https://sputnik.az/20240609/ne-harada-ne-vaxtin-ulduzu-rovsen-esgerov-agent-markasina-gore-cerimelenib-461863847.html
Rusiyada "Nə? Harada? Nə vaxt?"ın ulduzu Rövşən Əsgərova cinayət işi açıla bilər
Rusiyada "Nə? Harada? Nə vaxt?"ın ulduzu Rövşən Əsgərova cinayət işi açıla bilər
Sputnik Azərbaycan
İstintaq müəyyən edib ki, o, öz “Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib. 09.06.2024, Sputnik Azərbaycan
2024-06-09T15:40+0400
2024-06-09T15:40+0400
2024-06-09T17:22+0400
rusiya
agent
xarici agent
"nə? harada? nə vaxt?" intellektual oyunu
"nə? harada? nə vaxt?"
rövşən əsgərov
https://cdnn1.img.sputnik.az/img/41013/56/410135664_0:271:943:801_1920x0_80_0_0_b9a99ee0c82c7e2df7a9540256838cba.jpg
BAKI, 9 iyun — Sputnik. “Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının azərbaycanlı oyunçusu Rövşən Əsgərova Rusiyada cinayət işi açıla bilər.Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.Bildirilib ki, Rusiya Federasiyasında xarici agent kimi tanınan Rövşən Əsgərov xarici agentin fəaliyyət qaydalarını pozduğuna görə onun barəsində cinayət işi açıla bilər.“Əsgərov Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş öhdəliklərdən yayındığına görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi) cinayət işi ilə üzləşib. Bunun üçün əsaslar var. Əgər iş başlansa, Əsgərovu iki ilə qədər həbs gözləyir” - agentliyin həmsöhbəti bildirib.Qeyd edək ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.İstintaq müəyyən edib ki, o, öz “Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.Rusiya tərəfi Rövşən Əsgərovu federal axtarışa da verib.10.01.24, 15:14"Nə? Harada? Nə vaxt?"ın ulduzu Rövşən Əsgərov "agent markası"na görə cərimələnibAzərbaycanlı jurnalist, "Nə? Harada? Nə vaxt?" intellektual şousunun ulduzu Rövşən Əsgərov xarici agent markasına görə cərimələnib. Bu barədə Moskvanın Ümumi Yurisdiksiya Məhkəmələrinin "Telegram" kanalı Savyolov Rayon Məhkəməsinin qərarına istinadən məlumat yayıb. Məhkəmə Əsgərovu inzibati xəta törətməkdə təqsirli bilib. Ona 50 000 rubl (950 manat) məbləğində inzibati cərimə tətbiq edilib. Əsgərovun nümayəndəsi məhkəməyə gəlməyib. İş materiallarından məlum olur ki, protokol Əsgərovun şəxsi YouTube kanalında xarici agent statusunu göstərmədiyi üçün tərtib edilib. 2023-cü ilin sentyabrında Əsgərov xarici agentlik nişanının olmamasına görə artıq 40 min rubl cərimə olunub. Avqust ayında məhkəmənin qərarı ilə o, həmçinin Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsinə əsasən, xarici agentin səlahiyyətli orqana hesabat təqdim etməməsinə görə 40 min rubl cərimə olunub. Əsgərov 2022-ci ilin dekabrında xarici agentlər siyahısına daxil edilib. Xatırladaq ki, 2022-ci ildə Rusiyanın paytaxtı Moskvada azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman?" televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı verilmişdi. Həmin ilin aprelin sonu Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi başlanılıb, mayın əvvəlləri isə o, bu ölkədə axtarışa verilib. Əsgərov, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunur. İstintaq Komitəsi müəyyən edib ki, 49 yaşlı Əsgərov feysbukda rusiyalı sərkərdə, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar paylaşıb. 2023-cü ildə Rövşən Əsgərov daha bir qalmaqallı addımı ilə gündəmə gəlib. O, cinsi qısnamada təqsirləndirilən "Nə? Harada? Nə vaxt?" televiziya intellektual klubunun eksperti, "Büllur bayquş"un ikiqat qalibi Mixail Skipskinin müdafiəsinə qalxıb. Xatırladaq ki, Rövşən Əsgərov 1998-ci ildən Rusiyanın "Nə? Harada? Nə vaxt?" klubunun oyunçusudur. O, "Nə? Harada? Nə vaxt?" dünya çempionatının təşkilində iştirakına görə "İlin adamı" nominasiyasında mükafatının ilk laureatı, "Büllur Bayquş"un sahibidir. 2018-ci ildə isə "Nə? Harada? Nə vaxt?" Bakı klubunun qrossmeysteri adına layiq görülüb. Oyunun Azərbaycanda mövcud olduğu ilk beş ilin ən yaxşı oyunçusu olub. 2018-ci ilin sentyabrında mütəxəssis klubdan ayrılmaq qərarına gəlib və "No Fools" smart oyunlarının intellektual layihəsini yaradıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41013/56/410135664_0:99:943:806_1920x0_80_0_0_95fe70be6c1ab32da49c029c6567d885.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
agent, xarici agent, "nə? harada? nə vaxt?" intellektual oyunu, "nə? harada? nə vaxt?" , rövşən əsgərov
agent, xarici agent, "nə? harada? nə vaxt?" intellektual oyunu, "nə? harada? nə vaxt?" , rövşən əsgərov
Rusiyada "Nə? Harada? Nə vaxt?"ın ulduzu Rövşən Əsgərova cinayət işi açıla bilər
15:40 09.06.2024 (Yenilənib: 17:22 09.06.2024) İstintaq müəyyən edib ki, o, öz “Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.
BAKI, 9 iyun — Sputnik. “Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının azərbaycanlı oyunçusu Rövşən Əsgərova Rusiyada cinayət işi açıla bilər.
Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
Bildirilib ki, Rusiya Federasiyasında xarici agent kimi tanınan Rövşən Əsgərov xarici agentin fəaliyyət qaydalarını pozduğuna görə onun barəsində cinayət işi açıla bilər.
“Əsgərov Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş öhdəliklərdən yayındığına görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi) cinayət işi ilə üzləşib. Bunun üçün əsaslar var. Əgər iş başlansa, Əsgərovu iki ilə qədər həbs gözləyir” - agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.
İstintaq müəyyən edib ki, o, öz “Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.
Rusiya tərəfi Rövşən Əsgərovu federal axtarışa da verib.
"Nə? Harada? Nə vaxt?"ın ulduzu Rövşən Əsgərov "agent markası"na görə cərimələnib
Azərbaycanlı jurnalist, "Nə? Harada? Nə vaxt?" intellektual şousunun ulduzu Rövşən Əsgərov xarici agent markasına görə cərimələnib.
Bu barədə Moskvanın Ümumi Yurisdiksiya Məhkəmələrinin "Telegram" kanalı Savyolov Rayon Məhkəməsinin qərarına istinadən məlumat yayıb.
Məhkəmə Əsgərovu inzibati xəta törətməkdə təqsirli bilib. Ona 50 000 rubl (950 manat) məbləğində inzibati cərimə tətbiq edilib.
Əsgərovun nümayəndəsi məhkəməyə gəlməyib.
İş materiallarından məlum olur ki, protokol Əsgərovun şəxsi YouTube kanalında xarici agent statusunu göstərmədiyi üçün tərtib edilib.
2023-cü ilin sentyabrında Əsgərov xarici agentlik nişanının olmamasına görə artıq 40 min rubl cərimə olunub. Avqust ayında məhkəmənin qərarı ilə o, həmçinin Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsinə əsasən, xarici agentin səlahiyyətli orqana hesabat təqdim etməməsinə görə 40 min rubl cərimə olunub.
Əsgərov 2022-ci ilin dekabrında xarici agentlər siyahısına daxil edilib.
Xatırladaq ki, 2022-ci ildə Rusiyanın paytaxtı Moskvada azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman?" televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı verilmişdi.
Həmin ilin aprelin sonu Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi başlanılıb, mayın əvvəlləri isə o, bu ölkədə axtarışa verilib. Əsgərov, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunur.
İstintaq Komitəsi müəyyən edib ki, 49 yaşlı Əsgərov feysbukda rusiyalı sərkərdə, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar paylaşıb.
2023-cü ildə Rövşən Əsgərov daha bir qalmaqallı addımı ilə gündəmə gəlib. O, cinsi qısnamada təqsirləndirilən "Nə? Harada? Nə vaxt?" televiziya intellektual klubunun eksperti, "Büllur bayquş"un ikiqat qalibi Mixail Skipskinin müdafiəsinə qalxıb.
Xatırladaq ki, Rövşən Əsgərov 1998-ci ildən Rusiyanın "Nə? Harada? Nə vaxt?" klubunun oyunçusudur. O, "Nə? Harada? Nə vaxt?" dünya çempionatının təşkilində iştirakına görə "İlin adamı" nominasiyasında mükafatının ilk laureatı, "Büllur Bayquş"un sahibidir. 2018-ci ildə isə "Nə? Harada? Nə vaxt?" Bakı klubunun qrossmeysteri adına layiq görülüb. Oyunun Azərbaycanda mövcud olduğu ilk beş ilin ən yaxşı oyunçusu olub. 2018-ci ilin sentyabrında mütəxəssis klubdan ayrılmaq qərarına gəlib və "No Fools" smart oyunlarının intellektual layihəsini yaradıb.