https://sputnik.az/20240606/azerbaycanda-rusiya-bas-konsulluqlarinin-yaradilmasi-muzakire-edilir---qaluzin-465204731.html
Azərbaycanda Rusiya baş konsulluqlarının yaradılması müzakirə edilir - Qaluzin
Azərbaycanda Rusiya baş konsulluqlarının yaradılması müzakirə edilir - Qaluzin
Sputnik Azərbaycan
Qaluzin qeyd edib ki, Azərbaycanda Rusiya baş konsulluqlarının yaradılması əlaqələrin mütərəqqi inkişafı, o cümlədən ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün... 06.06.2024, Sputnik Azərbaycan
2024-06-06T20:50+0400
2024-06-06T20:50+0400
2024-06-06T20:50+0400
rusiya
mixail qaluzin
sankt-peterburq
sankt-peterburq beynəlxalq iqtisadi forumu
putin
rusiya prezidenti vladimir putin
konsulluq
baş konsulluq
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461262809_0:0:3035:1708_1920x0_80_0_0_5b456e9885bdb7e75455cc645d0a505a.jpg
BAKI, 6 iyun - Sputnik. Moskva və Bakı Azərbaycanda Rusiyanın baş konsulluqlarının yaradılmasını müzakirə edir, Rusiya bu məsələdə uğurlu olacağına ümid edir.Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında bildirib.“Qeyd etmək istərdim ki, Azərbaycanda baş konsulluqlarımızın yaradılması əlaqələrimizin mütərəqqi inkişafı, o cümlədən ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışı baxımından uyğun olardı. Hazırda azərbaycanlı dostlarla bu barədə söhbət aparırıq və ümid edirik ki, bu da uğurlu olacaq”, - nazir müavini deyib.M.Qaluzin Rusiya-Azərbaycan münasibətlərinin bu gün əla olduğunu vurğulayıb. “Bu, 2022-ci ilin fevralında imzalanmış bəyannaməyə uyğun olaraq müttəfiqlərin qarşılıqlı fəaliyyəti və strateji tərəfdaşlıq münasibətləridir”, - o əlavə edib.Xarici işlər nazirinin müavini Azərbaycanda rus dilinin öyrənilməsi məsələsinə də diqqət çəkib. “Dünən Vladimir Vladimiroviç Putin dedi ki, rus dilinin öyrənilməsi məsələlərində Azərbaycan Prezidentinin dəstəyini hiss edir, çünki bu, ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir. Bu da ümumi işimizin vacib hissəsidir, onu birgə aparırıq, burada yeni imkanlar tapırıq, bu məsələləri çox fəal şəkildə müzakirə edirik” – M.Qaluzin vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461262809_23:0:2752:2047_1920x0_80_0_0_6457ec28b1042c7e062285fd2ad7de2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mixail qaluzin, sankt-peterburq, sankt-peterburq beynəlxalq iqtisadi forumu, putin, rusiya prezidenti vladimir putin, konsulluq, baş konsulluq
mixail qaluzin, sankt-peterburq, sankt-peterburq beynəlxalq iqtisadi forumu, putin, rusiya prezidenti vladimir putin, konsulluq, baş konsulluq
Azərbaycanda Rusiya baş konsulluqlarının yaradılması müzakirə edilir - Qaluzin
Qaluzin qeyd edib ki, Azərbaycanda Rusiya baş konsulluqlarının yaradılması əlaqələrin mütərəqqi inkişafı, o cümlədən ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışı baxımından uyğun olardı.
BAKI, 6 iyun - Sputnik. Moskva və Bakı Azərbaycanda Rusiyanın baş konsulluqlarının yaradılmasını müzakirə edir, Rusiya bu məsələdə uğurlu olacağına ümid edir.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında bildirib.
“Qeyd etmək istərdim ki, Azərbaycanda baş konsulluqlarımızın yaradılması əlaqələrimizin mütərəqqi inkişafı, o cümlədən ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışı baxımından uyğun olardı. Hazırda azərbaycanlı dostlarla bu barədə söhbət aparırıq və ümid edirik ki, bu da uğurlu olacaq”, - nazir müavini deyib.
M.Qaluzin Rusiya-Azərbaycan münasibətlərinin bu gün əla olduğunu vurğulayıb. “Bu, 2022-ci ilin fevralında imzalanmış bəyannaməyə uyğun olaraq müttəfiqlərin qarşılıqlı fəaliyyəti və strateji tərəfdaşlıq münasibətləridir”, - o əlavə edib.
Xarici işlər nazirinin müavini Azərbaycanda rus dilinin öyrənilməsi məsələsinə də diqqət çəkib. “Dünən Vladimir Vladimiroviç Putin dedi ki, rus dilinin öyrənilməsi məsələlərində Azərbaycan Prezidentinin dəstəyini hiss edir, çünki bu, ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir. Bu da ümumi işimizin vacib hissəsidir, onu birgə aparırıq, burada yeni imkanlar tapırıq, bu məsələləri çox fəal şəkildə müzakirə edirik” – M.Qaluzin vurğulayıb.