https://sputnik.az/20240611/lavrov-ve-hakan-fidanin-muzakire-etdiyi-movzular-aciqlanib-465306685.html
Lavrov və Hakan Fidanın müzakirə etdiyi mövzular açıqlanıb
Lavrov və Hakan Fidanın müzakirə etdiyi mövzular açıqlanıb
Sputnik Azərbaycan
Bildirilib ki, nazirlər ikitərəfli siyasi dialoqun və ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinə dair mövqelərini müzakirə ediblər. 11.06.2024, Sputnik Azərbaycan
2024-06-11T14:35+0400
2024-06-11T14:35+0400
2024-06-11T14:57+0400
rusiya
dmitri peskov
rusiya prezidenti vladimir putin
sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458208533_0:0:2933:1651_1920x0_80_0_0_d1a3c4b19c64c3a6b954e2d9737fb2f8.jpg
BAKI, 11 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərq və Cənubi Qafqazdakı, eləcə də Ukrayna münaqişəsi ətrafında vəziyyəti müzakirə ediblər. Bu barədə Rusiya və Türkiyə XİN rəhbərlərinin Nijni Novqorodda BRİKS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində keçirilən görüşünün yekunları üzrə Rusiya XİN-in məlumatında deyilir. Bildirilib ki, nazirlər ikitərəfli siyasi dialoqun və ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinə dair mövqelərini müzakirə ediblər. "Rusiya tərəfi cari məsələlərin həlli, əlaqələrin daha da genişləndirilməsi və perspektivli qarşılıqlı fəaliyyət sahələrinin maraqları naminə sıx qarşılıqlı fəaliyyətin davam etdirilməsinin zəruriliyinə xüsusi diqqət yetirib", - Rusiya XİN əlavə edib. Qeyd edək ki, Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcəyini bildirib. Onun sözlərinə görə, Fidan Moskvada müxtəlif səviyyələrdə danışıqlar aparır. Türkiyə paytaxtındakı diplomatik mənbə RİA Novosti-yə bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Nijni Novqorodda rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Türkiyə iqtisadiyyatı üçün mühüm məsələləri qaldırıb və Qəzzadakı vəziyyəti müzakirə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458208533_194:0:2733:1904_1920x0_80_0_0_037ea42167597e15bf24152df4d83622.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, rusiya prezidenti vladimir putin, sergey lavrov
dmitri peskov, rusiya prezidenti vladimir putin, sergey lavrov
Lavrov və Hakan Fidanın müzakirə etdiyi mövzular açıqlanıb
14:35 11.06.2024 (Yenilənib: 14:57 11.06.2024) Bildirilib ki, nazirlər ikitərəfli siyasi dialoqun və ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinə dair mövqelərini müzakirə ediblər.
BAKI, 11 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərq və Cənubi Qafqazdakı, eləcə də Ukrayna münaqişəsi ətrafında vəziyyəti müzakirə ediblər.
Bu barədə Rusiya və Türkiyə XİN rəhbərlərinin Nijni Novqorodda BRİKS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində keçirilən görüşünün yekunları üzrə Rusiya XİN-in məlumatında deyilir.
"Beynəlxalq gündəliyin əsas aspektlərinə, o cümlədən Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyətə toxunulub, Sergey Lavrov Rusiyanın BRİKS-də sədrliyinin prioritetləri barədə məlumat verib. Rusiya Federasiyasının Ukrayna münaqişəsi ətrafında vəziyyətə dair fundamental qiymətləndirmələri açıqlanıb", - XİN-in məlumatında qeyd olunub.
Bildirilib ki, nazirlər ikitərəfli siyasi dialoqun və ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinə dair mövqelərini müzakirə ediblər.
"Rusiya tərəfi cari məsələlərin həlli, əlaqələrin daha da genişləndirilməsi və perspektivli qarşılıqlı fəaliyyət sahələrinin maraqları naminə sıx qarşılıqlı fəaliyyətin davam etdirilməsinin zəruriliyinə xüsusi diqqət yetirib", - Rusiya XİN əlavə edib.
Qeyd edək ki, Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcəyini bildirib.
"Görüş bu gün axşam saatlarında, saat 18:00-dan sonra olacaq", - Peskov bildirib.
Onun sözlərinə görə, Fidan Moskvada müxtəlif səviyyələrdə danışıqlar aparır.
Türkiyə paytaxtındakı diplomatik mənbə RİA Novosti-yə bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Nijni Novqorodda rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Türkiyə iqtisadiyyatı üçün mühüm məsələləri qaldırıb və Qəzzadakı vəziyyəti müzakirə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.