Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir - Putin

© Sputnik / Вячеслав ПрокофьевVladimir Putin, arxiv
Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
Rusiya prezidenti media nümayəndələri ilə görüşündə bildirib, RF Azərbaycan rəhbərliyinin dövlətlərarası münasibətləri məhz qarşılıqlı maraq və bir-birinə rəğbət əsasında qurmaq ruhunu hiss edir.
BAKI, 5 iyun — Sputnik. Azərbaycan ilə Rusiya arasında münasibətlər uğurla, etibarlı və çox praqmatik inkişaf edir. Bunu Rusiya prezidenti Vladimir Putin media nümayəndələri ilə görüşündə deyib.

“Bizim (Rusiya və Azərbaycan - red.) münasibətlərimiz uğurla, etibarlı və çox praqmatik inkişaf edir. Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələri məhz qarşılıqlı maraq və deyərdim ki, müəyyən dərəcədə bir-birimizə simpatiya əsasında qurmaq ruhunu hiss edirik”, - Putin deyib.

Rusiya liderinin sözlərinə görə, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətləri inkişaf etdirmək üçün vətəndaşlara rus dilinin lazım olacağı amilindən çıxış edir.
Putin azərbaycanlı gənclərin Rusiya Federasiyasında təhsil almağa marağını da qeyd edib.
Avrasiya məkanında nəqliyyat-logistika əlaqələrinin inkişafını şərh edən Rusiya Federasiyasının Prezidenti deyib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi populyar beynəlxalq dəhlizə çevrilə bilər.
Bu marşrut, Rusiya liderinin fikrincə, yüklərin Süveyş kanalından 10 gün tez çatdırılmasına imkan verəcək.
Putin onu da vurğulayıb ki, layihə Azərbaycan prezidenti, İran rəhbərliyi və xarici investorlar tərəfindən dəstəklənir.
Rusiya prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində əsas beynəlxalq xəbər agentliklərinin rəhbərləri, o cümlədən dost olmayan ölkələrin nümayəndələri ilə söhbət edib.
İyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir. Builki forumun mövzusu: "Çoxqütblü dünyanın əsası yeni inkişaf nöqtələrinin formalaşmasıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0