Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BRİKS dünyadan təcrid olunmayıb - Lavrov

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidBRİKS, arxiv
BRİKS, arxiv - Sputnik Azərbaycan, 1920, 11.06.2024
Abunə olmaq
Rusiya XİN rəhbəri deyib ki, BRİKS dünyanın qalan hissəsindən təcrid olunmur, əksinə, BRİKS dünya səhnəsində qütb kimi ortaya çıxır.
BAKI, 11 iyun — Sputnik. BRİKS assosiasiyası özünü geosiyasətdə qütb kimi göstərmir və özünü dünyanın qalan hissəsindən təcrid etməyə çalışmır, BRİKS-ə üzv olan dövlətlər dünya miqyasında ədalətin olmasında maraqlıdırlar. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"BRİKS dünyanın qalan hissəsindən təcrid olunmur, əksinə, BRİKS dünya səhnəsində qütb kimi ortaya çıxır ki, çoxmərkəzli dünyada daha çox qütblər olsun", - Lavrov deyib.

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 11.06.2024
Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Yanvarın 1-də Rusiya gələn il üçün BRİKS-in sədri olub. Onun sədrliyi təşkilata yeni üzvlərin qoşulması ilə başlayıb. Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, indi onun tərkibinə Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir.
Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0