Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Kiyev rejiminin cinayətkarlarını cəzalandırmaqda davam edəcək - Zaxarova

© Sputnik / Сергей ГунеевMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirir ki, cinayətkarların məsuliyyətə cəlb edilməsi məsələsi denasifikasiya ilə ayrılmaz şəkildə bağlıdır.
BAKI, 30 may — Sputnik. Rusiya Ukraynadakı cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün fəaliyyətini davam etdirəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Cinayətkarların məsuliyyətə cəlb edilməsi məsələsi denasifikasiya ilə ayrılmaz şəkildə bağlıdır. Bugünkü Ukraynadan danışırıqsa, deməli, bu proses artıq gedir" - Zaxarova deyib.

XİN rəsmisi xatırladıb ki, Rusiya İstintaq Komitəsi 2014-cü ildən Kiyevin qanunsuz əməllərini qeydə alır və araşdırır:

"2024-cü ilin martın əvvəlində soyqırım, terror, mülki şəxslərə qarşı zorakılıq, qadağan olunmuş vasitələrdən istifadə kimi cinayətlərə görə artıq 4,5 min cinayət işi açıb. Bu genişmiqyaslı iş davam edəcək, bütün hərbi cinayətkarlar bilməlidirlər ki, qisas qaçılmazdır və heç kim məsuliyyətdən qaça bilməz".

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0