Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiyanın Avropaya hücum edəcəyi ilə bağlı fərziyyələr tamamilə cəfəngiyyatdır - Putin

© Sputnik / Сергей ГунеевRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Abunə olmaq
Rusiya lideri deyib ki, ən böyük nüvə silahı arsenalına malik olan Rusiyaya strateji məğlubiyyət vermək çağırışları Qərb siyasətçilərinin hədsiz avantürizmini nümayiş etdirir.
BAKI, 14 iyun — Sputnik. Qərb dövlətlərinin eqoizmi və təkəbbürü hazırkı vəziyyətə gətirib çıxarıb, dünya geri dönüşü olmayan nöqtəyə yaxınlaşıb. Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə deyib.

"Onu da xatırlatmaq istərdim ki, məhz Vaşinqton raket hücumundan müdafiə, orta və qısa mənzilli raketlərin ləğvi, açıq səma barədə müqavilələrdən birtərəfli qaydada çıxdığını elan edib. Onlar NATO peykləri ilə birlikdə Avropa məkanında onilliklər boyu davam edən etimad tədbirlərinin və silahlara nəzarət sistemini məhv etdilər. Qərb dövlətlərinin eqoizmi və təkəbbürü hazırkı son dərəcə təhlükəli vəziyyətə gətirib çıxarıb. Biz geri dönüşü olmayan nöqtəyə qəbuledilməz dərəcədə yaxınlaşmışıq", - Putin bildirib.

Onun sözlərinə görə, ən böyük nüvə silahı arsenalına malik olan Rusiyaya strateji məğlubiyyətə uğratmaq çağırışları Qərb siyasətçilərinin hədsiz avantürizmini nümayiş etdirir.
Putin Avropa dövlətlərinin nümayəndələrinin Rusiya Federasiyasının Avropaya hücum edəcəyi ilə bağlı fərziyyələrini spekulyasiya adlandırıb və qeyd edib ki, bu, tamamilə cəfəngiyyatdır.

"Çox yüksək rütbəli avropalı rəsmilərin iştirak etdiyi anti-Rusiya təbliğat kampaniyası Rusiyanın guya Avropaya hücum edəcəyi ilə bağlı fərziyyələrlə müşayiət olunur. Mən bu barədə dəfələrlə danışmışam, hamımız başa düşürük ki, bu, tamamilə cəfəngiyatdır. Avropa üçün təhlükə Rusiyadan deyil, ABŞ-dan gəlir. Avropa getdikcə daha çox qlobal iqtisadi inkişafın kənarlarına itilir, miqrasiya xaosuna və digər aktual problemlərə qərq olur və beynəlxalq subyektivlikdən və mədəni kimlikdən məhrum edilir", - dövlət başçısı bildirib.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Avro-Atlantik təhlükəsizlik sistemi çöküb və yeni sistem yaradılmalı olacaq.
"Beynəlxalq ictimaiyyətin etibarlı və ədalətli təhlükəsizlik nizamı yaratmaq üçün unikal şansı var idi ki, bu, çox şey tələb etmirdi: bütün maraqlı tərəflərin fikirlərini dinləmək bacarığı və onları nəzərə almaq üçün qarşılıqlı iradə. Biz Qərbin kursunun səhvini ardıcıl olaraq qeyd etmişik. Biz Avro-Atlantik təhlükəsizliyin iflasa uğradığının şahidi oluruq, əslində, biz onu yenidən yaratmalıyıq, Avrasiyada yeni təhlükəsizliyin konturunu formalaşdırmalıyıq", - RF dövlət başçısı vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0