Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Putinlə birbaşa xətt format olaraq gündəmdə qalır

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 29.05.2024
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 2024-cü ildə prezidentlə ənənəvi birbaşa xəttin keçirilməsi planlarının olub-olmaması ilə bağlı sualı cavablandırıb.
BAKI, 29 may — Sputnik. Prezident Vladimir Putinlə birbaşa xətt aktual olaraq qalır və əhəmiyyətini itirmir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Beləliklə, o, 2024-cü ildə prezidentlə ənənəvi birbaşa xəttin keçirilməsi planlarının olub-olmaması ilə bağlı sualı cavablandırıb.
"Birbaşa xətt bir format kimi gündəmdə qalır" - Kremlin sözçüsü bildirib.
Prezidentlə sonuncu birbaşa xətt 14 dekabr 2023-cü ildə baş tutub və o, böyük mətbuat konfransı ilə birləşdirilib. Əvvəllər bu formatdan 2020-ci ildə, hər iki tədbirin əvvəlki formada keçirilməsi pandemiya səbəbindən çətin olduğu zaman istifadə olunub. Prezidentlə ayrıca birbaşa xətt sonuncu dəfə 2021-ci ildə keçirilib.
Dekabr birbaşa xəttində dövlət başçısı ölkə vətəndaşlarının müxtəlif mövzularda, o cümlədən Xüsusi hərbi əməliyyat iştirakçısı olan əsgərlərə və onların ailə üzvlərinə dəstək, regionlarda infrastrukturun yaxşılaşdırılması, tibb müəssisələrinin tikintisi və yenidən qurulması ilə bağlı çoxsaylı müraciətlərini cavablandırıb.
Xəbər lenti
0