https://sputnik.az/20240614/nato-rusiya-ile-potensial-herbi-munaqiseye-hazirlasir---zaxarova-465372680.html
NATO Rusiya ilə potensial hərbi münaqişəyə hazırlaşır - Zaxarova
NATO Rusiya ilə potensial hərbi münaqişəyə hazırlaşır - Zaxarova
Sputnik Azərbaycan
Diplomatın fikrincə, Qərb siyasətçilərinin və hərbçilərinin təxribat xarakterli uydurma bəyanatları, Şərqdən gələn təhdidi öz əhalisinə qəbul etdirmək məqsədi... 14.06.2024, Sputnik Azərbaycan
2024-06-14T08:03+0400
2024-06-14T08:03+0400
2024-06-14T08:03+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
mariya zaxarova
mariya zaxarova
nato
nato
hərbi
münaqişə
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458412037_0:0:3025:1702_1920x0_80_0_0_48b7e1c08e6816980abb13d6f7715c32.jpg
BAKI, 14 iyun — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Şimali Atlantika Alyansı çoxdan Rusiya ilə potensial silahlı toqquşmaya hazırlaşır. "Şimali Atlantika Alyansının Vaşinqton sammiti ərəfəsində NATO ölkəmizə qarşı təbliğat ritorikasını gücləndirir, Alyansın rəsmiləri, üzv ölkələrin rəhbərliyii, Rusiyanın ABŞ-a hücumu təhlükəsindən danışırlar. Baltikyanı ölkələr və Polşa da bunun yaxın bir neçə ildə baş verəcəyi tezisini irəli sürürlər və qeydedirlər ki, hamı Rusiya mücumunun qarşısını almağa hazırlaşmalıdır". Zaxarova diqqəti NATO-nun 2022-ci il üçün strateji konsepsiyasında Rusiyanı NATO-ya üzv dövlətlərin təhlükəsizliyinə, həmçinin Avro-Atlantik regionda sülh və sabitliyə ən əhəmiyyətli və birbaşa təhdid elan etməsinə diqqət çəkib. "Onlar bizim ölkənin də Avropa qitəsində yerləşdiyini və üstəlik, onun çox hissəsini təşkil etməsi faktını anlamaq fikrində deyildilər", o qeyd edib. Bundan əlavə, diplomat deyib ki, NATO regional müdafiə planlarını təsdiqləyib və blokun bütün hərbi komandanlıqları üçün konkret tapşırıqlar tərtib edib. NATO-nun açıq planları Zaxarova vurğulayıb ki, hərbi büdcələr artırılır və NATO ölkələrinin iqtisadiyyatları tamamilə hərbiləşdirilir: "Bir daha vurğulamaq istəyirik ki, Rusiyanın NATO və onun üzvlərinə qarşı heç bir aqressiv planı olmayıb və yoxdur, lakin eyni zamanda, NATO-nun belə planları olduğunu açıq şəkildə başa düşürük". Diplomatın fikrincə, Qərb siyasətçilərinin və hərbçilərinin təxribat xarakterli uydurma bəyanatları, Şərqdən gələn təhdidi öz əhalisinə qəbul etdirmək məqsədi ilə bağlıdır: "Biz çox yaxşı başa düşürük ki, Vaşinqtona dinc Avropa lazım deyil. Onlar avropalıları uçuruma doğru itələyirlər ki, ABŞ-dakı mövcud daxili siyasi çöküşdən sağ çıxmağa kömək etsin".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458412037_71:0:2800:2047_1920x0_80_0_0_66955442d5f6a7cbf04039a21f212022.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, mariya zaxarova, nato, nato, hərbi, münaqişə
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, mariya zaxarova, nato, nato, hərbi, münaqişə
NATO Rusiya ilə potensial hərbi münaqişəyə hazırlaşır - Zaxarova
Diplomatın fikrincə, Qərb siyasətçilərinin və hərbçilərinin təxribat xarakterli uydurma bəyanatları, Şərqdən gələn təhdidi öz əhalisinə qəbul etdirmək məqsədi ilə bağlıdır.
BAKI, 14 iyun — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Şimali Atlantika Alyansı çoxdan Rusiya ilə potensial silahlı toqquşmaya hazırlaşır.
"Şimali Atlantika Alyansının Vaşinqton sammiti ərəfəsində NATO ölkəmizə qarşı təbliğat ritorikasını gücləndirir, Alyansın rəsmiləri, üzv ölkələrin rəhbərliyii, Rusiyanın ABŞ-a hücumu təhlükəsindən danışırlar. Baltikyanı ölkələr və Polşa da bunun yaxın bir neçə ildə baş verəcəyi tezisini irəli sürürlər və qeydedirlər ki, hamı Rusiya mücumunun qarşısını almağa hazırlaşmalıdır".
Zaxarova diqqəti NATO-nun 2022-ci il üçün strateji konsepsiyasında Rusiyanı NATO-ya üzv dövlətlərin təhlükəsizliyinə, həmçinin Avro-Atlantik regionda sülh və sabitliyə ən əhəmiyyətli və birbaşa təhdid elan etməsinə diqqət çəkib.
"Onlar bizim ölkənin də Avropa qitəsində yerləşdiyini və üstəlik, onun çox hissəsini təşkil etməsi faktını anlamaq fikrində deyildilər", o qeyd edib.
Bundan əlavə, diplomat deyib ki, NATO regional müdafiə planlarını təsdiqləyib və blokun bütün hərbi komandanlıqları üçün konkret tapşırıqlar tərtib edib.
Zaxarova vurğulayıb ki, hərbi büdcələr artırılır və NATO ölkələrinin iqtisadiyyatları tamamilə hərbiləşdirilir:
"Bir daha vurğulamaq istəyirik ki, Rusiyanın NATO və onun üzvlərinə qarşı heç bir aqressiv planı olmayıb və yoxdur, lakin eyni zamanda, NATO-nun belə planları olduğunu açıq şəkildə başa düşürük".
Diplomatın fikrincə, Qərb siyasətçilərinin və hərbçilərinin təxribat xarakterli uydurma bəyanatları, Şərqdən gələn təhdidi öz əhalisinə qəbul etdirmək məqsədi ilə bağlıdır:
"Biz çox yaxşı başa düşürük ki, Vaşinqtona dinc Avropa lazım deyil. Onlar avropalıları uçuruma doğru itələyirlər ki, ABŞ-dakı mövcud daxili siyasi çöküşdən sağ çıxmağa kömək etsin".