https://sputnik.az/20240608/makronun-emelleri-ile-fransa-ve-avropani-felakete-suruklemesinden-xeberi-yoxdur---zaxarova-465239574.html
Makronun öz əməlləri ilə Avropanı fəlakətə sürükləməsindən xəbəri yoxdur - Zaxarova
Makronun öz əməlləri ilə Avropanı fəlakətə sürükləməsindən xəbəri yoxdur - Zaxarova
Sputnik Azərbaycan
Rusiya XİN rəsmisi Fransa prezidenti və onun komandasını nəinki dünya işlərində, hətta öz ölkələrində də real işlərdə təcrübəsi olmayan təsadüfi insanlar... 08.06.2024, Sputnik Azərbaycan
2024-06-08T16:13+0400
2024-06-08T16:13+0400
2024-06-08T16:14+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
peskov
lavrov
fransa prezidenti emmanuel makron
fəlakət
ordu
ukrayna
kadr hazırlığı
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/06/07/465217958_0:0:3072:1728_1920x0_80_0_0_83a55a9baadd52486e79d651d4b8024a.jpg
BAKI, 8 iyun - Sputnik. Fransa prezidenti Emmanuel Makron aqressiv ritorikası ilə Avropa qitəsini fəlakətə sürükləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində deyib.Rusiya XİN rəsmisi qeyd edib ki, Makron və komandası təsadüfi insanlardır, onların hökumətdə təcrübəsi olmayan, nəinki dünya işlərində, hətta öz ölkələrində də real işlərdə təcrübəsi yoxdur:“Eyni zamanda, onların (Fransanın – red.) öz əhəmiyyəti ilə bağlı iddiaları böyükdür”.Makron daha əvvəl bəyan etmişdi ki, Rusiya Federasiyası cəbhə xəttini yarıb Kiyevdən müvafiq sorğu alınarsa, Ukraynaya qoşun yeritmək imkanını istisna etmir. Onun sözlərinə görə, “bir çox ölkələr” qoşunların mümkün göndərilməsi ilə bağlı Fransanın yanaşması ilə razılaşıb.Cümə axşamı Fransanın baş naziri Qabriel Attal bildirib ki, Fransa Ukraynaya öz ordusunu göndərməyi planlaşdırmır.Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Ukrayna hərbçilərinə təlim keçən hər hansı təlimatçının toxunulmazlığı yoxdur. O, Paris və Londonun Ukraynaya əsgər göndərilməsi ehtimalı ilə bağlı ritorikasını təhlükəli adlandırıb.Kreml həmçinin bildirib ki, Makronun Ukraynaya hərbi personal göndərilməsi mövzusunun Rusiyanı “strateji məğlubiyyət”ə uğratmaqla bağlı mövqeyinin də Avropada müzakirə olunduğu barədə sözlərinə diqqət yetirilib.Bildirilib ki, bir sıra ölkələr “belə bir hərəkətin potensial təhlükələrini və qaynar münaqişəyə birbaşa cəlb olunmaq təhlükəsini kifayət qədər ayıq qiymətləndirməkdədirlər”. Bu, “həmin ölkələrin maraqlarına qətiyyən uyğun gəlmir, onlar bundan xəbərdar olmalıdırlar”.Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir və “atəşlə oynayır”. RF xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.Onun sözlərinə görə, ABŞ və NATO münaqişədə, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə bilavasitə iştirak edir. Kreml bəyan edib ki, Ukraynanı Qərbdən silahlarla doldurmaq danışıqlara kömək etmir və mənfi təsir göstərəcək.Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində bu il 5-8 iyun tarixlərində keçirilir. RİA Novosti forumun informasiya tərəfdaşıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/07/465217958_341:0:3072:2048_1920x0_80_0_0_483792b365666cac2731d1cf1c160fc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, peskov, lavrov, fransa prezidenti emmanuel makron, fəlakət, ordu, ukrayna, kadr hazırlığı, rusiya, fransa, avropa, sankt-peterburq beynəlxalq iqtisadi forumu
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, peskov, lavrov, fransa prezidenti emmanuel makron, fəlakət, ordu, ukrayna, kadr hazırlığı, rusiya, fransa, avropa, sankt-peterburq beynəlxalq iqtisadi forumu
Makronun öz əməlləri ilə Avropanı fəlakətə sürükləməsindən xəbəri yoxdur - Zaxarova
16:13 08.06.2024 (Yenilənib: 16:14 08.06.2024) Rusiya XİN rəsmisi Fransa prezidenti və onun komandasını nəinki dünya işlərində, hətta öz ölkələrində də real işlərdə təcrübəsi olmayan təsadüfi insanlar adlandırıb.
BAKI, 8 iyun - Sputnik. Fransa prezidenti Emmanuel Makron aqressiv ritorikası ilə Avropa qitəsini fəlakətə sürükləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində deyib.
“Təəssüf ki, o (Makron - red.), rusofobiyasında davamlıdır. Bunu bilmək vacibdir ki, onun bu cür aqressiv ritorika və dəhşətli cinayət əməlləri Avropa qitəsini fəlakətə sürükləməyə kömək edir...”, Zaxarova jurnalistlərə bildirib.
Rusiya XİN rəsmisi qeyd edib ki, Makron və komandası təsadüfi insanlardır, onların hökumətdə təcrübəsi olmayan, nəinki dünya işlərində, hətta öz ölkələrində də real işlərdə təcrübəsi yoxdur:
“Eyni zamanda, onların (Fransanın – red.) öz əhəmiyyəti ilə bağlı iddiaları böyükdür”.
“İfadələrinə görə, o, cahildir. Onun çoxlu dərəcələri ola bilər, amma bu heç nə demək deyil, çünki onun açıqlamaları təkcə reallıqdan kənar deyil, həm də cahillikdir. Mənə elə gəlir ki, Fransa xalqı öz liderindən soruşmalıdır ki, onun təkcə Fransanı deyil, bütün Avropanı sürüklədiyi fəlakətdən xəbəri varmı”, - deyə o, fikrini yekunlaşdırıb.
Makron daha əvvəl bəyan etmişdi ki, Rusiya Federasiyası cəbhə xəttini yarıb Kiyevdən müvafiq sorğu alınarsa, Ukraynaya qoşun yeritmək imkanını istisna etmir. Onun sözlərinə görə, “bir çox ölkələr” qoşunların mümkün göndərilməsi ilə bağlı Fransanın yanaşması ilə razılaşıb.
Cümə axşamı Fransanın baş naziri Qabriel Attal bildirib ki, Fransa Ukraynaya öz ordusunu göndərməyi planlaşdırmır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Ukrayna hərbçilərinə təlim keçən hər hansı təlimatçının toxunulmazlığı yoxdur. O, Paris və Londonun Ukraynaya əsgər göndərilməsi ehtimalı ilə bağlı ritorikasını təhlükəli adlandırıb.
Kreml həmçinin bildirib ki, Makronun Ukraynaya hərbi personal göndərilməsi mövzusunun Rusiyanı “strateji məğlubiyyət”ə uğratmaqla bağlı mövqeyinin də Avropada müzakirə olunduğu barədə sözlərinə diqqət yetirilib.
Bildirilib ki, bir sıra ölkələr “belə bir hərəkətin potensial təhlükələrini və qaynar münaqişəyə birbaşa cəlb olunmaq təhlükəsini kifayət qədər ayıq qiymətləndirməkdədirlər”. Bu, “həmin ölkələrin maraqlarına qətiyyən uyğun gəlmir, onlar bundan xəbərdar olmalıdırlar”.
Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir və “atəşlə oynayır”. RF xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Onun sözlərinə görə, ABŞ və NATO münaqişədə, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə bilavasitə iştirak edir. Kreml bəyan edib ki, Ukraynanı Qərbdən silahlarla doldurmaq danışıqlara kömək etmir və mənfi təsir göstərəcək.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində bu il 5-8 iyun tarixlərində keçirilir. RİA Novosti forumun informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.