Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakı rusiyalıların uşaqlarla səyahət etdiyi şəhərlər siyahısında birincidir

© Sputnik / Murad OrujovBakı sakinləri
Bakı sakinləri - Sputnik Azərbaycan, 1920, 08.06.2024
Abunə olmaq
Səyahət xidməti uşaqlarla səyahət etmək üçün ən populyar şəhərlərin adlarını sadalayıb. Araşdırmada qeyd olunur ki, ilk üçlükdə Azərbaycan, Qırğızıstan və Belarusun adı var.
BAKI, 8 iyun — Sputnik. Bakı rusiyalıların uşaqlarla birgə uçduqları şəhərlərin siyahısında liderdir. Bu barədə "Tutu" səyahət xidmətinin araşdırmasında deyilir.
Səyahət xidməti uşaqlarla səyahət etmək üçün ən populyar şəhərlərin adlarını sadalayıb. Araşdırmada qeyd olunur ki, ilk üçlükdə Azərbaycan, Qırğızıstan Belarusun adı var, 6 yaşınadək uşaqları olan sərnişinlər isə ən çox Bakıya və Oşa səyahət edirlər.
Ölkə sakinlərinin uşaqlarla birgə uçduğu Rusiyanın ən populyar şəhərləri Soçi, Moskva Sankt-Peterburqdur. Aviaistiqamətlərin ilk onluğuna, həmçinin Kalininqrad, Mineralnıye Vodı, Mahaçqala, Yekaterinburq, Tümen, KrasnoyarskUfa daxildir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 174 ölkəsindən 726,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin:
28,8 faizi Rusiya Federasiyası,
19,0 faizi Türkiyə,
9,7 faizi İran,
8,4 faizi Hindistan,
4,6 faizi Gürcüstan,
3,1 faizi Qazaxıstan,
hər birindən 2,4 faiz olmaqla Səudiyyə Ərəbistanı və Pakistan,
1,9 faizi Birləşmiş Ərəb Əmirlikləri,
1,8 faizi Özbəkistan,
hər birindən 1,4 faiz olmaqla Ukrayna və Türkmənistan,
1,3 faizi Küveyt,
1,2 faizi Belarus,
1,1 faizi Çin,
11,5 faizi digər ölkələrin vətəndaşları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu il Rusiyadan gələnlərin sayı 25,8 faiz artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0