Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Ermənistanın KTMT ilə bağlı mövqeyinə aydınlıq gətirəcək

© AFP 2024 / Handout / Russian Defence MinistryKTMT
KTMT  - Sputnik Azərbaycan, 1920, 13.06.2024
Abunə olmaq
Kreml sözçüsü deyib ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalınacaqğına ümid edir.
BAKI, 13 iyun — Sputnik. Rusiya tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalaraq Ermənistanın KTMT ilə bağlı mövqeyini aydınlaşdıracaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz erməni dostlarımızla işi davam etdirəcəyik, onların mövqeyini aydınlaşdıracağıq. Ümid edirik ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalınacaq”, - deyə Peskov bildirib.
Kreml hesab edir ki, Ermənistan tərəfi də bu münasibətlərdə az maraqlı deyil.
Xatırladaq ki, Ermənistanın baş naziri ölkənin KTMT-də iştirakının dondurulması kontekstində bəyan etmişdi ki, növbəti məntiqi addım Ermənistanın bu blokdan çıxması olacaq. Parlamentdə büdcənin icrasının yekun müzakirəsi zamanı hökumət başçısı təşkilatı yenidən tənqid edib və onu Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələsində fəaliyyətsizlikdə ittiham edib.
Xəbər lenti
0