Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: BRİKS-in dünya problemlərinin həllində rolu yalnız artacaq

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 10.06.2024
Abunə olmaq
BRİKS qarşılıqlı hörmət, açıqlıq, həmrəylik, praqmatizm və davamlılıq prinsipləri əsasında fəaliyyət göstərir.
BAKI, 10 iyun — Sputnik. Qlobal problemlərin həllində BRİKS-in rolu daha da artacaq. Getdikcə daha çox ölkə assosiasiyanın işinə maraq göstərir.
Bunu BRİKS Xarici İşlər Nazirləri Şurasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Mən əminəm ki, BRİKS dəyişikliklər küləyi ilə irəliləyir, çünki onun qlobal problemlərin həllində rolu yalnız artacaq" - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Lavrov BRİKS-də bərabərhüquqlu əməkdaşlıq prinsipinin sözdə deyil, əməldə həyata keçirildiyinə diqqət çəkib. Belə ki, assosiasiya qarşılıqlı hörmət, açıqlıq, həmrəylik, praqmatizm və davamlılıq prinsipləri əsasında fəaliyyət göstərir.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, BRİKS-ə yeni üzvlərin əlavə olunması üçün böyük potensial var. Xüsusilə Türkiyə, Tailand, Venesuela və digər ölkələr bu təşkilata üzv olmaq istəklərini bildiriblər.
Xəbər lenti
0