Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Xüsusi hərbi əməliyyatın döyüşçüləri Rusiyanın suverenliyini müdafiə edir - Putin

© Sputnik / Сергей БобылевRusiya prezidenti Vladimir Putin, arxiv
Rusiya prezidenti Vladimir Putin, arxiv  - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Abunə olmaq
Rusiya lideri qeyd edib ki, 100 yaşı tamam olmuş Böyük Vətən Müharibəsi veteranı İbrahimpaşa Sadıkov da Senat sarayının Yekaterina zalındadır.
BAKI, 30 may — Sputnik. Xüsusi hərbi əməliyyatın döyüşçüləri Rusiyanın həqiqətini və suverenliyini müdafiə edir, ölkənin əsl dayağı və zirehidir. Bu sözləri Rusiya prezidenti Vladimir Putin dövlət mükafatlarının təqdimetmə mərasimində deyib.

"Biz ciddi sınaqlardan keçirik, həqiqəti, ədaləti, Rusiyanın suverenliyini və xalqımızın öz müqəddəratını təyin etmək hüququnu müdafiə edirik. Siz Rusiyanın əsl dayağı və zirehisiniz, qaliblər nəslinin cəsarətinə və qardaşlığına əməl edirsiniz", - Putin qeyd edib.

Rusiya lideri 100 yaşı tamam olmuş Böyük Vətən Müharibəsi veteranı İbrahimpaşa Sadıkovun da Senat sarayının Yekaterina zalında olduğuna diqqət çəkib.
O, gənc ikən könüllü olaraq cəbhəyə yollanıb və bütün müharibəni keçib", - deyən prezident bildirib: "Hörmətli veteranımız əsl qafqazlı uzunömürlüdür və qəhrəmanlığın xatirəsini yaşatmaq üçün çox işlər görüb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0