https://sputnik.az/20240605/rusiyali-oleq-kononenko-kosmosda-1000-gun-qalan-ilk-insan-oldu-465165393.html
Rusiyalı Oleq Kononenko kosmosda 1000 gün qalan ilk insan oldu
Rusiyalı Oleq Kononenko kosmosda 1000 gün qalan ilk insan oldu
Sputnik Azərbaycan
Kosmonavtlar korpusunun komandiri hazırda beşinci kosmik uçuşunu həyata keçirir. 05.06.2024, Sputnik Azərbaycan
2024-06-05T16:46+0400
2024-06-05T16:46+0400
2024-06-05T16:58+0400
rusiya
rusiya
"roskosmos"
kosmonavtika günü
gün
min
https://cdnn1.img.sputnik.az/img/07e8/02/05/462395012_0:0:2494:1404_1920x0_80_0_0_e74bdb9d25e71787568bba1e56a20df3.jpg
BAKI, 5 iyun — Sputnik. Rusiyalı Oleq Kononenko kosmosda 1000 gün qalan dünyanın ilk kosmonavtı olub. Bu barədə "Roskosmos"un saytında xəbər verilib. Bu gün, iyunun 5-də Bakı vaxtı ilə saat 01:20-də kosmosun insan tərəfindən tədqiqi tarixində yeni rekord qeydə alınıb. Qeyd edək ki kosmonavtlar korpusunun komandiri hazırda beşinci kosmik uçuşunu həyata keçirir. Hələ fevralın 4-də Kononenko 1998-2015-ci illər ərzində kosmosda ümumilikdə 878 gün, 11 saat, 29 dəqiqə və 48 saniyə keçirmiş rusiyalı kosmonavt Gennadi Padalkanın rekordunu qırıb. Rusiyalının iyun ayında kosmosda 60 yaşını qeyd edəcəyi gözlənilir. Beynəlxalq Kosmik Stansiyada (BKS) bir il davam edən ekspedisiyasının sonunda isə onun ümumi uçuş müddəti 1110 gün olacaq. Bundan əvvəl "Roskosmos" dövlət korporasiyası kosmonavtlar korpusu üçün dörd namizəd seçib. Yaxın vaxtlarda namizədlər Anastasiya Burçuladze, Elçin Vahidov, Vladimir Vorojko və Aleksandr Jerebtsov iki il davam edəcək ümumi kosmos hazırlığına başlayacaq və daha sonra dövlət imtahanından keçəcəklər. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/05/462395012_298:0:2494:1647_1920x0_80_0_0_1714ef6821d82b774dbbbad319db41fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, "roskosmos", kosmonavtika günü, gün, min
rusiya, "roskosmos", kosmonavtika günü, gün, min
Rusiyalı Oleq Kononenko kosmosda 1000 gün qalan ilk insan oldu
16:46 05.06.2024 (Yenilənib: 16:58 05.06.2024) Kosmonavtlar korpusunun komandiri hazırda beşinci kosmik uçuşunu həyata keçirir.
BAKI, 5 iyun — Sputnik. Rusiyalı Oleq Kononenko kosmosda 1000 gün qalan dünyanın ilk kosmonavtı olub. Bu barədə "Roskosmos"un saytında xəbər verilib.
Bu gün, iyunun 5-də Bakı vaxtı ilə saat 01:20-də kosmosun insan tərəfindən tədqiqi tarixində yeni rekord qeydə alınıb.
Qeyd edək ki kosmonavtlar korpusunun komandiri hazırda beşinci kosmik uçuşunu həyata keçirir.
Hələ fevralın 4-də Kononenko 1998-2015-ci illər ərzində kosmosda ümumilikdə 878 gün, 11 saat, 29 dəqiqə və 48 saniyə keçirmiş rusiyalı kosmonavt Gennadi Padalkanın rekordunu qırıb.
Rusiyalının iyun ayında kosmosda 60 yaşını qeyd edəcəyi gözlənilir. Beynəlxalq Kosmik Stansiyada (BKS) bir il davam edən ekspedisiyasının sonunda isə onun ümumi uçuş müddəti 1110 gün olacaq.
Bundan əvvəl "Roskosmos" dövlət korporasiyası kosmonavtlar korpusu üçün dörd namizəd seçib. Yaxın vaxtlarda namizədlər Anastasiya Burçuladze, Elçin Vahidov, Vladimir Vorojko və Aleksandr Jerebtsov iki il davam edəcək ümumi kosmos hazırlığına başlayacaq və daha sonra dövlət imtahanından keçəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.