Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu müharibə ABŞ-ın özünə baha başa gələcək - Ryabkov

© MAXIM SHEMETOV / POOL / AFPRusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov  - Sputnik Azərbaycan, 1920, 03.06.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi deyib ki, ABŞ Kiyevə cinayətə, bu qəbildən olan addıma görə indulgensiya verib.
BAKI, 3 iyun — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbi obyektlərinə və raket hücumu barədə xəbərdarlıq sisteminə hücumlarına Moskvanın cavabı asimmetrik ola bilər.
Bu barədə jurnalistlərə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
"Cavablar asimmetrik ola bilər. ABŞ-ın mövqeyi məsuliyyətsizlikdir. Onlar Kiyevə cinayətə, bu qəbildən olan addıma görə indulgensiya veriblər. Bu addımların qarşısını almaq üçün heç nə etmirlər. ABŞ-ın özünə də bu müharibə baha başa gələcək və nəticələrini də hiss edəcək" - o bildirib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0