https://sputnik.az/20240606/qaluzin-baydenin-aciqlamasini-heyasizliq-adlandirdi-465203382.html
Qaluzin Baydenin açıqlamasını həyasızlıq adlandırdı
Qaluzin Baydenin açıqlamasını həyasızlıq adlandırdı
Sputnik Azərbaycan
Bundan əvvəl ABŞ prezidenti bildirib ki, Vaşinqton sərhəd yaxınlığında zərbələrə icazə verir, lakin onların Rusiyanın dərinliklərində həyata keçirilməsini... 06.06.2024, Sputnik Azərbaycan
2024-06-06T22:35+0400
2024-06-06T22:35+0400
2024-06-06T22:35+0400
abş prezidenti cozef bayden
rusiya
sankt-peterburq
sankt-peterburq beynəlxalq iqtisadi forumu
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454341963_0:0:3072:1728_1920x0_80_0_0_cdd3b593d6f0aee1e537001605ba28e9.jpg
BAKI, 6 iyun — Sputnik. ABŞ prezidenti Co Baydenin Moskvaya hücuma qarşı çıxarkən, sərhəd yaxınlığındakı Rusiya ərazisinə zərbələrin endirilməsini dəstəkləməsi barədə bəyanatı həyasızlıq və nalayiq davranışdır. Bunu TASS-a Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) kuluarlarında deyib. "Baydenin bəyanatı o qədər həyasız və o qədər nalayiqdir ki, belə bir liderin bu gün bunu etməyə icazə verdiyinə təəccüblənirsən", Qaluzin deyib. Bundan əvvəl ABŞ prezidenti bildirib ki, Vaşinqton sərhəd yaxınlığında zərbələrə icazə verir, lakin onların Rusiyanın dərinliklərində həyata keçirilməsini qadağan edir, Moskva və Kremlə qarşı zərbələrə icazə vermir. Rusiya XİN rəhbərinin müavini Baydenin Kiyevin Rusiyaya müqavimətlə bağlı guya müstəqil qərarları və ümumiyyətlə, Ukrayna hakimiyyətinin yürütdüyü siyasətlə bağlı dediklərini saxtakarlığın əyani sübutu adlandırıb. "Biz indi görürük ki, rəsmi Vaşinqton Kiyev rejimi üçün hədəf və göstərişlər verir və mümkün hərbi əməliyyatlar zonasını müəyyənləşdirir. Mən hesab edirəm ki, coğrafi mövqeyindən asılı olmayaraq, Rusiya ərazisinə hər hansı bir müdaxilə cəhdi layiqli cavab alacaq və bu şəkildə bizə atəş açmağa çalışanlar buna görə təəssüflənəcəklər", Qaluzin qeyd edib. İyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir. Builki forumun mövzusu: "Çoxqütblü dünyanın əsası yeni inkişaf nöqtələrinin formalaşmasıdır". Forum çərçivəsində KOB və yaradıcı bizneslərin görüşləri, SPIEF Gənclər Günü, həmçinin "Tibb Təhlükəsizliyi", "SPIEF Academy" və "SPIEF Junior" forumlarının keçirilməsi planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454341963_341:0:3072:2048_1920x0_80_0_0_c9deed5d1ca6e524ac3f7d129dcd1c36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş prezidenti cozef bayden, sankt-peterburq, sankt-peterburq beynəlxalq iqtisadi forumu, rusiya
abş prezidenti cozef bayden, sankt-peterburq, sankt-peterburq beynəlxalq iqtisadi forumu, rusiya
Qaluzin Baydenin açıqlamasını həyasızlıq adlandırdı
Bundan əvvəl ABŞ prezidenti bildirib ki, Vaşinqton sərhəd yaxınlığında zərbələrə icazə verir, lakin onların Rusiyanın dərinliklərində həyata keçirilməsini qadağan edir, Moskva və Kremlə qarşı zərbələrə icazə vermir.
BAKI, 6 iyun — Sputnik. ABŞ prezidenti Co Baydenin Moskvaya hücuma qarşı çıxarkən, sərhəd yaxınlığındakı Rusiya ərazisinə zərbələrin endirilməsini dəstəkləməsi barədə bəyanatı həyasızlıq və nalayiq davranışdır. Bunu TASS-a Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) kuluarlarında deyib.
"Baydenin bəyanatı o qədər həyasız və o qədər nalayiqdir ki, belə bir liderin bu gün bunu etməyə icazə verdiyinə təəccüblənirsən", Qaluzin deyib.
Bundan əvvəl ABŞ prezidenti bildirib ki, Vaşinqton sərhəd yaxınlığında zərbələrə icazə verir, lakin onların Rusiyanın dərinliklərində həyata keçirilməsini qadağan edir, Moskva və Kremlə qarşı zərbələrə icazə vermir.
Rusiya XİN rəhbərinin müavini Baydenin Kiyevin Rusiyaya müqavimətlə bağlı guya müstəqil qərarları və ümumiyyətlə, Ukrayna hakimiyyətinin yürütdüyü siyasətlə bağlı dediklərini saxtakarlığın əyani sübutu adlandırıb.
"Biz indi görürük ki, rəsmi Vaşinqton Kiyev rejimi üçün hədəf və göstərişlər verir və mümkün hərbi əməliyyatlar zonasını müəyyənləşdirir. Mən hesab edirəm ki, coğrafi mövqeyindən asılı olmayaraq, Rusiya ərazisinə hər hansı bir müdaxilə cəhdi layiqli cavab alacaq və bu şəkildə bizə atəş açmağa çalışanlar buna görə təəssüflənəcəklər", Qaluzin qeyd edib.
İyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir. Builki forumun mövzusu: "Çoxqütblü dünyanın əsası yeni inkişaf nöqtələrinin formalaşmasıdır". Forum çərçivəsində KOB və yaradıcı bizneslərin görüşləri, SPIEF Gənclər Günü, həmçinin "Tibb Təhlükəsizliyi", "SPIEF Academy" və "SPIEF Junior" forumlarının keçirilməsi planlaşdırılır.