Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva İrəvana nota göndərdi: Bunu qeyri-dost addım kimi qiymətləndiririk

© AFP 2024 / DIMITAR DILKOFFRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 09.06.2024
Abunə olmaq
Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarının ödənilməsi üçün yardımın ötürülməsi və orada Moskvaya qarşı qəbuledilməz bəyanatlarla əlaqədar Rusiya Xarici İşlər Nazirliyi Ermənistan XİN-ə etiraz notası göndərib.
BAKI, 9 iyun - Sputnik. Moskva İrəvandan olan nümayəndə heyətinin Buçaya səfərini açıq-aşkar qeyri-dost addım kimi qiymətləndirir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sözügedən səfərə dair bəyanatında bildirib.

“Biz paytaxtın Nor Nork inzibati ərazi dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryanın və Ermənistan diplomatik missiyasının rəhbəri Vladimir Karapetyanın Buça şəhərinə səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addım kimi qiymətləndiririk” - Zaxarovanın Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir.

O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarının ödənilməsi üçün müvafiq yardımın ötürülməsi və orada Moskvaya qarşı qəbuledilməz bəyanatlarla əlaqədar Rusiya Xarici İşlər Nazirliyi Ermənistan XİN-ə etiraz notası göndərib.
“Biz Qərbyönlü "Respublika" Partiyasının sədri Aram Sarkisyanın müttəfiqi olan Tiqran Ter-Marqaryan kimi bir fiqurdan başqa heç nə gözləmirdik, təəssüf ki, Ermənistan hakimiyyəti də bununla razılaşır” - deyə XİN-in rəsmi nümayəndəsi qeyd edib .
Xatırladaq ki, iyunun 2-də Ermənistan nümayəndə heyəti Ukrayna ərazisindəki Buçaya səfər etmişdi. Ukrayna mətbuatının məlumatına görə, Ter-Marqaryan şəhər şurası ilə danışıqlar zamanı deyib ki, “İrəvan həmişə Rusiyanın təcavüzündən əziyyət çəkənləri dəstəkləyəcək”.
Daha sonra Ermənistan parlamentinin spikeri Alen Simonyan nümayəndə heyətinin Buçaya səfəri ilə bağlı məlumatı təkzib edib. Lakin o, bu məsələ ilə bağlı hər hansı əlavə şərh verməkdən imtina edib.
Xəbər lenti
0