https://sputnik.az/20240612/novak-cinle-bagli-iddialari-tekzib-edib-465341295.html
Novak Çinlə bağlı iddiaları təkzib edib
Novak Çinlə bağlı iddiaları təkzib edib
Sputnik Azərbaycan
Rusiya Baş nazirinin müavini Moskva və Pekinin ədalətli münasibətlər qurduğunu qeyd edib. 12.06.2024, Sputnik Azərbaycan
2024-06-12T22:08+0400
2024-06-12T22:08+0400
2024-06-12T22:08+0400
aleksandr novak
rusiya
çin
benzin
benzin
bahalaşma
bahalaşma
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445868917_0:0:3072:1728_1920x0_80_0_0_68bb4543300759451331e86c5bacc313.jpg
BAKI, 12 iyun — Sputnik. Rusiya və Çini bir-biri ilə yalnız ədalətli və bərabərhüquqlu münasibətlər bağlayır. Heç bir iqtisadi asılılıqdan söhbət belə gedə bilməz. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak "Al Arabiya" ilə müsahibəsində deyib. Novak jurnalist Hedli Hemblın Rusiya neft və qazının Pekinə "böyük endirimlə" satılması ilə bağlı dediklərini şərh edib. Deputat iqtisadi bərabərsizliklə bağlı ittihamlara cavab verib. "Mən deyərdim ki, bizim Çinlə tamamilə ədalətli və bərabərhüquqlu münasibətlərimiz var. Həqiqətən də əməkdaşlıq etdiyimiz bütün tərəfdaşlarla olduğu kimi. Onların hamısını sadalamaq qeyri-mümkündür", - Novak bildirib. O, həmçinin Qərb mətbuatında Çin-Rusiyanın "Sibirin Gücü - 2" qaz kəməri haqqında danışan nəşrləri də xatırladıb. Nəşrlər ölkələr arasında fikir ayrılıqları və Pekinin yüksək tələbləri səbəbindən layihənin "dayandığını" iddia edib. Lakin bu cür açıqlamalar "cəfəngiyyatdan" başqa bir şey deyil", Baş nazirin müavini əminliklə qeyd edib. Novak bu yaxınlarda Rusiyada benzinin bahalaşması təhlükəsindən də danışıb. O, söyləyib ki, hazırda qorxacaq heç nə yoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445868917_193:0:2924:2048_1920x0_80_0_0_7128715a2ecf2c6473060c3eac353309.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aleksandr novak, çin, benzin, benzin, bahalaşma, bahalaşma
aleksandr novak, çin, benzin, benzin, bahalaşma, bahalaşma
Novak Çinlə bağlı iddiaları təkzib edib
Rusiya Baş nazirinin müavini Moskva və Pekinin ədalətli münasibətlər qurduğunu qeyd edib.
BAKI, 12 iyun — Sputnik. Rusiya və Çini bir-biri ilə yalnız ədalətli və bərabərhüquqlu münasibətlər bağlayır. Heç bir iqtisadi asılılıqdan söhbət belə gedə bilməz.
Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak "Al Arabiya" ilə müsahibəsində deyib.
Novak jurnalist Hedli Hemblın Rusiya neft və qazının Pekinə "böyük endirimlə" satılması ilə bağlı dediklərini şərh edib. Deputat iqtisadi bərabərsizliklə bağlı ittihamlara cavab verib.
"Mən deyərdim ki, bizim Çinlə tamamilə ədalətli və bərabərhüquqlu münasibətlərimiz var. Həqiqətən də əməkdaşlıq etdiyimiz bütün tərəfdaşlarla olduğu kimi. Onların hamısını sadalamaq qeyri-mümkündür", - Novak bildirib.
O, həmçinin Qərb mətbuatında Çin-Rusiyanın "Sibirin Gücü - 2" qaz kəməri haqqında danışan nəşrləri də xatırladıb. Nəşrlər ölkələr arasında fikir ayrılıqları və Pekinin yüksək tələbləri səbəbindən layihənin "dayandığını" iddia edib. Lakin bu cür açıqlamalar "cəfəngiyyatdan" başqa bir şey deyil", Baş nazirin müavini əminliklə qeyd edib.
Novak bu yaxınlarda Rusiyada benzinin bahalaşması təhlükəsindən də danışıb. O, söyləyib ki, hazırda qorxacaq heç nə yoxdur.