https://sputnik.az/20240608/botas-ve-qazprom-ortaq-enerji-sirketi-tesis-edecekler----turkiyeli-nazir-465238200.html
BOTAŞ və “Qazprom” ortaq enerji şirkəti təsis edəcəklər - Türkiyəli nazir
BOTAŞ və “Qazprom” ortaq enerji şirkəti təsis edəcəklər - Türkiyəli nazir
Sputnik Azərbaycan
İyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir. Türkiyəli nazirİstanbulda Qaz Ticarət Mərkəzinin yaradılması planlarından danışıb. 08.06.2024, Sputnik Azərbaycan
2024-06-08T14:53+0400
2024-06-08T14:53+0400
2024-06-08T14:53+0400
rusiya
türkiyə
qaz
mərkəz
hədəf
rusiya
qazprom
enerji
şirkət
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442452375_0:103:2000:1228_1920x0_80_0_0_495328253ae9e28a9d32eefee576683c.jpg
BAKI, 8 iyun - Sputnik. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar İstanbulda Qaz Ticarət Mərkəzinin yaradılması planlarını açıqlayıb. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, türkiyəli nazir Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu platformasında jurnalistlərlə söhbətində son illər Türkiyədə müasir enerji infrastrukturunun yaradılması istiqamətində genişmiqyaslı işlərin aparıldığını bildirib.Türkiyəli nazir xatırladıb ki, Rusiya Federasiyası ilə Türkiyə arasında təbii qaz ticarəti üzrə əməliyyatlar 40 ildir davam edir.Energetika Nazirliyinin rəhbəri ölkədə nüvə enerjisinin inkişafının vacibliyinə də diqqət çəkib. “2050-ci ilədək Türkiyədə ümumi gücü 15 min MVt olacaq 12 reaktorun istismarını planlaşdırırıq”, - nazir bildirib.Nazirin sözlərinə görə, nüvə enerjisindən daha çox istifadə tendensiyası bütün dünyada baş verir ki, bu da ətraf mühitin çirklənməsinin azaldılması üzrə qlobal məqsədlərə uyğundur.A.Bayraktar həmçinin vurğulayıb ki, “COP28 konfransı çərçivəsində çox iddialı bir məqsəd qarşıya qoyulub:İyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir. RİA Novosti forumun informasiya tərəfdaşıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/02/442452375_114:0:1887:1330_1920x0_80_0_0_529a0c96431cd81c5cb86ab31ce8d671.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, qaz, mərkəz, hədəf, rusiya, qazprom, enerji, şirkət
türkiyə, qaz, mərkəz, hədəf, rusiya, qazprom, enerji, şirkət
BOTAŞ və “Qazprom” ortaq enerji şirkəti təsis edəcəklər - Türkiyəli nazir
İyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir. Türkiyəli nazirİstanbulda Qaz Ticarət Mərkəzinin yaradılması planlarından danışıb.
BAKI, 8 iyun - Sputnik. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar İstanbulda Qaz Ticarət Mərkəzinin yaradılması planlarını açıqlayıb. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, türkiyəli nazir Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu platformasında jurnalistlərlə söhbətində son illər Türkiyədə müasir enerji infrastrukturunun yaradılması istiqamətində genişmiqyaslı işlərin aparıldığını bildirib.
“Yeni Qaz Ticarət Mərkəzi İstanbul Maliyyə Mərkəzinin ərazisində fəaliyyət göstərəcək. Hazırda müvafiq hazırlıq işləri aparılır, infrastruktur bazası formalaşdırılır. Bu istiqamətdə növbəti addım Türkiyənin BOTAŞ və Rusiyanın “Qazprom” şirkətlərinin təsis edəcəkləri ortaq enerji şirkətinin fəaliyyəti olacaq”, - nazir qeyd edib.
Türkiyəli nazir xatırladıb ki, Rusiya Federasiyası ilə Türkiyə arasında təbii qaz ticarəti üzrə əməliyyatlar 40 ildir davam edir.
Energetika Nazirliyinin rəhbəri ölkədə nüvə enerjisinin inkişafının vacibliyinə də diqqət çəkib.
“2050-ci ilədək Türkiyədə ümumi gücü 15 min MVt olacaq 12 reaktorun istismarını planlaşdırırıq”, - nazir bildirib.
Nazirin sözlərinə görə, nüvə enerjisindən daha çox istifadə tendensiyası bütün dünyada baş verir ki, bu da ətraf mühitin çirklənməsinin azaldılması üzrə qlobal məqsədlərə uyğundur.
A.Bayraktar həmçinin vurğulayıb ki, “COP28 konfransı çərçivəsində çox iddialı bir məqsəd qarşıya qoyulub:
"Atom elektrik stansiyalarının gücünü üç dəfə artırmaq və bununla da qlobal istiləşmə ilə mübarizədə bəşəriyyətə kömək etmək... Bu vəzifə Türkiyənin nüvə enerjisi sahəsindəki hədəfləri ilə üst-üstə düşür”.
İyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir. RİA Novosti forumun informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.