https://sputnik.az/20240614/metroda-qatarlarin-hereket-qrafiki-deyisir-465400000.html
Metroda qatarların hərəkət qrafiki dəyişir
Metroda qatarların hərəkət qrafiki dəyişir
Sputnik Azərbaycan
Bildirilib ki, iyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək. 14.06.2024, Sputnik Azərbaycan
2024-06-14T21:34+0400
2024-06-14T21:34+0400
2024-06-14T21:34+0400
metro
paytaxt xəbərləri
iş
qrafik
azərbaycan
bakı metropoliteni
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610411_0:0:3071:1728_1920x0_80_0_0_d7d3aee3e7564337f59bf14fcbc1580d.jpg
BAKI, 14 iyun — Sputnik. Yay istirahəti dövrünün başlanması və tədris mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, iyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək. Hər iş günü qatarların hərəkəti "Həzi Aslanov" - "28 May" sahəsində və əks istiqamətdə saat 07:00-dan saat 21:00-a qədər interval 2,5 dəqiqə təşkil edəcək. İş günlərində sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq. Şənbə və bazar, eləcə də bayram və digər qeyri-iş günlərində qatarlar arasında qatarlararası interval saat 07:00-dan 21:00-a qədər "Həzi Aslanov" - "28 May" sahəsində 3 dəqiqə olmaqla tənzimlənəcək. "Qırmızı" və "Yaşıl" xətlərin birləşdiyi "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək. "Bənövşəyi" xətdə və "Xətai" - "Cəfər Cabbarlı" mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək. Sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq. Stansiyaların sərnişindaşıma prosesinə cəlb edilən qurğu və avadanlıqlarının, o cümlədən eskalatorların iş rejimi diqqətdə saxlanılmaqla, zəruri olan tənzimləmələr nəzərə alınacaq. Xətlərin "28 May" stansiyasında birləşməsi, iki xəttin cəmi bir elektrik deposunun olması və onun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər "Həzi Aslanov" - "Ulduz" sahəsində bəzən iki qatarın "Dərnəgül" və yaxud "İçərişəhər" istiqamətində hərəkətini müşahidə edə bilər. Bununla yanaşı, qatarların texniki qulluq məqsədilə "Nərimanov" stansiyasından elektrik deposuna yola salınması və həmçinin "Bakmil" stansiyasından xəttə daxil olması ilə əlaqədar "Ulduz" - "Həzi Aslanov" sahəsində intervallar daha çox ola bilər. İyunun 20-də "Bakmil" stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli "Bakı Metropoliteni" QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunacaq. Yeni tədris mövsümünün əvvəlində Bakı metropolitenində payız-qış qrafikinin tətbiqinə başlanılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610411_0:0:2729:2047_1920x0_80_0_0_078520b8f8ed4c3f2bab1a0726d86d76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
metro, iş, qrafik, azərbaycan, bakı metropoliteni
metro, iş, qrafik, azərbaycan, bakı metropoliteni
Metroda qatarların hərəkət qrafiki dəyişir
Bildirilib ki, iyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək.
BAKI, 14 iyun — Sputnik. Yay istirahəti dövrünün başlanması və tədris mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, iyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək.
Hər iş günü qatarların hərəkəti "Həzi Aslanov" - "28 May" sahəsində və əks istiqamətdə saat 07:00-dan saat 21:00-a qədər interval 2,5 dəqiqə təşkil edəcək.
İş günlərində sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.
Şənbə və bazar, eləcə də bayram və digər qeyri-iş günlərində qatarlar arasında qatarlararası interval saat 07:00-dan 21:00-a qədər "Həzi Aslanov" - "28 May" sahəsində 3 dəqiqə olmaqla tənzimlənəcək.
"Qırmızı" və "Yaşıl" xətlərin birləşdiyi "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək.
"Bənövşəyi" xətdə və "Xətai" - "Cəfər Cabbarlı" mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.
Sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq. Stansiyaların sərnişindaşıma prosesinə cəlb edilən qurğu və avadanlıqlarının, o cümlədən eskalatorların iş rejimi diqqətdə saxlanılmaqla, zəruri olan tənzimləmələr nəzərə alınacaq.
Xətlərin "28 May" stansiyasında birləşməsi, iki xəttin cəmi bir elektrik deposunun olması və onun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər "Həzi Aslanov" - "Ulduz" sahəsində bəzən iki qatarın "Dərnəgül" və yaxud "İçərişəhər" istiqamətində hərəkətini müşahidə edə bilər. Bununla yanaşı, qatarların texniki qulluq məqsədilə "Nərimanov" stansiyasından elektrik deposuna yola salınması və həmçinin "Bakmil" stansiyasından xəttə daxil olması ilə əlaqədar "Ulduz" - "Həzi Aslanov" sahəsində intervallar daha çox ola bilər.
İyunun 20-də "Bakmil" stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli "Bakı Metropoliteni" QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunacaq.
Yeni tədris mövsümünün əvvəlində Bakı metropolitenində payız-qış qrafikinin tətbiqinə başlanılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.