Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Moskva Vilnüsün Rusiyadan idxalı qadağan etmək qərarına cavab verəcək

© Sputnik / Александр Кряжев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 07.06.2024
Abunə olmaq
Litvanın Rusiyanın ümumi xarici ticarət dövriyyəsindəki ümumi payı 0,2%-dən azdır. Ona görə də Litva sanksiyalarının iqtisadiyyatımız üçün nəzərəçarpacaq mənfi nəticələri açıq şəkildə olmayacaq.
BAKI, 7 iyun — Sputnik. Litva hakimiyyətinin bir sıra Rusiya kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymasının Rusiya iqtisadiyyatına təsir etməyəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva Vilnüsün növbəti qeyri-dost addımlarına müvafiq cavab tədbirləri görəcək. Zaxarova, həmçinin Litvanın qərarını "ayağa vurulan güllə" adlandırıb.
"Xatırlatmaq istərdik ki, Litvanın Rusiyanın ümumi xarici ticarət dövriyyəsindəki ümumi payı 0,2%-dən azdır. Ona görə də Litva sanksiyalarının iqtisadiyyatımız üçün nəzərəçarpacaq mənfi nəticələri açıq şəkildə olmayacaq" - diplomat vurğulayıb.
Qeyd edək ki, aprel ayında Litva hakimiyyəti Rusiya və Belarusdan kənd təsərrüfatı məhsulları və yem idxalını qadağan edən qanun qəbul edib. Sənəd iyunun 3-dən qüvvəyə minib. Qadağan olunmuş məhsulların siyahısına 24 məhsul qrupu daxildir. Onların arasında süd, balıq, qəhvə, çay, ədviyyatlar, un, heyvan yemi, tütün məmulatları və digər kateqoriyalar var.
Bundan əvvəl bildirilmişdi ki, Polşa və Litvada gömrükçülər İtaliyadan Rusiyaya gələn yükləri öz sərhədlərində qanunsuz olaraq bloklayırlar.
Xəbər lenti
0