Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN-dən Venesuela prezidentinə dəstək

© Sputnik / Виталий БелоусовRusiya XİN
Rusiya XİN  - Sputnik Azərbaycan, 1920, 11.06.2024
Abunə olmaq
Nazirlər həmçinin ikitərəfli münasibətlərin strateji tərəfdaşlığa uyğun dinamik inkişafını vurğulayıblar.
BAKI, 11 iyun — Sputnik. Rusiya Federasiyası Venesuela prezidenti Nikolas Maduronun ölkədəki seçkilər öncəsi vəziyyəti sabitləşdirmək səylərini dəstəkləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS-ə üzv ölkələrin xarici işlər nazirlərinin Nijni Novqorodda keçirilən iclası çərçivəsində Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ilə görüşündə deyib.

"Rusiya tərəfi iyul ayında keçiriləcək prezident seçkilərini nəzərə alaraq, Maduro hökumətinin daxili vəziyyəti sabitləşdirmək səylərinə davamlı dəstəyini ifadə edib", - Rusiya XİN qeyd edib.

Xarici İşlər Nazirliyi qeyd edib ki, görüşdə Rusiya tərəfi Venesuelanın BRİKS-ə üzv olmaq istəyini dəstəkləyib.
"Xarici siyasət idarələrinin rəhbərləri Rusiya və Venesuelanın aktual qlobal və regional məsələlərə yanaşmalarının üst-üstə düşdüyünü, çoxqütblü dünya qurmaq vəzifəsini bəyan ediblər. Onlar bütün ölkələrin beynəlxalq hüquq normalarına ciddi riayət etməsinin zəruriliyini təsdiqləyiblər", - XİN-in məlumatında deyilir.
Nazirlər həmçinin ikitərəfli münasibətlərin strateji tərəfdaşlığa uyğun dinamik inkişafını vurğulayıblar və siyasi dialoqun dərinləşdirilməsinin, ticarət, investisiyaların, elmi-texniki əlaqələrin, mədəni və humanitar mübadilənin genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0