Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ polis dövlətinə çevrilib, Ritter hadisəsi bunu sübut edir - Lavrov

© Sputnik / Павел Бедняков / Mediabanka keçidLavrov
Lavrov - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
Moskvanın bununla bağlı nəsə edə biləcəyi ilə bağlı sualı cavablandıran Lavrov qeyd edib ki, Ritter Rusiya Federasiyasının vətəndaşı deyil və vətəndaşlıq üçün müraciət etməyib.
BAKI, 5 iyun — Sputnik. ABŞ-ın keçmiş amerikalı kəşfiyyatçı və BMT-nin keçmiş müfəttişi Skot Ritteri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna (SPBİF) buraxmaqdan imtina etməsi onların polis dövlətinə çevrildiyini bir daha sübut edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Bu, özünü bütün dünyada demokratiyanın lideri adlandıran Birləşmiş Ştatların çoxdan polis dövlətinə çevrildiyini göstərən başqa bir nümunədir" - nazir deyib.

Moskvanın bununla bağlı nəsə edə biləcəyi ilə bağlı sualı cavablandıran Lavrov qeyd edib ki, Ritter Rusiya Federasiyasının vətəndaşı deyil və vətəndaşlıq üçün müraciət etməyib.
"Buna görə də biz hüquqi baxımdan heç nə edə bilmərik, lakin bizim mövqeyimiz aydındır" - XİN rəhbəri vurğulayıb.
Lavrov qeyd edib ki, Ritter konstitusion hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir. Nazir onu da əlavə edib ki, Rusiyaya uçan təyyarədən Ritterdən başqa ABŞ Ali Məhkəməsinin keçmiş hakimi Endryu Napolitano da çıxarılıb.
"İndi bizə Agence France-Press (AFP) və BBC Africa-nın nümayəndələri tərəfindən suallar verilib. İndi özünüz nəticələrinizi çıxarın ki, demokratiya hara, polis dövləti hara, kimsə təyyarəyə minir, ya yox, harda kiməsə istədiyini deyə bilər, ya yox" - deyə Rusiya diplomatik xidmətinin rəhbəri sözlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0