https://sputnik.az/20240609/gundelik-heyata-daxil-edilmeli-olan-eko-verdisler-hansilardir-465166348.html
Gündəlik həyata daxil edilməli olan eko vərdişlər hansılardır
Gündəlik həyata daxil edilməli olan eko vərdişlər hansılardır
Sputnik Azərbaycan
Məsələn, dişlərinizi fırçalayarkən və ya qabları yuyarkən kranı bağlasanız, gündəlik 20 litrə qədər qənaət edə bilərsiniz. 09.06.2024, Sputnik Azərbaycan
2024-06-09T10:33+0400
2024-06-09T10:33+0400
2024-06-09T10:33+0400
vərdiş
rusiya
ekoloq
emal
çay
diş
təmizlik
rusiya
planet
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1e/437751402_0:0:1772:997_1920x0_80_0_0_2caa85f3ce988b46ab9762e08f046799.jpg
BAKI, 8 iyun — Sputnik. Bir çox ekoloji vərdişlər insandan çox səy tələb etmir. Buna görə də hər kəs ətraf mühitin qayğısına qala bilər. Bundan ötrü bir neçə sadə şeyi yadda saxlamaq kifayətdir. Bu barədə "Moskva 24" telekanalına müsahibəsində "Yauza" parkının ekoloji və təhsil mərkəzinin rəhbərliyinin ekoloqu Olqa Fisun danışıb. Onun sözlərinə görə, su ehtiyatlarına diqqət yetirilməsi planetdə kifayət qədər şirin suyun saxlanmasına kömək edəcək. Belə ki, məsələn, dişlərinizi fırçalayarkən və ya qabları yuyarkən kranı bağlasanız, gündəlik 20 litrə qədər qənaət edə bilərsiniz. Bundan əlavə, plastik qapaqlar daha sərt materiallardan hazırlandığından və daha yüksək təkrar emal dəyərinə malik olduğundan təkrar emal edilməlidir. Mütəxəssis əlavə edib ki, səmaya uçan uçurtmalar süni, demək olar ki, parçalanmayan materiallardan hazırlandığı üçün ətraf mühitə mənfi təsir göstərir və səmada quşları qorxuda bilir. Fisun onu da qeyd edib ki, şəxsi nəqliyyatdansa ictimai nəqliyyatdan istifadəyə üstünlük verməklə, həmçinin çay paketlərindən imtina etməklə təbiətə fayda vermək olar. Bundan əvvəl avtomat stansiya vasitəsilə Kürdə suyun səviyyəsinin izlənildiyini və nəzarətdə saxlanıldığını bildirilmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1e/437751402_222:0:1551:997_1920x0_80_0_0_dd79e2c1ec51e0a95f556d36f7eba478.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vərdiş, ekoloq, emal, çay, diş, təmizlik, rusiya, planet
vərdiş, ekoloq, emal, çay, diş, təmizlik, rusiya, planet
Gündəlik həyata daxil edilməli olan eko vərdişlər hansılardır
Məsələn, dişlərinizi fırçalayarkən və ya qabları yuyarkən kranı bağlasanız, gündəlik 20 litrə qədər qənaət edə bilərsiniz.
BAKI, 8 iyun — Sputnik. Bir çox ekoloji vərdişlər insandan çox səy tələb etmir. Buna görə də hər kəs ətraf mühitin qayğısına qala bilər. Bundan ötrü bir neçə sadə şeyi yadda saxlamaq kifayətdir. Bu barədə "Moskva 24" telekanalına müsahibəsində "Yauza" parkının ekoloji və təhsil mərkəzinin rəhbərliyinin ekoloqu Olqa Fisun danışıb.
Onun sözlərinə görə, su ehtiyatlarına diqqət yetirilməsi planetdə kifayət qədər şirin suyun saxlanmasına kömək edəcək. Belə ki, məsələn, dişlərinizi fırçalayarkən və ya qabları yuyarkən kranı bağlasanız, gündəlik 20 litrə qədər qənaət edə bilərsiniz.
Bundan əlavə, plastik qapaqlar daha sərt materiallardan hazırlandığından və daha yüksək təkrar emal dəyərinə malik olduğundan təkrar emal edilməlidir.
Mütəxəssis əlavə edib ki, səmaya uçan uçurtmalar süni, demək olar ki, parçalanmayan materiallardan hazırlandığı üçün ətraf mühitə mənfi təsir göstərir və səmada quşları qorxuda bilir. Fisun onu da qeyd edib ki, şəxsi nəqliyyatdansa ictimai nəqliyyatdan istifadəyə üstünlük verməklə, həmçinin çay paketlərindən imtina etməklə təbiətə fayda vermək olar.
"Çay paketinin tərkibində tekstil (lent), kağız, plastik (kiçik paket), metal birləşdirici, həmçinin orqanik məhsul (çay yarpaqları) var. Bu, təkrar emal etmək üçün çətin bir maddədir", - ekoloq izah edib.
Bundan əvvəl avtomat stansiya vasitəsilə Kürdə suyun səviyyəsinin izlənildiyini və nəzarətdə saxlanıldığını bildirilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.