Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya KTMT çərçivəsində Əfqanıstanla əməkdaşlığı istisna etmir - XİN

© Sputnik / Виталий БелоусовRusiya Xarici İşlər Nazirliyi
Rusiya Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 04.06.2024
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın sonunda bildirib ki, Rusiya "Taliban" hərəkatını terrorçular siyahısından çıxarmağa hazırlaşır.
BAKI, 4 iyun — Sputnik. Rusiya KTMT çərçivəsində Əfqanıstanla əməkdaşlığı istisna etmir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov "Rossiya Seqodnya" media qrupunun mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.
"İndiyə qədər belə əməkdaşlıq olmayıb, lakin mən hipotetik olaraq bunu istisna etmirəm, çünki "Taliban"la beynəlxalq terrorizm və narkotik cinayətləri ilə mübarizəyə münasibətimiz eynidir" - Kabulov bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın sonunda bildirib ki, Rusiya "Taliban" hərəkatını terrorçular siyahısından çıxarmağa hazırlaşır (onlar BMT Təhlükəsizlik Şurasının terror fəaliyyətinə görə sanksiyaları altındadırlar).
Xatırladaq ki, 2021-ci il avqustun əvvəlində "Taliban" (terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altında) Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirir, avqustun 15-də Kabilə daxil olur və ertəsi gün müharibə elan edir. Avqustun son iki həftəsi ərzində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə edilib.
Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluğuna son qoyub. Həmin il sentyabrın əvvəlində "Taliban"ın birinci hakimiyyəti dövründə Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışmış və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun başçılığı ilə Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.
Xəbər lenti
0