https://sputnik.az/20240605/afrikadaki-rusiya-biznesi-qerbden-ferqli-davranir---zaxarova-465149827.html
Afrikadakı Rusiya biznesi Qərbdən fərqli davranır - Zaxarova
Afrikadakı Rusiya biznesi Qərbdən fərqli davranır - Zaxarova
Sputnik Azərbaycan
Rusiya XİN rəsmisi bildirir ki, Rusiya şirkətləri müstəmləkə keçmişlərini nəzərə alaraq Afrika ölkələrinin inkişafı ilə məşğuldurlar. 05.06.2024, Sputnik Azərbaycan
2024-06-05T11:18+0400
2024-06-05T11:18+0400
2024-06-05T11:45+0400
mariya zaxarova
rusiya
qərb
afrika
müstəmləkə
rusiya xarici işlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465149657_0:54:2206:1295_1920x0_80_0_0_f4791ea98c3c6e7d40a9b7f19b94eb3a.jpg
BAKI, 5 iyun — Sputnik. Rusiya biznesi Qərbdən fərqli olaraq afrikalı tərəfdaşlarla münasibətləri bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında qurur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib. Diplomat qeyd edib ki, Afrikadakı Rusiya şirkətləri Qərb şirkətləri ilə müqayisədə fərqli davranırlar: Zaxarova vurğulayıb ki, Rusiya şirkətləri müstəmləkə keçmişlərini nəzərə alaraq Afrika ölkələrinin inkişafı ilə məşğuldurlar. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, müasir dövrdə Qərb hələ də Afrika dövlətlərinə, xüsusən də faydalı qazıntılarla zəngin olan dövlətlərə münasibətdə müstəmləkəçi yanaşma tətbiq etməyə çalışır. Yerli ekspertlər deyir, geoloji kəşfiyyat, mədən, emal, ticarətlə məşğul olan fransızlar xarici ölkədə olsalar da, yerli tərəfə yer təkini tədqiq edərkən nə əldə etmələri barədə məlumat vermirlər. "Bu təkcə kommersiya niyyəti, öz iqtisadi təhlükəsizliyinin elementi ilə bağlı deyil, onların nəzərində "A" kateqoriyasına aid olmayan ölkələrə, xalqlara qarşı alçaldıcı münasibət elementi var. Onların fikrincə, yerlilər sadəcə xidmət etməklə kifayətlənməlidirlər" - Zaxarova qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465149657_205:0:2001:1347_1920x0_80_0_0_f581cc82c2d828cbb8b2631fd5c3402e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, qərb, afrika, müstəmləkə, rusiya xarici işlər nazirliyi
mariya zaxarova, qərb, afrika, müstəmləkə, rusiya xarici işlər nazirliyi
Afrikadakı Rusiya biznesi Qərbdən fərqli davranır - Zaxarova
11:18 05.06.2024 (Yenilənib: 11:45 05.06.2024) Rusiya XİN rəsmisi bildirir ki, Rusiya şirkətləri müstəmləkə keçmişlərini nəzərə alaraq Afrika ölkələrinin inkişafı ilə məşğuldurlar.
BAKI, 5 iyun — Sputnik. Rusiya biznesi Qərbdən fərqli olaraq afrikalı tərəfdaşlarla münasibətləri bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında qurur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib.
Diplomat qeyd edib ki, Afrikadakı Rusiya şirkətləri Qərb şirkətləri ilə müqayisədə fərqli davranırlar:
"Münasibətlər bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri üzərində qurulub. Afrika qitəsinə gələn biznesimiz, şirkətlərimiz, müəssisə və qurumlarımız təkcə məqsədyönlü infrastruktur layihəsini inkişaf etdirmir, böyük perspektivlər görürlər. Addımlarımız humanitar sahədə qarşılıqlı zənginləşmə üçün bir fürsətdir".
Zaxarova vurğulayıb ki, Rusiya şirkətləri müstəmləkə keçmişlərini nəzərə alaraq Afrika ölkələrinin inkişafı ilə məşğuldurlar. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, müasir dövrdə Qərb hələ də Afrika dövlətlərinə, xüsusən də faydalı qazıntılarla zəngin olan dövlətlərə münasibətdə müstəmləkəçi yanaşma tətbiq etməyə çalışır. Yerli ekspertlər deyir, geoloji kəşfiyyat, mədən, emal, ticarətlə məşğul olan fransızlar xarici ölkədə olsalar da, yerli tərəfə yer təkini tədqiq edərkən nə əldə etmələri barədə məlumat vermirlər.
"Bu təkcə kommersiya niyyəti, öz iqtisadi təhlükəsizliyinin elementi ilə bağlı deyil, onların nəzərində "A" kateqoriyasına aid olmayan ölkələrə, xalqlara qarşı alçaldıcı münasibət elementi var. Onların fikrincə, yerlilər sadəcə xidmət etməklə kifayətlənməlidirlər" - Zaxarova qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.