https://sputnik.az/20240531/qerb-azerbaycan-ermenistan-munasibetlerinde-gerginlik-yaradir---rusiyanin-mudafie-naziri-465063260.html
Qərb Azərbaycan-Ermənistan münasibətlərində gərginlik yaradır - Rusiyanın müdafiə naziri
Qərb Azərbaycan-Ermənistan münasibətlərində gərginlik yaradır - Rusiyanın müdafiə naziri
Sputnik Azərbaycan
Belousov qeyd edib ki, NATO və Aİ-nin bütövlükdə Rusiya Federasiyası ilə qarşıdurma kursu KTMT-nin kollektiv təhlükəsizliyinin bir sıra regionlarında... 31.05.2024, Sputnik Azərbaycan
2024-05-31T15:36+0400
2024-05-31T15:36+0400
2024-05-31T15:44+0400
andrey belousov
rusiya
nato
ktmt
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
almatı
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1f/465063090_0:0:3111:1751_1920x0_80_0_0_6bf23aae8e86aae6053bce2d7495d9fe.jpg
BAKI, 31 may — Sputnik. Qərbin Rusiya ilə qarşıdurma xətti Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gərginliyə səbəb olur. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin Almatıda keçirilən iclasında Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib. "Şimali Atlantika Alyansının ayrı-ayrı ölkələri Qafqazda öz mövqelərini gücləndirməyə, bununla da Xəzər dənizinin resurslarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışırlar" - Belousov Müdafiə Şurasının iclasında çıxışı zamanı deyib. O vurğulayıb ki, Qərb münasibətləri normallaşdırmaq üçün Bakı və İrəvana öz vasitəçilik xidmətlərini təntənəli şəkildə təqdim edir və bununla belə yalnız Qərb platformalarında və diktə ilə sülh müqaviləsi imzalamağı təklif edir. Belousov qeyd edib ki, NATO və Aİ-nin bütövlükdə Rusiya Federasiyası ilə qarşıdurma kursu KTMT-nin kollektiv təhlükəsizliyinin bir sıra regionlarında gərginliyin artmasına təsir göstərir. Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova demişdi ki, Qərb Cənubi Qafqaz ölkələrini bir-birinə qarşı qoymağa çalışır. "Onların düşüncəsinə görə, region ölkələri bir-biri ilə əlaqələr qurmamalı, əksinə, qonşular iqtisadiyyatla, ticarətlə, infrastruktur quruculuğu ilə məşğul olmamalıdırlar, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmalıdırlar" - Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, oxşar tendensiyalar Bakıda və digər paytaxtlarda müşahidə olunur.
almatı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1f/465063090_300:0:3031:2048_1920x0_80_0_0_c7dd1399294486b2f3bed6d84e02e09a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
andrey belousov, nato, ktmt, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, almatı
andrey belousov, nato, ktmt, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, almatı
Qərb Azərbaycan-Ermənistan münasibətlərində gərginlik yaradır - Rusiyanın müdafiə naziri
15:36 31.05.2024 (Yenilənib: 15:44 31.05.2024) Belousov qeyd edib ki, NATO və Aİ-nin bütövlükdə Rusiya Federasiyası ilə qarşıdurma kursu KTMT-nin kollektiv təhlükəsizliyinin bir sıra regionlarında gərginliyin artmasına təsir göstərir.
BAKI, 31 may — Sputnik. Qərbin Rusiya ilə qarşıdurma xətti Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gərginliyə səbəb olur. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin Almatıda keçirilən iclasında Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib.
"Şimali Atlantika Alyansının ayrı-ayrı ölkələri Qafqazda öz mövqelərini gücləndirməyə, bununla da Xəzər dənizinin resurslarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışırlar" - Belousov Müdafiə Şurasının iclasında çıxışı zamanı deyib.
O vurğulayıb ki, Qərb münasibətləri normallaşdırmaq üçün Bakı və İrəvana öz vasitəçilik xidmətlərini təntənəli şəkildə təqdim edir və bununla belə yalnız Qərb platformalarında və diktə ilə sülh müqaviləsi imzalamağı təklif edir.
Belousov qeyd edib ki, NATO və Aİ-nin bütövlükdə Rusiya Federasiyası ilə qarşıdurma kursu KTMT-nin kollektiv təhlükəsizliyinin bir sıra regionlarında gərginliyin artmasına təsir göstərir.
Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova demişdi ki, Qərb Cənubi Qafqaz ölkələrini bir-birinə qarşı qoymağa çalışır.
"Onların düşüncəsinə görə, region ölkələri bir-biri ilə əlaqələr qurmamalı, əksinə, qonşular iqtisadiyyatla, ticarətlə, infrastruktur quruculuğu ilə məşğul olmamalıdırlar, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmalıdırlar" - Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, oxşar tendensiyalar Bakıda və digər paytaxtlarda müşahidə olunur.