Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Stoltenberq: Rusiya özünün müdafiə sənayesini NATO-dan daha sürətlə gücləndirib

© Sputnik / Константин МихальчевскийMərmi
Mərmi - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
Rusiya müdafiə sənayesinin güclənməsi alyans ölkələrinin gözlədiyindən daha tez baş verib.
BAKI, 5 iyun — Sputnik. Rusiya özünün müdafiə sənayesini Şimali Atlantika Alyansı ölkələrindən daha sürətlə gücləndirib. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "Sky News" telekanalına müsahibəsində bildirib.
Baş katib qeyd edib ki, Rusiya müdafiə sənayesinin güclənməsi alyans ölkələrinin gözlədiyindən daha tez baş verib.

"Bu, doğrudur ki, Rusiya özünün müdafiə sənayesini gözlədiyimizdən də tez gücləndirməyi bacardı", - Stoltenberq bildirib.

Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin Rusiyanın hərbi istehsalını əhəmiyyətli dərəcədə artırdığını bildirmişdi. ABŞ rəsmiləri qeyd ediblər ki, bu, Ukrayna münaqişəsi kontekstində NATO üçün baha başa gələn problem ola bilər.
Mayın əvvəlində Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Moskva Vaşinqtonun qeyri-dost hərəkətlərinə cavab olaraq orta və daha qısa mənzilli raket sistemlərinin istehsalına başlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0