https://sputnik.az/20240530/xhe-rusiya-hucumunun-geri-donmez-inkisafi-465016444.html
XHƏ: Rusiya hücumunun geri dönməz inkişafı
XHƏ: Rusiya hücumunun geri dönməz inkişafı
Sputnik Azərbaycan
Sputnik-in hərbi icmalçısı Aleksandr Xrolenko qeyd edir ki, münaqişənin təşəbbüskarları və sponsorları - ABŞ və NATO strateji çıxılmaz vəziyyətdədir, çünki... 30.05.2024, Sputnik Azərbaycan
2024-05-30T17:39+0400
2024-05-30T17:39+0400
2024-05-30T17:39+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
abş
çin
rusiya federasiyası
belarus
pentaqon
nato
donbas
https://cdnn1.img.sputnik.az/img/07e8/04/12/464022367_0:280:3141:2047_1920x0_80_0_0_340a405a67ffa5d12b128cd24205905e.jpg
BAKI, 30 may — Sputnik. Rusiya qoşunlarının may hücumu planlı şəkildə Ukrayna Silahlı Qüvvələrinin (USQ) cəbhənin bir neçə hissəsində mövqelərini darmadağın edir, yeni əraziləri və yaşayış məntəqələrini banderaçılardan azad edir. Son iki gündə Rusiya qoşunları müxtəlif istiqamətlərdə Arxangelskoye (Qorlovkadan 25 km qərbdə), Netaylovo və Umanskoye (Avdeyevkadan 10 km qərbdə), Berestovoye və İvanovka (Kupyanskdan 15 km məsafədə) yaşayış məntəqələrini azad ediblər. Bundan əlavə, Xarkov vilayətində "Şimal" qoşun qruplaşması Volçansk, Liptsı, Qranov və Konstantinovka yaşayış məntəqələri yaxınlığında düşmənin müdafiəsinin dərinliklərinə uğurla irəliləyir. Donbasdakı Krasnoqorovkanın mərkəzi şəhər rayonlarında döyüşlər davam edir. Mayın 26-da hipersəsli "Kinjal"lar, X-101 və X-55 qanadlı raketləri ilə Ukrayna Silahlı Qüvvələrinin Xmelnitski vilayətinin Starokonstantinov şəhərindəki aviabazasına yeni birləşmiş zərbə endirilməsi, Kiyevə vəd edilən NATO-nun F-16 qırıcılarının qəbuluna hazırlıqdır. Bundan əlavə, burada epizodik olaraq Ukraynanın qalan Su-24M-ləri ("Storm Shadow" və "SCALP EG" qanadlı raketlərinin daşıyıcıları bəzən burada yerləşir. Rusiyanın "Şimal" qoşun qruplaşmasının may hücumu USQ-nin Baş Qərargahını son ehtiyatları və briqadaları başqa istiqamətlərdən Xarkova köçürməyə və sözün həqiqi mənasında yandırmağa məcbur edib, bu da Donbasda və Zaporojyedə Ukrayna müdafiəsinin müəyyən hissələrinin çökməsinə səbəb olub. Bununla yanaşı, Rusiya qoşunlarının Volçanskın cənubunda ehtimal olunan irəliləyişi Ukrayna Silahlı Qüvvələrinin Kupyansk qruplaşması üçün böyük bir "ölüm qazanı" yaratmaq təhlükəsi yaradır. Ukrayna ordusunun vəziyyəti getdikcə çətinləşir, proses obyektiv olaraq dönməzdir, Kiyev və Vaşinqtonda da bunu inkar etmirlər. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan etibarən Ukrayna ordusunun 603 təyyarəsi, 274 helikopteri, 24700 pilotsuz uçuş aparatı (PUA, dron), 524 zenit-raket kompleksi, 16 mindən çox tank və digər zirehli texnikası, 11 min artilleriya silahı və reaktiv yaylım atəş sistemi (RYAS), o cümlədən NATO-nun tədarük etdikləri məhv edilib. Rusiya Silahlı Qüvvələrinin inanılmaz "əmək məhsuldarlığı" onu göstərir ki, hücumun sürəti özlüyündə bir məqsəd deyil, Ukraynanın, həmçinin Avropa və Şimali Amerikanın aqressiv dövlətlərinin bir qrupunun demilitarizasiya/denasifikasiyası strategiyasının bir hissəsidir. Mövcud olmayan NATO seçimi "The American Conservative" nəşri qeyd edib: "Rusiya qoşunları şərqdə və cənub-şərqdə sürətlə irəliləmir, çünki strategiya Ukraynanın böyük ərazilərini ələ keçirmək və ya böyük şəhərləri mühasirəyə almaq deyil, Rusiyanın atəş gücündə üstünlüyündən istifadə edərək, Ukrayna qüvvələrini cəbhənin bir neçə hissəsində yavaş-yavaş məhv etməkdir. Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı mövqeyi Pentaqon və NATO-da nikbinliyə zərrə qədər də əsas vermir. Ukrayna hərbi əməliyyatlar teatrında bir sıra strateji səhvlərdən və məğlubiyyətlərdən sonra Qərb bir seçim qarşısında qalıb: ABŞ və alyans üçün alçaldıcı şərtlərlə Rusiya ilə proksi-müharibəsinə son qoymaq, ya da xarici qoşunların kontingentinin Ukraynaya köçürülməsi ilə münaqişəni ağılsızcasına davam etdirmək. Təxminlər dəyişir. Alyans qoşunlarının döyüş hazırlığı aydın deyil, lakin Üçüncü Dünya Müharibəsinə başlamaq üçün kifayət qədər silah var. Ukrayna hərbi əməliyyatlar teatrında və ya "Baltik cəbhəsi"ndə NATO ordularının təhlükəli oyunlarının qarşısını Moskva qəti və çox sərt şəkildə almalı olacaq. Rusiya Silahlı Qüvvələrinin Ukrayna hərbi əməliyyatlar teatrında taktiki, atəş və texnoloji üstünlüyü qeyd-şərtsizdir. Rusiya hər il 4,5 milyon 152 mm kalibrli artilleriya mərmisi istehsal edir ki, bu da ABŞ daxil olmaqla bütün NATO ölkələrindənki istehsaldan üç dəfə çoxdur. Rusiya müdafiə sənayesinin çoxsaylı üstünlüyü raket silahlarının, zirehli texnikanın, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin, pilotsuz uçuş aparatlarının istehsalında da müşahidə olunur. Rusiya Federasiyasında hər ay 100 mindən çox PUA istehsal olunur. Rusiya və Belarus silahlı qüvvələrinin mayın 21-dən etibarən taktiki nüvə silahlarından, o cümlədən 300 kiloton (iyirmi Xirosima) məhsuldarlığına malik olan döyüş başlıqları və uçuş məsafəsi 5500 km-ə qədər olan raketlərdən istifadə etmələri Qərb qəzetlərində səs-küylü başlıqların olması naminə deyil. Bütün Avropa qarşısıalınmaz hipersəsli "İskəndər"lər, "Kinjal"lar və X-102 qanadlı raketlərinin hədəfləri altındadır. Hətta ukraynalı fırıldaqçı (20 maydan sonra) Vladimir Zelenski Rusiya Federasiyası ilə münasibətlərdə Qərb ölkələrinin "birdən Ukrayna müharibəni itirəcəyi" təqdirdə "qapıları açıq" qoyduğunu başa düşür. Sanki əvvəlcə başqa variantlar olub. Zelenski "dağıdılmış Xarkovdan" sırağagün ABŞ və Çin liderlərini (nədənsə yalnız ingilis dilində) İsveçrədəki anormal insanların Rusiya əleyhinə görüşündə canını xilas etməyə çağırıb. İllüziyalar olmamalıdır. Qərbin öz hərbi üstünlüyünə sarsılmaz inamı (hətta əfqan taliblərinin biabırçı təpiyindən sonra da) yalnız proksi-müharibəsində və ya Rusiya ilə birbaşa müharibədə biabırçı məğlubiyyətə gətirib çıxarır. Yeni dünyanın şərtlərini İsveçrə Alplarında siyasi cırtdanların yığıncağı deyil, qalib tərəfindən diktə ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/12/464022367_283:0:3012:2047_1920x0_80_0_0_9da94dc239a1e27b3fc16b422c01a65c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, ukrayna, abş, çin, rusiya federasiyası, belarus, pentaqon, nato, donbas, raket
rusiya, ukrayna, abş, çin, rusiya federasiyası, belarus, pentaqon, nato, donbas, raket
XHƏ: Rusiya hücumunun geri dönməz inkişafı
Sputnik-in hərbi icmalçısı Aleksandr Xrolenko qeyd edir ki, münaqişənin təşəbbüskarları və sponsorları - ABŞ və NATO strateji çıxılmaz vəziyyətdədir, çünki Ukraynanın proksi-ordusu deqradasiyaya uğrayır.
BAKI, 30 may — Sputnik. Rusiya qoşunlarının may hücumu planlı şəkildə Ukrayna Silahlı Qüvvələrinin (USQ) cəbhənin bir neçə hissəsində mövqelərini darmadağın edir, yeni əraziləri və yaşayış məntəqələrini banderaçılardan azad edir.
Son iki gündə Rusiya qoşunları müxtəlif istiqamətlərdə Arxangelskoye (Qorlovkadan 25 km qərbdə), Netaylovo və Umanskoye (Avdeyevkadan 10 km qərbdə), Berestovoye və İvanovka (Kupyanskdan 15 km məsafədə) yaşayış məntəqələrini azad ediblər.
Bundan əlavə, Xarkov vilayətində "Şimal" qoşun qruplaşması Volçansk, Liptsı, Qranov və Konstantinovka yaşayış məntəqələri yaxınlığında düşmənin müdafiəsinin dərinliklərinə uğurla irəliləyir.
Donbasdakı Krasnoqorovkanın mərkəzi şəhər rayonlarında döyüşlər davam edir.
Mayın 26-da hipersəsli "Kinjal"lar, X-101 və X-55 qanadlı raketləri ilə Ukrayna Silahlı Qüvvələrinin Xmelnitski vilayətinin Starokonstantinov şəhərindəki aviabazasına yeni birləşmiş zərbə endirilməsi, Kiyevə vəd edilən NATO-nun F-16 qırıcılarının qəbuluna hazırlıqdır. Bundan əlavə, burada epizodik olaraq Ukraynanın qalan Su-24M-ləri ("Storm Shadow" və "SCALP EG" qanadlı raketlərinin daşıyıcıları bəzən burada yerləşir.
Rusiyanın "Şimal" qoşun qruplaşmasının may hücumu USQ-nin Baş Qərargahını son ehtiyatları və briqadaları başqa istiqamətlərdən Xarkova köçürməyə və sözün həqiqi mənasında yandırmağa məcbur edib, bu da Donbasda və Zaporojyedə Ukrayna müdafiəsinin müəyyən hissələrinin çökməsinə səbəb olub.
Bununla yanaşı, Rusiya qoşunlarının Volçanskın cənubunda ehtimal olunan irəliləyişi Ukrayna Silahlı Qüvvələrinin Kupyansk qruplaşması üçün böyük bir "ölüm qazanı" yaratmaq təhlükəsi yaradır. Ukrayna ordusunun vəziyyəti getdikcə çətinləşir, proses obyektiv olaraq dönməzdir, Kiyev və Vaşinqtonda da bunu inkar etmirlər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan etibarən Ukrayna ordusunun 603 təyyarəsi, 274 helikopteri, 24700 pilotsuz uçuş aparatı (PUA, dron), 524 zenit-raket kompleksi, 16 mindən çox tank və digər zirehli texnikası, 11 min artilleriya silahı və reaktiv yaylım atəş sistemi (RYAS), o cümlədən NATO-nun tədarük etdikləri məhv edilib.
Rusiya Silahlı Qüvvələrinin inanılmaz "əmək məhsuldarlığı" onu göstərir ki, hücumun sürəti özlüyündə bir məqsəd deyil, Ukraynanın, həmçinin Avropa və Şimali Amerikanın aqressiv dövlətlərinin bir qrupunun demilitarizasiya/denasifikasiyası strategiyasının bir hissəsidir.
Mövcud olmayan NATO seçimi
"The American Conservative" nəşri qeyd edib: "Rusiya qoşunları şərqdə və cənub-şərqdə sürətlə irəliləmir, çünki strategiya Ukraynanın böyük ərazilərini ələ keçirmək və ya böyük şəhərləri mühasirəyə almaq deyil, Rusiyanın atəş gücündə üstünlüyündən istifadə edərək, Ukrayna qüvvələrini cəbhənin bir neçə hissəsində yavaş-yavaş məhv etməkdir.
Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanındakı mövqeyi Pentaqon və NATO-da nikbinliyə zərrə qədər də əsas vermir. Ukrayna hərbi əməliyyatlar teatrında bir sıra strateji səhvlərdən və məğlubiyyətlərdən sonra Qərb bir seçim qarşısında qalıb: ABŞ və alyans üçün alçaldıcı şərtlərlə Rusiya ilə proksi-müharibəsinə son qoymaq, ya da xarici qoşunların kontingentinin Ukraynaya köçürülməsi ilə münaqişəni ağılsızcasına davam etdirmək.
Təxminlər dəyişir. Alyans qoşunlarının döyüş hazırlığı aydın deyil, lakin Üçüncü Dünya Müharibəsinə başlamaq üçün kifayət qədər silah var. Ukrayna hərbi əməliyyatlar teatrında və ya "Baltik cəbhəsi"ndə NATO ordularının təhlükəli oyunlarının qarşısını Moskva qəti və çox sərt şəkildə almalı olacaq.
Rusiya Silahlı Qüvvələrinin Ukrayna hərbi əməliyyatlar teatrında taktiki, atəş və texnoloji üstünlüyü qeyd-şərtsizdir. Rusiya hər il 4,5 milyon 152 mm kalibrli artilleriya mərmisi istehsal edir ki, bu da ABŞ daxil olmaqla bütün NATO ölkələrindənki istehsaldan üç dəfə çoxdur.
Rusiya müdafiə sənayesinin çoxsaylı üstünlüyü raket silahlarının, zirehli texnikanın, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin, pilotsuz uçuş aparatlarının istehsalında da müşahidə olunur. Rusiya Federasiyasında hər ay 100 mindən çox PUA istehsal olunur.
Rusiya və Belarus silahlı qüvvələrinin mayın 21-dən etibarən taktiki nüvə silahlarından, o cümlədən 300 kiloton (iyirmi Xirosima) məhsuldarlığına malik olan döyüş başlıqları və uçuş məsafəsi 5500 km-ə qədər olan raketlərdən istifadə etmələri Qərb qəzetlərində səs-küylü başlıqların olması naminə deyil. Bütün Avropa qarşısıalınmaz hipersəsli "İskəndər"lər, "Kinjal"lar və X-102 qanadlı raketlərinin hədəfləri altındadır.
Hətta ukraynalı fırıldaqçı (20 maydan sonra) Vladimir Zelenski Rusiya Federasiyası ilə münasibətlərdə Qərb ölkələrinin "birdən Ukrayna müharibəni itirəcəyi" təqdirdə "qapıları açıq" qoyduğunu başa düşür. Sanki əvvəlcə başqa variantlar olub.
Zelenski "dağıdılmış Xarkovdan" sırağagün ABŞ və Çin liderlərini (nədənsə yalnız ingilis dilində) İsveçrədəki anormal insanların Rusiya əleyhinə görüşündə canını xilas etməyə çağırıb.
İllüziyalar olmamalıdır. Qərbin öz hərbi üstünlüyünə sarsılmaz inamı (hətta əfqan taliblərinin biabırçı təpiyindən sonra da) yalnız proksi-müharibəsində və ya Rusiya ilə birbaşa müharibədə biabırçı məğlubiyyətə gətirib çıxarır.
Yeni dünyanın şərtlərini İsveçrə Alplarında siyasi cırtdanların yığıncağı deyil, qalib tərəfindən diktə ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.