Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Puşkov: Zelenskinin İsveçrədə sammit planı fiaskoya uğradı

© Sputnik / Михаил ВоскресенскийSenator Aleksey Puşkov
Senator Aleksey Puşkov  - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Abunə olmaq
Sammitdə nə Bayden, nə Si Cinpin, nə də Braziliya Prezidenti Lula iştirak etməyəcəklər. Bu, o deməkdir ki, Qlobal Qərb və Qlobal Cənubu birləşdirəcək böhranın həlli üçün ümumi platformanın yaradılması ideyası İsveçrədə reallaşmayacaq.
BAKI, 30 may — Sputnik. Qlobal Cənubun bəzi liderlərinin Ukrayna üzrə İsveçrədə keçiriləcək sammitə gəlməkdən imtina etməsi Vladimir Zelenskinin ilkin planının iflasa uğradığını göstərir. Senator Aleksey Puşkov bu barədə özünün "Telegram" kanalında yazıb.
Siyasətçi qeyd edib ki, sammitdə nə Bayden, nə Si Cinpin, nə də Braziliya Prezidenti Lula iştirak etməyəcəklər. Bu, o deməkdir ki, Qlobal Qərb və Qlobal Cənubu birləşdirəcək böhranın həlli üçün ümumi platformanın yaradılması ideyası İsveçrədə reallaşmayacaq.
Puşkov hesab edir ki, bunu artıq fiasko adlandırmaq olar, çünki əvvəlcə dünyanın 160 aparıcı və mühüm ölkəsinin liderlərinin bir araya gəlməsi planlaşdırılırdı. Lakin son məlumata görə, iclasda 70-ə yaxın ölkənin nümayəndəsi iştirak edəcək və onların əksəriyyəti yalnız aşağı səviyyəli müşahidəçilər göndərəcək.
Bundan əvvəl Zelenski ÇXR sədri Si Cinpin və ABŞ Prezidenti Co Baydendən İsveçrədə keçiriləcək "sülh sammitində" iştirak etməyi xahiş edib. Video müraciətində o, Bayden və Si Cinpini 15-16 iyunda İsveçrədə keçirilməsi planlaşdırılan "sülh sammitinə" getməkdən imtina etdiklərinə görə tənqid edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0