https://sputnik.az/20240606/soyqu-nato-ktmt-olkelerine-mudaxile-edir-465193923.html
Şoyqu: NATO KTMT ölkələrinə müdaxilə edir
Şoyqu: NATO KTMT ölkələrinə müdaxilə edir
Sputnik Azərbaycan
Rusiya Təhlükəsizlik Şurasının katibi deyib ki, Qərbin siyasəti KTMT-nin məsuliyyət zonasında vəziyyətin pisləşməsinə gətirib çıxarır. 06.06.2024, Sputnik Azərbaycan
2024-06-06T15:32+0400
2024-06-06T15:32+0400
2024-06-06T16:06+0400
rusiyanın müdafiə naziri sergey şoyqu
rusiya
sergey şoyqu
nato
ktmt
avrasiya
abş
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1255:705_1920x0_80_0_0_b987321200e80839cc21b81cc1595bd8.jpg
BAKI, 6 iyun — Sputnik. NATO KTMT ölkələrinə müdaxiləni təcrübə edir, havada təxribatların sayı artır. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasında bildirib. Onun sözlərinə görə, KTMT ölkələri üçün birbaşa təhlükə NATO-nun davam edən genişlənməsidir:O əlavə edib ki, Qərbin siyasəti KTMT-nin məsuliyyət zonasında vəziyyətin pisləşməsinə gətirib çıxarır. Bunun əsas səbəblərindən biri kimi o, bir sıra ölkələrin, ilk növbədə ABŞ, Böyük Britaniya və Avropa İttifaqının beynəlxalq təhlükəsizlik sistemini məhv etməyə yönəlmiş siyasəti olduğunu bildirib. "Avrasiya regionunu geosiyasi qarşıdurma meydanına çevirmək üçün aşkar cəhdlər var ki, bu məqsədə çatmaq üçün müstəqil dövlətlərin daxili işlərinə birbaşa müdaxilə, siyasi təzyiq, şantaj, təhdidlər daxil olmaqla ən geniş vasitələrdən istifadə olunur, qeyri-qanuni sanksiyalar və digər üsullar tətbiq olunur" - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bildirib. O, həmçinin əlavə edib ki, Qərbin iqtisadi təzyiqləri fonunda KTMT-yə üzv ölkələr üçün maliyyə təhlükəsizliyinin təmin edilməsi getdikcə daha çox əhəmiyyət kəsb edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1113:835_1920x0_80_0_0_74af6d822f07ad885e6c1597cd790d24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu, nato, ktmt, avrasiya, abş, böyük britaniya
rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu, nato, ktmt, avrasiya, abş, böyük britaniya
Şoyqu: NATO KTMT ölkələrinə müdaxilə edir
15:32 06.06.2024 (Yenilənib: 16:06 06.06.2024) Rusiya Təhlükəsizlik Şurasının katibi deyib ki, Qərbin siyasəti KTMT-nin məsuliyyət zonasında vəziyyətin pisləşməsinə gətirib çıxarır.
BAKI, 6 iyun — Sputnik. NATO KTMT ölkələrinə müdaxiləni təcrübə edir, havada təxribatların sayı artır. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, KTMT ölkələri üçün birbaşa təhlükə NATO-nun davam edən genişlənməsidir:
"Kollektiv təhlükəsizlik zonasının şimal və qərb sərhədlərində Alyansın hərbi mövcudluğu artır, yeni silah sistemləri yerləşdirilir, hava məkanında təxribatların sayı artır, çoxsaylı hərbi təlimlər keçirilir. KTMT ölkələrinin ərazisinə müdaxilə praktikası qazanılır".
O əlavə edib ki, Qərbin siyasəti KTMT-nin məsuliyyət zonasında vəziyyətin pisləşməsinə gətirib çıxarır.
Bunun əsas səbəblərindən biri kimi o, bir sıra ölkələrin, ilk növbədə ABŞ, Böyük Britaniya və Avropa İttifaqının beynəlxalq təhlükəsizlik sistemini məhv etməyə yönəlmiş siyasəti olduğunu bildirib.
"Avrasiya regionunu geosiyasi qarşıdurma meydanına çevirmək üçün aşkar cəhdlər var ki, bu məqsədə çatmaq üçün müstəqil dövlətlərin daxili işlərinə birbaşa müdaxilə, siyasi təzyiq, şantaj, təhdidlər daxil olmaqla ən geniş vasitələrdən istifadə olunur, qeyri-qanuni sanksiyalar və digər üsullar tətbiq olunur" - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bildirib.
O, həmçinin əlavə edib ki, Qərbin iqtisadi təzyiqləri fonunda KTMT-yə üzv ölkələr üçün maliyyə təhlükəsizliyinin təmin edilməsi getdikcə daha çox əhəmiyyət kəsb edir.