https://sputnik.az/20240611/lavrov-ve-pinto-sanksiyalara-qarsi-mubarize-haqqinda-memorandum-imzalayiblar-465299741.html
Lavrov və Pinto sanksiyalara qarşı mübarizə haqqında memorandum imzalayıblar
Lavrov və Pinto sanksiyalara qarşı mübarizə haqqında memorandum imzalayıblar
Sputnik Azərbaycan
BRİKS-ə sədrlik 2024-cü il yanvarın 1-də Rusiyaya keçib və bu, ilin sonuna qədər davam edəcək. 11.06.2024, Sputnik Azərbaycan
2024-06-11T12:02+0400
2024-06-11T12:02+0400
2024-06-11T12:08+0400
lavrov
rusiya
briks
rusiya
venesuela
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453270493_0:161:3071:1888_1920x0_80_0_0_fd374dabdc11a0ab62ef025f4b148d93.jpg
BAKI, 11 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Venesuelanın xarici işlər naziri İvan Hil Pinto BRİKS Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində iki ölkə arasında birtərəfli sanksiyalara qarşı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar. Bu barədə Rusiya KİV-ləri xəbər yayıb. BRİKS xarici işlər nazirlərinin görüşü iyunun 10-dan 11-dək Nijni Novqorodda keçirilir. BRİKS qrupu 2006-cı ildə yarandığı gündən bəri iki genişlənmə dalğasından keçib. 2011-ci ildə Cənubi Afrika Respublikası Braziliya, Hindistan, Çin və Rusiyanın daxil olduğu ilkin tərkibə qoşulub. 2023-cü ilin avqustunda Argentina da daxil olmaqla altı yeni üzv assosiasiyaya qoşulmağa dəvət edilib, lakin dekabrın sonunda Argentina üzv olmaqdan imtina edib. Beş yeni üzv - Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən BRİKS-də tam hüquqlu fəaliyyətə başlayıb. BRİKS-ə sədrlik 2024-cü il yanvarın 1-də Rusiyaya keçib, bu, ilin sonuna qədər davam edəcək və geniş mövzuları olan 250-dən çox tədbiri də əhatə edir. Əsas hadisə 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammiti olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453270493_170:0:2901:2048_1920x0_80_0_0_74e5f75064710294862bf12e0eaaade5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, briks , rusiya, venesuela
lavrov, briks , rusiya, venesuela
Lavrov və Pinto sanksiyalara qarşı mübarizə haqqında memorandum imzalayıblar
12:02 11.06.2024 (Yenilənib: 12:08 11.06.2024) BRİKS-ə sədrlik 2024-cü il yanvarın 1-də Rusiyaya keçib və bu, ilin sonuna qədər davam edəcək.
BAKI, 11 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Venesuelanın xarici işlər naziri İvan Hil Pinto BRİKS Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində iki ölkə arasında birtərəfli sanksiyalara qarşı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar. Bu barədə Rusiya KİV-ləri xəbər yayıb.
BRİKS xarici işlər nazirlərinin görüşü iyunun 10-dan 11-dək Nijni Novqorodda keçirilir.
BRİKS qrupu 2006-cı ildə yarandığı gündən bəri iki genişlənmə dalğasından keçib. 2011-ci ildə Cənubi Afrika Respublikası Braziliya, Hindistan, Çin və Rusiyanın daxil olduğu ilkin tərkibə qoşulub. 2023-cü ilin avqustunda Argentina da daxil olmaqla altı yeni üzv assosiasiyaya qoşulmağa dəvət edilib, lakin dekabrın sonunda Argentina üzv olmaqdan imtina edib. Beş yeni üzv - Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən BRİKS-də tam hüquqlu fəaliyyətə başlayıb.
BRİKS-ə sədrlik 2024-cü il yanvarın 1-də Rusiyaya keçib, bu, ilin sonuna qədər davam edəcək və geniş mövzuları olan 250-dən çox tədbiri də əhatə edir. Əsas hadisə 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammiti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.