https://sputnik.az/20240605/almaniya-oz-esgerlerini-ukraynaya-gondermeyi-planlasdirmir---mn-465176012.html
Almaniya öz əsgərlərini Ukraynaya göndərməyi planlaşdırmır - MN
Almaniya öz əsgərlərini Ukraynaya göndərməyi planlaşdırmır - MN
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri qeyd edib ki, Ukrayna üçün silahla bağlı olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. 05.06.2024, Sputnik Azərbaycan
2024-06-05T19:36+0400
2024-06-05T19:36+0400
2024-06-05T19:36+0400
almaniya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
hərbçi
avropa
rusiya
nato
emmanuel makron
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130135_0:160:3072:1888_1920x0_80_0_0_19293ab982cb3ff87613e3d318091114.jpg
BAKI, 5 iyun — Sputnik. Almaniya Ukraynaya əsgərlərini göndərməyi planlaşdırmır və digər Avropa İttifaqı (Aİ) ölkələri də oxşar planlar barədə məlumatlarını bölüşməyiblər. Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaq deputatlarının suallarını cavablandırarkən deyib. Almaniya üçün Alternativ Partiyasının deputatı Rüdiger Lukassen Bundestaqda keçirilən sessiyada Almaniya hökuməti digər Aİ ölkələrinin Ukraynaya öz əsgərlərini göndərmək planları ilə bağlı məlumatlılığı və Almaniyanın özünün münaqişə zonasına qoşunlarını göndərməyi planlaşdırması ilə bağlı sual verib. Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda bildirib ki, Rusiya cəbhə xəttini yarıb keçərsə və Kiyevdən müvafiq tələb gələrsə, Ukraynaya qoşun göndərilməsi ehtimalını istisna etmir. Onun sözlərinə görə, Fransa qoşunlarının mümkün göndərilməsi ilə bağlı yanaşması ilə "bir çox ölkələr" razılaşıblar. "Monde" qəzeti yazıb ki, Makron Ukraynaya hərbi təlimatçılar göndərmək üçün Avropa koalisiyası yaratmaq niyyətindədir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda Ukrayna hərbçilərinə təlim keçən hər hansı bir təlimatçının toxunulmazlığının olmadığını söyləyib. O, Paris və Londonun Ukraynaya əsgər göndərilməsi ehtimalı ilə bağlı ritorikasını təhlükəli adlandırıb.Kreml həmçinin Makronun Avropada Ukraynaya hərbçilərin göndərilməsi haqqında mövzusunun müzakirə olunduğuna dair sözlərinə diqqət çəkərək, Rusiyanın "strateji məğlubiyyətə uğraması" ilə bağlı mövqeyinin də Moskvaya daha yaxşı məlum olduğunu qeyd edib.Bildirilib ki, bir sıra ölkələr "bu cür hərəkətlərin potensial təhlükələrini və qızğın münaqişəyə birbaşa cəlb olunmaq təhlükəsini kifayət qədər ayıq qiymətləndirirlər", bu, "həmin ölkələrin maraqlarına tamamilə uyğun gəlmir, onlar məsələ ilə bağlı məsuliyyətlərini dərk etməlidirlər". Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir və onların "atəşlə oynamasına" gətirib çıxarır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silahla bağlı olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.Onun sözlərinə görə, ABŞ və NATO təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə də münaqişədə bilavasitə iştirak edir. Kremldə bəyan ediblər ki, Qərb tərəfindən Ukraynanın silahlarla doldurulması danışıqlara kömək etmir və mənfi təsir göstərəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130135_171:0:2902:2048_1920x0_80_0_0_2b6f6f5ad4ca5bfed4b865b58a1ce6e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
almaniya, ukrayna, hərbçi, avropa, rusiya, nato, emmanuel makron
almaniya, ukrayna, hərbçi, avropa, rusiya, nato, emmanuel makron
Almaniya öz əsgərlərini Ukraynaya göndərməyi planlaşdırmır - MN
Rusiyanın xarici işlər naziri qeyd edib ki, Ukrayna üçün silahla bağlı olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
BAKI, 5 iyun — Sputnik. Almaniya Ukraynaya əsgərlərini göndərməyi planlaşdırmır və digər Avropa İttifaqı (Aİ) ölkələri də oxşar planlar barədə məlumatlarını bölüşməyiblər. Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaq deputatlarının suallarını cavablandırarkən deyib.
Almaniya üçün Alternativ Partiyasının deputatı Rüdiger Lukassen Bundestaqda keçirilən sessiyada Almaniya hökuməti digər Aİ ölkələrinin Ukraynaya öz əsgərlərini göndərmək planları ilə bağlı məlumatlılığı və Almaniyanın özünün münaqişə zonasına qoşunlarını göndərməyi planlaşdırması ilə bağlı sual verib.
"Sizin verdiyiniz suallara yalnız "yox" və bir daha "yox" cavabı veririk", - Pistorius deyib.
Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda bildirib ki, Rusiya cəbhə xəttini yarıb keçərsə və Kiyevdən müvafiq tələb gələrsə, Ukraynaya qoşun göndərilməsi ehtimalını istisna etmir. Onun sözlərinə görə, Fransa qoşunlarının mümkün göndərilməsi ilə bağlı yanaşması ilə "bir çox ölkələr" razılaşıblar.
"Monde" qəzeti yazıb ki, Makron Ukraynaya hərbi təlimatçılar göndərmək üçün Avropa koalisiyası yaratmaq niyyətindədir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda Ukrayna hərbçilərinə təlim keçən hər hansı bir təlimatçının toxunulmazlığının olmadığını söyləyib. O, Paris və Londonun Ukraynaya əsgər göndərilməsi ehtimalı ilə bağlı ritorikasını təhlükəli adlandırıb.
Kreml həmçinin Makronun Avropada Ukraynaya hərbçilərin göndərilməsi haqqında mövzusunun müzakirə olunduğuna dair sözlərinə diqqət çəkərək, Rusiyanın "strateji məğlubiyyətə uğraması" ilə bağlı mövqeyinin də Moskvaya daha yaxşı məlum olduğunu qeyd edib.
Bildirilib ki, bir sıra ölkələr "bu cür hərəkətlərin potensial təhlükələrini və qızğın münaqişəyə birbaşa cəlb olunmaq təhlükəsini kifayət qədər ayıq qiymətləndirirlər", bu, "həmin ölkələrin maraqlarına tamamilə uyğun gəlmir, onlar məsələ ilə bağlı məsuliyyətlərini dərk etməlidirlər".
Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir və onların "atəşlə oynamasına" gətirib çıxarır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silahla bağlı olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Onun sözlərinə görə, ABŞ və NATO təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə də münaqişədə bilavasitə iştirak edir. Kremldə bəyan ediblər ki, Qərb tərəfindən Ukraynanın silahlarla doldurulması danışıqlara kömək etmir və mənfi təsir göstərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.