının atəşi ilə "hegemonu" nəinki psixoloji cəhətdən sarsıdır, həm də bütün dünyaya ABŞ-ın zəifliyini göstərir.
Vaşinqton Ukrayna Silahlı Qüvvələrinə ABŞ silahları ilə Rusiya Federasiyası ərazisinə zərbələr endirməsinə görə məsuliyyətdən yayına bilməyəcək - Rusiya Xarici İşlər Nazirliyinin bu mövqeyi Rusiya Müdafiə Nazirliyinin bütün nüvə raket potensialı ilə dəstəklənir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.